Cümə axşamı günü, 05 noyabr 2026
     

Vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyi genişlənir...

Image


Azərbaycan yeni müstəqillik tarixinin ilk günlərindən ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması məqsədini elan edib. Bu proses 1993-cü ildən etibarən daha intensiv xarakter alıb.

Ölkədə vətəndaş cəmiyyətinin formalaşması üçün ilk növbədə hüquqi baza yaradılıb. Öz növbəsində dövlət inkişafın əsas ideyası kimi vurğulanan "Güclü dövlətdən güclü vətəndaş cəmiyyətinə" konsepsiyasını irəli sürür.

Səmərəli ictimai nəzarətin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu gücləndirilir 

Bu gün Azərbaycanda dövlət və hökumət strukturlarının fəaliyyətinə səmərəli ictimai nəzarətin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun gücləndirilməsi ön planda yer alır. Azərbaycanda ictimai, vətəndaş nəzarəti institutu müvafiq QHT-lər və vətəndaş cəmiyyətinin digər subyektləri vasitəsilə getdikcə daha çox inkişaf edir. Bu, cəmiyyətlə dövlət arasında səmərəli əks əlaqənin təmin edilməsində, insanların mentalitetinin, ölkədə aparılan islahatlara münasibətinin müəyyən edilməsində ən mühüm elementlərdən biridir. Həmçinin ölkə ərazisində əhalinin müxtəlif təbəqələrinin maraqlarını əks etdirən geniş QHT şəbəkəsinin mövcud olması da əlavə üstünlüklər qazandırır. 

Hazırda ölkədə minlərlə QHT fəaliyyət göstərir. Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün hüquqi, informasiya, təşkilati və digər şəraitin təkmilləşdirilməsi bu fonda davam edir. Həyatın bütün sahələrində vətəndaşların özünütəşkilatının dəstəklənməsi, birbaşa demokratiyanın həyata keçirilməsində əhalinin iştirakının forma və üsullarının genişləndirilməsinə dövlət lazımı dəstək verir. Mənəvi dəyərlərin təbliği və sosial həyat mədəniyyətinin inkişafı, sosial sülh, tolerantlıq, sosial məsuliyyət kimi məqamlar da bu fonda diqqət mərkəzindədir. Vətəndaş cəmiyyəti subyektləri arasında qarşılıqlı əlaqə formalarının və mexanizmlərinin inkişafı üçün də müvafiq addımlar atılır. Eyni zamanda  vətəndaş cəmiyyətinin inkişafının dəstəklənməsi konsepsiyasının, o cümlədən dövlət orqanlarının konseptual əsasları, prinsipləri və siyasət prioritetləri, vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqənin inkişafının hüquqi əsaslarına da mütəmadi diqqət olunur. Dövlət orqanlarının mühüm qərarlarının hazırlanması, qəbulu, həyata keçirilməsi və nəzarəti proseslərində əhalinin iştirakının mexanizmlərinin və formalarının inkişafı, o cümlədən internet texnologiyalarından istifadə Azərbaycanda geniş vüsət alıb. Vətəndaşların mənəvi-əxlaqi tərbiyəsinin forma və üsullarının təkmilləşdirilməsi, humanitar təcrübələrin, ailə, vətənpərvərlik, mənəvi və digər əxlaqi dəyərlərin təbliği də bu zaman diqqət mərkəzində olan əsas məqamlardır. Bunlara paralel olaraq, müvafiq normativ hüquqi aktlar fəal vətəndaş cəmiyyətinin formalaşmasının əsas tendensiyalarını müəyyən etməyə imkan verir ki, bu da aşağıdakı vəzifələri özündə əks etdirir: "vətəndaş cəmiyyəti" və "vətəndaş cəmiyyəti institutları" anlayışlarının hüquqi əsaslarının möhkəmləndirilməsi və vətəndaş cəmiyyəti institutlarının təkmilləşdirilməsi; onların təşkilati-hüquqi formaları; sosial-iqtisadi məsələlərin həllinə və cəmiyyətin inkişafına töhfələrini nəzərə almaqla vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin qiymətləndirilməsi meyarlarının və metodologiyasının işlənib hazırlanması;  qeyri-hökumət qeyri-kommersiya təşkilatları ilə qeydiyyat orqanı arasında bütün dövlət xidmətlərinin elektron formaya keçirilməsi; vətəndaş cəmiyyətinin elmi-nəzəri öyrənilməsi, inkişafının daim təhlili üçün analitik, elmi və tədris laboratoriyalarının, beyin mərkəzlərinin yaradılması; vətəndaş cəmiyyətinin inkişafı üzrə tətbiqi və fundamental tədqiqatların aparılması, qeyri-hökumət qeyri-kommersiya təşkilatlarının və digər vətəndaş cəmiyyəti institutlarının nümayəndələri üçün kurslarının təşkili; İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannamənin və digər beynəlxalq sənədlərin təhlili və sintezi, onların əsasında hüquq müdafiəçilərinin fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi. 

