Ukraynanın qüvvələri iyulun 1-dən 2-nə keçən gecə Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərindəki "Lukoil-Nijeqorodnefteorgsintez" neft emalı zavoduna zərbələr endirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hücumdan sonra neft emalı zavodunda güclü yanğın başlayıb. İlkin məlumatlara görə, zavodun ilkin neft emalı qurğusu sıradan çıxıb.
Baş Qərargah qeyd edib ki, "Lukoil-Nijeqorodnefteorgsintez" neft emalı zavodu Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Zavodun layihə emalı gücü ildə təxminən 17 milyon ton xam neft təşkil edir.
Zavod benzin, dizel yanacağı, aviasiya yanacağı, sürtkü yağları və digər məhsullar istehsal edir.
Tahir TAĞIYEV