Rusiyanın ən varlı iş adamlarının sərvəti 2026-cı ilin əvvəlindən bəri 4,82 milyard dollar artıb. Bu, qismən şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.
“Bloomberg” ağentliyinin açıqladığı reytinqə görə, ilin əvvəlindən bəri ən böyük sərvət artımı "Severstal"ın təsisçisi Aleksey Mordaşov tərəfindən qeydə alınıb. Onun kapitalı 2,29 milyard dollar artaraq 28,6 milyard dollara çatıb. Onu "Novatek"in rəhbəri Leonid Mixelson (+1,8 milyard dollar, 25,5 milyard dollar), "EuroChem" və "SUEK"in təsisçisi Andrey Melniçenko (+1,71 milyard dollar, 20,6 milyard dollar), Gennadi Timçenko (+1,15 milyard dollar, 15,4 milyard dollar) və UMMC-nin təsisçisi İsgəndər Mahmudov (+719 milyon dollar, 8,6 milyard dollar) izləyir. Mixail Fridmanın (+588 milyon dollardan 10,7 milyard dollara), Süleyman Kərimovun (+583 milyon dollardan 11 milyard dollara) və Tatyana Kimin (+416 milyon dollardan 8,3 milyard dollara) sərvəti də artıb.
Siyahıda yer alan rusiyalı milyarderlər arasında sərvəti ən çox azalan isə Mixail Proxorov olub. Onun sərvəti 5,46 milyard dollar azalaraq 11,1 milyard dollara düşüb. Telegram-ın həmtəsisçisi Pavel Durovun sərvəti 2,21 milyard dollar azalaraq 12,2 milyard dollara, Norilsk Nikel şirkətinin prezidenti Vladimir Potaninin sərvəti isə 1,08 milyard dollar azalaraq 25,3 milyard dollara düşüb.
Tahir TAĞIYEV