şənbə günü, 15 avqust 2026
     

Azər­bay­can mə­də­niy­yət ta­ri­xi və azər­bay­can­çı­lıq...

Image


Azər­bay­can mə­də­niy­yə­ti ta­ri­xən azər­bay­can­çı­lıq ru­hu­nu eh­ti­va edib. Mil­li ide­o­lo­gi­ya­mız uzun əsrlər bo­yu mə­də­niy­yət və in­cə­sə­nə­ti­mi­zə si­ra­yət edib. Azər­bay­ca­nın mə­də­niy­yət ta­ri­xi­nin in­ki­şa­fı azər­bay­can­çı­lı­ğın da­ha ge­niş sə­viy­yə­də in­ki­şa­fı­nı sü­rət­lən­di­rib. Azər­bay­can­çı­lıq va­hid döv­lət­çi ide­o­lo­gi­ya­dır və mə­də­niy­yə­ti­mi­zin hər sa­hə­si­ni əha­tə et­mə­yi ba­ca­rır.

Azər­bay­can mad­di mə­də­niy­yə­ti­nin əsas abi­də­lə­ri sa­yı­lan Qo­bus­tan və Gə­mi­qa­ya mi­nil­lər bo­yu­dur xal­qı­mı­zın, döv­lə­ti­mi­zin mə­də­niy­yə­ti­ni da­şı­yır. Bu ba­rə­də Azər­bay­ca­nın mə­də­niy­yət­şü­nas alim­lə­ri­nin, ta­rix­çi­lə­rin, ədə­biy­yat­şü­nas­la­rın, yer­li və xa­ri­ci alim­lə­rin ya­zı­la­rı­na, mən­bə və mə­xəz­lər­də yer alan faktla­ra is­ti­na­dən "Vi­ki­pe­di­ya" Açıq En­sik­lo­pe­di­ya­sı­nın tər­tib et­di­yi "Azər­bay­can mə­də­niy­yə­ti" mə­qa­lə­sin­də ya­zı­lır. Mə­qa­lə­də qeyd olu­nur ki, 1960-cı il­də aş­kar edil­miş, daş döv­rü­nə aid Azıx ma­ğa­ra­sın­da Qu­ru­çay mə­də­niy­yə­ti, Aşel mə­də­niy­yə­ti və Mustye mə­də­niy­yə­ti döv­rün­də ya­şa­yış ol­du­ğu mü­əy­yən edi­lib: "Çox­tə­bə­qə­li Azıx pa­le­o­lit dü­şər­gə­si­nin or­ta Aşel mə­də­niy­yə­ti­nə aid tə­bə­qə­sin­dən ta­pıl­mış ib­ti­dai in­sa­na məx­sus olan çə­nə fi­zi­ki ti­pi­nə gö­rə si­nantrop tip­li in­san­la ne­an­der­tal ada­mı ara­sın­da ke­çid mər­hə­lə­sin­də­dir. Azıx ma­ğa­ra dü­şər­gə­si­nin Aşel mə­də­niy­yə­ti­nə aid tə­bə­qə­sin­dən ta­pıl­mış ib­ti­dai in­san qa­lı­ğı­na şər­ti ola­raq Azı­xantrop, yə­ni Azıx ada­mı adı ve­ri­lib.

Qo­bus­tan döv­lət ta­ri­xi-bə­dii qo­ru­ğun­da Me­zo­lit döv­rün­dən or­ta əsrlə­rə qə­dər döv­rü əha­tə edən 6000 qa­ya­üs­ta rəsm var. An­caq bu­ra­da pri­mi­tiv in­cə­sə­nə­tin çi­çək­lən­mə döv­rü Mis döv­rü he­sab edi­lir. Bu dövrdə qə­dim tay­fa­la­rın yü­zil­lik­lə­rin əsə­ri olan hə­yat təc­rü­bə­si di­ni və bə­dii gö­rüş­lər ba­xı­mın­dan tam ifa­də edi­lir­di.

