Rusiya gecə saatlarında Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib.
Rusiya Müdafiə Nazirliyi hücumun Ukraynada yerli istehsal olan FP-5 "Flamingo" kruiz raketi üçün istiqamətləndirmə sistemləri istehsal edən radioelektronika sənaye müəssisəsini də hədəf aldığını açıqlayıb.
Ukraynanın 2025-ci ildə hazırlanmış FP-5 "Flamingo" raketi təxminən 3000 kilometr mənzilli quru əsaslı, uzun mənzilli qanadlı raket kimi təqdim olunur və peyk və inertial naviqasiya sistemlərindən istifadə edərək dərin hədəflərə dəqiq zərbələr endirmək üçün nəzərdə tutulub.
Tahir TAĞIYEV