BƏƏ-nin aparıcı neft və qaz şirkəti olan Emarat Petroleum Company PJSC (Emarat), Ermənistanın İrəvan şəhərində ilk yanacaqdoldurma məntəqəsini açıb.
Açılış mərasimində BƏƏ-nin Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr. Nəriman Əl-Mulla; Emarat Direktorlar Şurasının sədr müavini və Trojan Construction Holding-in baş direktoru mühəndis Əhməd Əl-Şəmsi; Emarat-ın baş direktoru Burhan Əl-Haşemi; SIL Capital-ın İdarə Heyətinin sədri Eduard Sukiasyan; SIL Capital-ın icraçı direktoru Elizaveta Movsisyan və iki ölkənin enerji və biznes sektorlarının yüksək vəzifəli rəhbərləri və nümayəndələri iştirak edib.
Stansiyanın açılışı ötən il Emarat və Ermənistanın aparıcı şirkətlərindən biri olan SIL Capital-ın törəmə şirkəti olan MegaTrade arasında imzalanmış strateji tərəfdaşlıq müqaviləsinin praktik nəticəsi sayılır.
SAMİRƏ