İtaliyanın Baş naziri Giorgia Meloni son aylarda transatlantik alyansı sarsıdan İtaliya-ABŞ gərginliyi ilə bağlı açıqlamalar verib.
Trampın yenidən seçilməsindən sonra andiçmə mərasimində iştirak edən yeganə Avropa lideri olmasına baxmayaraq, İran münaqişəsindən qaynaqlanan gərgin münasibətləri dəyərləndirən Meloni, üstü örtülü şəkildə Trampa mesajlar göndərib: "Bu gün mən Amerika əleyhinə deyiləm, dünən də heç kimin qarşısında diz çökməmişdim. Mən Qərbin birləşəndə daha güclü olduğuna və İtaliyanın bu birlik daxilində çəki qazandığına inanan biriyəm və bunun üçün çalışıram. Bununla belə, möhkəm və uzunmüddətli münasibətlər də dürüstlükdən asılıdır. Mən dürüst insanam və heç kimin ölkəmə hörmətsizliyə yol verməsinə icazə verməyəcəyəm".
Meloni ilə Tramp arasında aprel ayında Papa XIV Leonun müharibəyə və dinin "müqəddəs müharibə" üçün bəhanə kimi istifadəsinə qarşı çıxması ilə gərginlik yaranmışdı.
Meloni, bir neçə gün əvvəl G7 Zirvəsində Avropa Şurasının prezidenti Antonio Kostanın "Yenə dostsunuz?" sualına cavab olaraq "Biz həmişə dost olmuşuq" desə də, Trampın hələ də pərdə arxasında İtaliya tərəfindən "tərk edilməkdən" şikayət etdiyi iddia edilir.
Tahir TAĞIYEV