Təx­mi­nən era­mız­dan əv­vəl 6000-4000-cü il­lər­də Cə­nu­bi Qaf­qaz­da Şu­la­ve­ri-Şo­mu­tə­pə mə­də­niy­yə­ti in­ki­şaf edib. Bu mə­də­niy­yət adı­nı Gür­cüs­tan­da yer­lə­şən Şu­la­ve­ri­dən və Azər­bay­can­da yer­lə­şən Şo­mu­tə­pə­dən alır. Şu­la­ve­ri-Şo­mu­tə­pə mə­də­niy­yə­ti­nin mən­sub­la­rı yer­li ob­si­di­a­nı alət­lər dü­zəltmək üçün is­ti­fa­də edir, üzüm ki­mi mə­də­ni bit­ki­lə­ri ye­tiş­di­rir, mal­dar­lıq­la məş­ğul olur­du. Bir çox xa­rak­te­ri mə­də­niy­yə­tin Ya­xın Şər­qin ne­o­lit mə­də­niy­yət­lə­rin­dən tö­rə­di­yi­ni gös­tə­rir.

E.ə. IV mi­nil­li­yin or­ta­la­rın­da Azər­bay­can­da (Ağ­dam­da) Ley­la­tə­pə mə­də­niy­yə­ti möv­cud olub. Ke­ra­mik qab­lar­da dəfn bu mə­də­niy­yət üçün xa­rak­te­rik­dir. Ti­pik ön Asi­ya ya­şa­yış mən­tə­qə­si ki­mi Ley­la­tə­pə ev­lə­rin sıx yer­ləş­di­yi mən­tə­qə­dir. Bə­zi rus alim­lə­ri­nin fik­rin­cə, Ley­la­tə­pə mə­də­niy­yə­ti­nin üzvlə­ri May­kop mə­də­niy­yə­ti­nin ya­ra­dı­cı­sı olub.

E.ə. IV-III mi­nil­lik­lər­də Azər­bay­ca­nın da da­xil ol­du­ğu ge­niş bir əra­zi­də Kür-Araz mə­də­niy­yə­ti möv­cud olub. Bu mə­də­niy­yət yer­li fi­liz ya­taq­la­rı­nın ge­niş is­ti­fa­də­si və me­ta­liş­lə­mə sə­nə­ti­nin yük­sək in­ki­şaf sə­viy­yə­si ilə xa­rak­te­ri­zə olu­nur. Bu dövrdə, həm­çi­nin, du­lus­çu­luq, bağ­çı­lıq, Me­so­po­to­mi­ya və Ki­çik Asi­ya ilə ti­ca­rət in­ki­şaf edib.

Son Tunc və er­kən Də­mir döv­rün­də (e.ə. II mi­nil­li­yin ikin­ci ya­rı­sı-e.ə. I mi­nil­li­yin əv­vəl­lə­ri) Mu­ğan dü­zün­də və Ta­lış dağ­la­rın­da Mu­ğan mə­də­niy­yə­ti möv­cud olub. Bu dövrdə əsas məş­ğu­liy­yət növ­lə­ri mal­dar­lıq və kənd tə­sər­rü­fa­tı idi. Qər­bi Asi­ya ti­pin­də tunc və də­mir qı­lınclar bu dövr üçün xa­rak­te­rik­dir".

Mə­lu­mat­la­ra gö­rə, 1896, 1904 və 1926-cı il­lər­də Qı­zıl­vəng mo­nas­tı­rı ya­xın­lı­ğın­da Nax­çı­van mə­də­niy­yə­ti­nə aid daş qu­tu qə­bir abi­də­lə­ri aş­kar olu­nub. Nax­çı­van mə­də­niy­yə­ti­ni sə­ciy­yə­lən­di­rən əsas sax­sı mə­mu­la­tı hən­də­si na­xış­lar­la, in­san, hey­van, quş rəsmlə­ri, müx­tə­lif pik­toq­ra­fik işa­rə­lər­lə bə­zə­dil­miş və yük­sək sə­nət­kar­lıq­la ha­zır­lan­mış bo­ya­lı qab­lar­dır.

