Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin 16 sentyabrda Strasburqda Birliyin vəziyyəti haqqında illik çıxışı zamanı uşaqların sosial media istifadəsinə ümumavropa qadağası təkliflərini açıqlayacağı gözlənilir.
"European Pravda" qəzetinin məlumatına görə, bu barədə Euractiv-ə AB rəsmiləri və diplomatları məlumat verib. Komissiya rəsmilərindən biri hüquqi çərçivənin hələ müəyyən edilmədiyini deyib. Başqa bir mənbə qeyd edib ki, Avropa Komissiyası rəsmiləri hökumətlərə sentyabr ayında bir elan gözlədikləri barədə məlumat veriblər və bu da fon der Leyenin təşəbbüsü açıqlamaq üçün illik əsas çıxışından istifadə edəcəyi ilə bağlı gözləntiləri artırıb.
SAMİRƏ