Vətəndaş cəmiyyəti institutlarının rolu ölçüyəgəlməz dərəcədə artır 

Yuxarıda qeyd olunduğu kimi vətəndaş cəmiyyətinin müasir inkişafı mərhələsində ictimai nəzarət kimi mühüm instituta xüsusi diqqət yetirilir. Cəmiyyət tərəfindən ictimai nəzarət olmadığı halda dövlət orqanları öz vəzifələrini heç də həmişə vicdanla və səmərəli şəkildə yerinə yetirmirlər. Məhz buna görə də vətəndaş institutlarının inkişafında aktual vəzifə dövlət hakimiyyəti və idarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin səmərəli mexanizmlərinin yaradılması olaraq qalır.

Həmçinin diqqətəlayiq haldır ki, hazırda ölkədə hüquq-mühafizə orqanlarının fəaliyyətinə və işinin keyfiyyətinə vətəndaş cəmiyyəti institutları tərəfindən müvafiq monitorinqin və ictimai nəzarətin həyata keçirilməsinə yönəlmiş sistem yaradılır. Bu dərhal Azərbaycan vətəndaşlarının durmuna təsir edib. Son  illərdə bu strukturlara ünvanlanan şikayət və ərizələrin sayının kəskin şəkildə azalması da qeyd edilənlərin təsdiqidir. Vətəndaş cəmiyyəti institutlarının onlarda iştirak prizmasından siyasi proseslərin xüsusiyyətləri də burada mühüm əhəmiyyət kəsb edir. Hökumətin bu prosesə əlverişli zəmin yaratması səbəbindən Azərbaycanda hər il yeni ictimai təşkilatlar yaranır. Hər bir təşkilatın yaranması təsadüfi deyil. Ən ümumi səbəblərdən biri, artıq qeyd edildiyi kimi, vətəndaşların mənafeyini qorumaqdır. Bütün qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarını insan hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər hesab etmək olar, çünki onların əsas vəzifələrindən biri insan hüquqlarının və demokratik dəyərlərin qorunmasıdır. Bütün nazirlik və idarə rəhbərlərinin qəbulunun həyata keçirilməsi də gözlənilən nəticələrini verməkdədir. Dövlət başçısının tələbi ilə heç bir bəyanat, şikayət və ya müraciət hakimiyyətin diqqətindən kənarda qalmamalıdır. Bu hal öz hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini qorumaq üçün vətəndaşların müraciətləri sisteminin təkmilləşdirilməsinin bariz göstəricisidir, Eyni zamanda bu, Azərbaycan əhalisinin siyasi və vətəndaş fəallığının artırılmasına kömək edir. Öz növbəsində qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda həyatın özü həm yerli, həm regional, həm də dövlət səviyyəsində mövcud problemlərin daimi monitorinqi üçün getdikcə daha çox yeni tələblər qoyur. Bununla əlaqədar vətəndaş cəmiyyəti institutlarının rolu ölçüyəgəlməz dərəcədə artır. Azərbaycan açıq şəkildə demokratiyaya, insan hüquqlarına hörmətə sadiqliyini bəyan edib. Bu baxımdan güclü vətəndaş cəmiyyəti olan inkişaf etmiş demokratik dövlətlərin təcrübəsinin öyrənilməsi ölkəmiz üçün mühüm sahədir. Bu gün ölkədə onlarla beynəlxalq təşkilatların, müxtəlif fondların nümayəndəlikləri fəaliyyət göstərir. Bu da vətəndaş cəmiyyətinin inkişafına öz təsirini göstərir. Azərbaycanın milli vətəndaş cəmiyyəti institutları ilə beynəlxalq qeyri-hökumət təşkilatlarının qarşılıqlı əlaqəsi prosesə öz töhfəsini verir. 

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