"Azər­bay­can mə­də­niy­yə­ti" mə­qa­lə­sin­də qeyd edi­lir ki, era­mız­dan əv­vəl XIII-VII-ci əsrlər­də Şər­qi və Mər­kə­zi Qaf­qaz­da Xo­ca­lı-Gə­də­bəy mə­də­niy­yə­ti möv­cud olub. Bu dövr əsa­sən qəbrlər­dən öy­rə­ni­lib. Xo­ca­lı kur­qa­nın­da 1895-ci il­də E. Res­ler tə­rə­fin­dən apa­rıl­mış ar­xe­o­lo­ji qa­zın­tı­lar za­ma­nı As­su­ri­ya şa­hı II Adad­ni­ra­ri­nin adı ya­zıl­mış mun­cuq ta­pı­lıb. İvan Meş­şa­ni­no­va gö­rə, bu ta­pın­tı Cə­nu­bi Qaf­qa­zın İki­ça­ya­ra­sı və Me­so­po­to­mi­ya ilə mü­na­si­bət­lə­ri­ni ay­dın­laş­dır­maq üçün ge­niş im­kan­lar açır: "E.ə. IV əsr-era­mı­zın VIII əsrlə­rin­də Cə­nu­bi Qaf­qaz­da, xü­su­si­lə də Qaf­qaz Al­ba­ni­ya­sı əra­zi­sin­də Küp qə­bir­lə­ri mə­də­niy­yə­ti ya­yı­lıb. Bu mə­də­niy­yət­də ölü­lər bü­kü­lü və­ziy­yət­də sağ və ya sol böy­rü üs­tə, əsa­sən üfü­qi şə­kil­də dəfn olu­nur­du. Qə­bir in­ver­tar­la­rı me­tal (tunc və baş­lı­ca ola­raq də­mir alət və si­lah­lar, bü­rünc, gü­müş və qı­zıl bə­zək şey­lə­ri), ağac, daş, gil, şü­şə və pas­ta­lar­dan iba­rət idi. Nis­bə­tən son­ra­kı dövrlə­rə aid qə­bir­lər­də Ro­ma, Ar­şa­ki və Sa­sa­ni sik­kə­lə­ri­nə də tə­sa­düf edi­lir. Bu mə­də­niy­yət əkin­çi­lik, hey­van­dar­lıq, ov­çu­luq, ba­lıq­çı­lıq və sə­nət­kar­lıq­la məş­ğul olan otu­raq əha­li­yə aid­dir".

