Serbiyada prezident kimi ikinci müddəti gələn ilin may ayında başa çatacaq Aleksandr Vuçiç, konstitusiya onun üçüncü müddətə namizədliyini irəli sürməsinə mane olduğu üçün siyasi karyerasını baş nazir kimi davam etdirmək niyyətində olduğunu açıqlayıb.
Belqrad Radiosuna verdiyi müsahibədə baş nazirliyə namizəd olub-olmayacağı ilə bağlı suala Vuçiç belə cavab verib: "Baş nazirliyə namizədliyimi irəli sürməyi düşünürəm. Bu axşam vacib görüşüm var və siyahının necə formalaşdırılacağını da müzakirə edəcəyik. Siyahıya bir çox gənc, enerjili insan və tələbə daxil olacaq".
İstefa verməyi planlaşdırmadığını deyən Vuçiç, bəlkə də bunu üç-dörd ay ərzində bunu edə biləcəyini bildirib: “Sizi məlumatlandıracağam. Narahat olmayın, bu, heç kim üçün sürpriz olmayacaq. Kitablarımı Prezident Sarayından toplamağa başlamışam. Səlahiyyət müddətim ərzində aldığım 1200 kitabı bağışlayacağam".
Vuçiç həmçinin seçkilərin bir neçə ay ərzində keçiriləcəyini və bunun texniki məsələ olduğunu bildirib: "Seçkilər üç-dörd ay ərzində keçiriləcək. Onlar iyul və ya avqust aylarında olmayacaq. Lakin onların həmin tarixlər ətrafında elan edilib-edilməyəcəyi başqa məsələdir".
Tahir TAĞIYEV