İsrailin Baş naziri Benyamin Netanyahu İsrail iqtisadiyyatının özünü təmin etmək üçün kifayət qədər güclü olduğunu bildirərək, Təl-Əvivin Vaşinqtonun yardımından imtina edə biləcəyini deyib.
"Mən Amerika yardımını dayandırmaq istəyirəm. Bu, sosial rifah kimidir, buna ehtiyacımız yoxdur" – deyə Netanyahu bildirib.
İsrailin baş naziri əlavə edib ki, Amerika yardımının tədricən dayandırılması prosesinin bu il başlamasını istəyir.
Bir neçə gün əvvəl “Politico” qəzeti, İsrailin ABŞ-la İrana qarşı son birgə hərbi əməliyyatlarına baxmayaraq, getdikcə artan beynəlxalq təcridlə üzləşdiyini bildirib. ABŞ-ın vitse-prezidenti Vens, İsrailin ABŞ-ın xüsusi müttəfiqi statusunun artıq zəmanət altında olmadığını qəbul etməli olduğunu vurğulayıb.
Tahir TAĞIYEV