İş­quz döv­rü haq­qın­da ya­zan mə­qa­lə mü­əl­lif­lə­ri bil­di­rir ki,

E.ə. VII əsrdə skif­lər ha­zır­kı Azər­bay­can əra­zi­si­nə köç et­miş­lər. "Azər­bay­can mə­də­niy­yə­ti" mə­qa­lə­sin­də ya­zı­la­na gö­rə, skif­lə­rin Azər­bay­can­da qur­du­ğu döv­lət ta­ri­xi mən­bə­lər­də İş­quz ad­lan­dı­rı­lır­dı: "Dü­şü­nü­lür ki, Skif çar­lı­ğı­nın özə­yi­nin mi­di­ya di­lin­də­ki adı Sa­ka­şen (Azər­bay­can Res­pub­li­ka­sı­nın qər­bin­də, in­di­ki Gən­cə­də) idi. Ri­çard Nel­son Fray və Ana­to­liy Xa­za­no­va gö­rə, Skif çar­lı­ğı­nın mər­kə­zi Mu­ğan dü­zü idi. İş­quz Mi­di­ya, Man­na və Urar­tu döv­lət­lə­ri ilə sər­həd idi. Era­mız­dan əv­vəl VI əs­rin əv­vəl­lə­rin­də skif­lər Urar­tu­nun in­zi­ba­ti mər­kə­zi olan Tey­şe­ba­i­ni­ni da­ğıt­mış­lar. Şə­hə­rin su­var­ma sis­te­mi­nin də da­ğı­dıl­ma­sı bi­zim era­nın əv­vəl­lə­ri­nə qə­dər şə­hər­də hə­ya­tın ye­ni­lən­mə­mə­si­nə sə­bəb olub. Skif­lər yük­sək ox­çu­luq ba­ca­rı­ğı­na ma­lik idi. Bu­nun sü­bu­tu skif abi­də­lə­rin­də və on­la­rın is­teh­sal et­dik­lə­ri mal­lar üzə­rin­də­ki şə­kil­lər­də ta­pı­lan ox­luq­lar­dır. Skif­lər mü­tə­şək­kil xalq ol­maq­la bə­ra­bər, tay­fa şu­ra­sı və hər­bi baş­çı­lar tə­rə­fin­dən ida­rə edi­lən tay­fa­lar it­ti­fa­qı­na sa­hib idi. On­lar hər­bi iş sa­hə­sin­də Azər­bay­can əra­zi­sin­də­ki yer­li əha­li­nin mə­də­niy­yə­ti­nə əhə­miy­yət­li də­rə­cə­də tə­sir edir­di­lər. Skif­lər abo­ri­gen­lə­rə at be­lin­də ox at­maq tak­ti­ka­sı­nı öy­rə­dir­di­lər. 1946-1953-cü il­lər­də S.M.Qa­zı­ye­vin rəh­bər­li­yi ilə Min­gə­çe­vir­də apa­rı­lan ekspe­di­si­ya za­ma­nı ta­pıl­mış ilk Tunc döv­rün­dən or­ta əsrlə­rə­dək döv­rü əha­tə edən ma­te­ri­al­lar içə­ri­sin­də skif qə­bir­lə­ri də olub. Ümu­miy­yət­lə, kim­mer-skif yü­rüş­lə­ri­lə ey­ni dövrdə Cə­nub-Şər­qi Qaf­qa­zın müx­tə­lif ra­yon­la­rın­da ye­ni xal­qa aid qə­bir abi­də­lə­ri və dəfn adət­lə­ri or­ta­ya çı­xıb. Bu abi­də­lə­rin skif­lə­rə aid ol­ma­sı ta­pıl­mış üzük-mö­hür­lər­də­ki təs­vir­lər­lə sü­but edi­lir. Həm­çi­nin, skif qə­bir­lə­rin­də skif tip­li ox uc­luq­la­rı, əy­ri bı­çaq­lar, bü­töv daş­lar, qı­lınc və ni­zə uc­luq­la­rı, bi­lər­zik­lər, tunc güz­gü­lər ta­pı­lıb".

Ta­ri­xi­mi­zin Qaf­qaz Al­ba­ni­ya­sı döv­rün­dən ya­zan ta­rix­çi­lər vur­ğu­la­yır ki, era­mız­dan əv­vəl təq­ri­bən IV-III əsrlər­dən era­mı­zın VIII əs­ri­nə qə­dər Azər­bay­can əra­zi­sin­də Qaf­qaz Al­ba­ni­ya­sı ad­lan­dı­rı­lan döv­lət möv­cud olub. "Azər­bay­can mə­də­niy­yə­ti" mə­qa­lə­sin­də qeyd edi­lir ki, bu döv­lə­tin pay­tax­tı əv­vəl­cə Ka­ba­la­ka (Qə­bə­lə), son­ra isə Par­tav (Bər­də) şə­hə­ri idi: "Stra­bo­na gö­rə, Al­ban di­nin­də üç tan­rı­ya: Gü­nəş, Zevs və Ay tan­rı­sı­na iba­dət var idi. İbe­ri­ya sər­hə­di­nə ya­xın yer­lə­şən Ay mə­bə­di bö­yük əra­zi­yə sa­hib idi və bu mə­bə­di ida­rə edən baş ke­şiş bü­tün kral­lıq­da ikin­ci ən hör­mət­li adam sa­yı­lır­dı. Al­ba­ni­ya­da­kı Ay kul­tu­nun ən spe­si­fik cə­hə­ti in­san qur­ban ve­ril­mə­si mə­ra­si­mi idi. Era­mı­zın IV əs­rin­də xris­ti­an di­ni­ni rəs­mi döv­lət di­ni elan edən Al­ban döv­lə­ti möv­cud­lu­ğu­nun so­nu­na qə­dər bu və ya di­gər də­rə­cə­də xris­ti­an ide­o­lo­gi­ya­sı­nın tə­sir da­i­rə­sin­də olub.

Al­ban ça­rı Ye­su­a­ge­nin döv­rün­də, V əs­rin əv­vəl­lə­rin­də Al­ba­ni­ya­da mək­təb­lər möv­cud idi. Müx­tə­lif qrup­lar­dan top­lan­mış uşaq­lar bu­ra­da sa­vad öy­rə­nir­di­lər. Hət­ta on­la­rın qi­da­lan­ma­sı üçün də döv­lət tə­rə­fin­dən pul ay­rı­lır­dı. Ye­su­a­ge­nin oğ­lu III Va­ça­qan xris­ti­an di­ni­nin ya­yıl­ma­sı üçün sa­vad­lı ru­ha­ni­lər ha­zır­la­yır­dı. Bu məq­səd­lə di­ni mək­təb­lər açı­lır­dı. Mo­i­sey Ka­lan­kat­lı ya­zır­dı: "Al­lah tə­rə­fin­dən tax­ta çı­xa­rı­lan şah Va­ça­qan əmr et­di ki, ca­du­gər, sehrbaz, büt­pə­rəst ka­hin­lə­rin, bar­maq­kə­sən­lər və ağ­rı ve­rən­lə­rin uşaq­la­rı­nı yı­ğıb mək­təb­lə­rə ver­sin­lər və ora­da ila­hi ima­na və xaç­pə­rəst hə­yat tər­zi­nə öy­rə­dib, on­la­rı mü­qəd­dəs Üç Uq­nu­ma eti­qad et­di­rib din­siz­lə­ri Al­la­ha si­ta­yiş yo­lu­na yö­nəltsin­lər." Al­ba­ni­ya­da Nax-Da­ğıs­tan dil­lə­ri­nin ləz­gi dil­lə­ri qru­pu­na aid al­ban di­li da­nı­şı­lır­dı. Həm­çi­nin Al­ban ta­rix­çi­si Mo­i­sey Ka­lan­ka­tuk­lu ya­zı­sı olan xalqlar içə­ri­sin­də al­ban­la­rı qeyd edir. X-XII əsrlə­rə qə­dər bu dil Kür ça­yı­nın sol sa­hi­lin­də ge­niş ya­yıl­mış­dı, da­ha son­ra isə təd­ri­cən türk di­a­lektlə­ri ilə əvəz edil­di. Hə­qi­qə­tən də al­ban di­li­nin qə­dim ədə­bi abi­də­lə­ri­nin möv­cud ol­ma­sı sü­but edi­lib. Əş­ya­lar və di­ni bi­na­lar üzə­rin­də həkk edil­miş bir çox al­ban epiq­ra­fi­ya nü­mu­nə­lə­ri ta­pı­lıb. Bu ya­zı­lar era­mı­zın VI-VIII əsrlə­ri­nə aid edi­lir. 1947-1952-ci il­lər­də Min­gə­çe­vir­də apa­rı­lan ar­xe­o­lo­ji qa­zın­tı­lar za­ma­nı al­ban ya­zı­sı həkk edil­miş nü­mu­nə­lər ta­pıl­dı. Mi­si­rin San­ta Ka­te­ri­na şə­hə­rin­də yer­lə­şən or­to­doks mo­nas­tı­rı - Mü­qəd­dəs Ye­ka­te­ri­na Mo­nas­tı­rın­da Qaf­qaz al­ban­la­rı­nın di­lin­də ya­zıl­mış Si­nay pa­limpses­ti ta­pı­lıb. Ya­zı­nın mət­ni Hə­va­ri Pa­ve­lin Ko­rinfli­lə­rə ikin­ci mək­tu­bun­dan iba­rət­dir. Pa­limpsest Za­za Alek­sid­ze tə­rə­fin­dən de­şif­rə olu­nub.

Ar­xe­o­lo­ji ma­te­ri­al­la­rın öy­rə­nil­mə­si, təd­qi­qat­çı­la­ra Qaf­qaz Al­ba­ni­ya­sı in­cə­sə­nə­ti­nin in­ki­şaf mər­hə­lə­lə­ri haq­qın­da fi­kir söy­lə­mə­yə im­kan ve­rib. Or­ta əsrlər al­ban in­cə­sə­nə­ti qə­dim dövrdə Qaf­qaz Al­ba­ni­ya­sı sə­nət­kar­la­rı­nın ya­rat­dıq­la­rı özül­lər üzə­rin­də in­ki­şaf edib. Qaf­qaz Al­ba­ni­ya­sı in­cə­sə­nə­ti er­kən dövrdə tə­bi­ə­ti və xa­rak­te­ri ba­xı­mın­dan di­ni ide­ya­la­ra əsas­lan­sa da, bi­rin­ci əsrdən ye­ni döv­rün baş­lan­ma­sı ilə di­nin tə­si­ri bir qə­dər zə­if­lə­yir və fe­o­da­liz­min mən­şə­yi və in­ki­şa­fı ilə bağ­lı ye­ni­lik­çi ide­ya­lar ya­yı­lır­dı. Yük­sək sə­viy­yə­də mə­nim­sə­nil­miş hu­ma­nist ide­ya­la­rın is­ti­qa­mət ver­di­yi ikin­ci mər­hə­lə di­ni və məz­hə­bi ten­den­si­ya­la­rın üs­tün­lük təş­kil et­di­yi əv­vəl­ki mər­hə­lə­nin özül­lə­ri üzə­rin­də in­ki­şaf et­mək­də idi. Qaf­qaz Al­ba­ni­ya­sı in­cə­sə­nə­ti­nə zər­gər­lik, da­şiş­lə­mə, ağa­ciş­lə­mə, sü­mü­kiş­lə­mə, bə­dii şü­şə, bə­dii me­tal, du­lus­çu­luq və mo­nu­men­tal hey­kəl­tə­raş­lı­ğı mi­sal çək­mək olar".

Azər­bay­can­da is­lam mə­də­niy­yə­ti­nin ya­yıl­ma­sı haq­da da mə­lu­mat­lar var, "Azər­bay­can mə­də­niy­yə­ti"ndə ya­zı­lır ki,

VIII əsrdə Qaf­qaz Al­ba­ni­ya­sı­nın Ərəb Xi­la­fə­ti­nin tər­ki­bi­nə da­xil ol­ma­sı ilə Azər­bay­can­da is­lam di­ni ya­yıl­ma­ğa baş­la­yıb: "İs­la­mın ya­yıl­ma­sı is­lam mə­də­niy­yə­ti­nin in­ki­şa­fı­na sə­bəb olub. Bu dövrdə di­ni me­mar­lıq abi­də­lə­ri­nin ti­kil­mə­si za­ma­nı müx­tə­lif na­xış və or­na­mentlər­dən, kal­liq­ra­fi­ya ele­mentlə­rin­dən, ka­şı­dan və ba­rel­yef­dən is­ti­fa­də olu­nub.

Azər­bay­can ta­rix bo­yu dün­ya­ya bir çox fi­lo­sof, şa­ir və alim ve­rib. Or­ta əsrlər alim və fi­lo­sof­la­rı ara­sın­da ri­ya­ziy­yat və fəl­sə­fə üz­rə bir çox əsər­lə­rin mü­əl­li­fi Bəh­mən­yar Azər­bay­ca­ni və "Astro­no­mi­ya" əsə­ri­nin mü­əl­li­fi Əbül­hə­sən Şir­va­ni qeyd edil­mə­li­dir. Di­gər bir önəm­li şəx­siy­yət isə hu­ma­nist, dün­yə­vi po­e­zi­ya üs­lu­bun­da ya­zan Ni­za­mi Gən­cə­vi­dir. Ni­za­mi­nin yaz­dı­ğı əsər­lə­rə Ər­zin­can ha­ki­mi Bəh­ram şah ibn-Da­vu­da həsr et­di­yi "Sir­lər xə­zi­nə­si", Ata­bəy Şəm­səd­din Mə­həm­məd Ca­han Pəh­lə­van El­də­gi­zə həsr et­di­yi "Xos­rov və Şi­rin", I Ax­si­ta­na həsr et­di­yi "Ley­li və Məc­nun", Ma­ra­ğa ha­ki­mi Əla­əd­din Kör­pə Arsla­na həsr et­di­yi "Yed­di gö­zəl" və Nüs­rə­təd­din Əbu­bəkr ibn Mə­həm­mə­də və Mo­sul ha­ki­mi Mə­lik İz­zəd­di­nə həsr et­di­yi "İs­gən­dər­na­mə" da­xil­dir.

Ərəb Xi­la­fə­ti­nin zə­if­lə­mə­si ilə Azər­bay­can əra­zi­sin­də Şir­van­şah­la­rın ha­ki­miy­yət döv­rü baş­la­yıb. Bu dövrdə Ba­kı­da çox­lu in­şa­at iş­lə­ri hə­ya­ta ke­çi­ri­lib və şə­hər in­ki­şaf et­di­ri­lib. XII əsrdə qa­la di­var­la­rı in­şa edil­miş və şə­hə­rin mü­də­fiə sis­te­mi güc­lən­di­ri­lib. XV əsrdə Şir­van­şah­la­rın öz iqa­mət­gah­la­rı­nı Şa­ma­xı­dan Ba­kı­ya kö­çür­mə­sin­dən son­ra şə­hə­rin "Qa­la" ad­lan­dı­rı­lan qə­dim his­sə­si­nin hə­ya­tın­da "kris­tal­laş­ma" döv­rü baş­la­yıb. XI əsrdə Şir­van­şah­la­rın sa­ra­yın­da əl-Qəz­zi ki­mi ərəb di­lin­də ya­zan şa­ir­lər var idi. XII əsrdə Əbü­lü­la Gən­cə­vi, Fə­lə­ki Şir­va­ni, Xa­qa­ni Şir­va­ni və Mü­ci­rəd­din Bey­lə­qa­ni ki­mi bir çox şa­ir­lər III Mə­nu­çöhr və onun oğ­lu I Ax­si­ta­nın sa­ra­yın­da top­la­şıb".

Mə­qa­lə­də ya­zı­lan­la­ra gö­rə, Xi­la­fə­tin zə­if­lə­mə­sin­dən son­ra Bər­də, Şa­ma­xı, Bey­lə­qan, Gən­cə, Nax­çı­van, Şab­ran ki­mi şə­hər­lər­də yer­li in­cə­sə­nət mək­təb­lə­ri for­ma­la­şıb. XV əsrlər­də Ba­kı, Şa­ma­xı ki­mi şə­hər­lər­də mi­ni­a­tür sə­nə­ti in­ki­şaf edib. Bun­la­ra mi­sal ola­raq Şa­ma­xı (An­to­lo­gi­ya əl­ya­zı­sı 1468, kal­liq­raf Şə­ra­fəd­din Hü­seyn Sul­ta­ni, Bri­ta­ni­ya mu­ze­yi, Lon­don) və Ba­kı­dan (rəs­sam Əb­dül­ba­qi Ba­ku­vi­nin XV əsr al­bo­mun­da­kı mi­ni­a­tü­rü, Top­qa­pı sa­ra­yı, İs­tan­bul) olan nü­mu­nə­lə­ri gös­tər­mək olar. İn­cə­sə­nət us­ta­lıq əsər­lə­ri ara­sın­da isə Mə­həm­məd Mö­mi­nin hər­bi ya­raq­la­rı qeyd edi­lə bi­lər (XVI əsr, Hər­bi pa­la­ta, Moskva): "XI-XIII əsrlər­də Şər­qi Qaf­qa­za türk oğuz tay­fa­sı­nın gə­li­şi yer­li əha­li­nin bö­yük his­sə­si­nin türkləş­mə­si­nə sə­bəb ol­du və bu da Azər­bay­can xal­qı­nın for­ma­laş­ma­sı­nın baş­lan­ğı­cı idi. Səl­cuq­lar döv­lə­ti döv­rün­də baş­la­yan türk tay­fa­la­rı­nın gə­li­şi mon­qol­la­rın döv­rün­də də da­vam edib. Be­şin­ci mon­qol ulu­su El­xa­ni­lə­rin or­du­su­nun bö­yük bir his­sə­si­ni türklər təş­kil edir­di. XV əs­rin son­la­rın­da Azər­bay­can əha­li­si­nin türkləş­mə­si ba­şa çat­dı və müs­tə­qil Azər­bay­can türk xal­qı or­ta­ya çıx­dı. Ana­do­lu türklə­ri və Azər­bay­can türklə­ri ara­sın­da et­nik sər­həd isə XVI əsrdə ya­ran­dı. XIV-XV əsrlər­də Azər­bay­can­da ya­şa­yan əsas xal­qın - Azər­bay­can türk et­no­su­nun for­ma­laş­ma­sı Azər­bay­can mə­də­niy­yə­ti­nin in­ki­şa­fı­na sə­bəb olur. Sta­bil mər­kəz­lə­ri ol­ma­yan bu mə­də­niy­yə­ti bə­zi dövrlər­də Os­man­lı mə­də­niy­yə­tin­dən fərqlən­dir­mək çə­tin­dir. XV əsrdə Azər­bay­can mə­də­niy­yə­ti­nin iki mər­kə­zi for­ma­la­şır: Cə­nu­bi Azər­bay­can və Aşa­ğı Qa­ra­bağ. XVI-XVIII əsrlər­də bu mə­də­niy­yət mər­kəz­lə­ri­nin for­ma­laş­ma­sı ba­şa ça­tır. XIV-XV əsrlər­də­ki Azər­bay­can mə­də­niy­yə­ti­nin mən­bə­yin­dən da­nı­şı­lan­da yad­da sax­lan­ma­lı­dır ki, Azər­bay­can ədə­biy­ya­tı və mə­də­niy­yə­ti­nin di­gər his­sə­lə­ri ay­rıl­maz su­rət­də dil ilə bağ­lı­dır. Mad­di mə­də­niy­yət isə əha­li­nin türkləş­mə­sin­dən əv­vəl or­ta­ya çı­xıb. Müs­tə­qil ol­duq­dan son­ra Azər­bay­can mə­də­niy­yə­ti­nin İran mə­də­niy­yə­ti və ərəb mə­də­niy­yə­ti ilə güc­lü əla­qə­lə­ri sax­la­nıb. On­la­rın or­taq di­ni və or­taq mə­də­ni-ta­ri­xi ənə­nə­lə­ri var".

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