Cümə günü, 06 noyabr 2026
     

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi - FOTO

Image


Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını açan MŞ sədri Rəşad Məcid gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Əvvəlcə MŞ sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı dinlənilib. R.Məcid bildirib ki, ötən müddətdə Şuranın Dil Komissiyasının sədr Vüsalə Mahirqızı başda olmaqla tərkibi müəyyənləşdi, qurum fəaliyyətini gücləndirdi, genişləndirilmiş iclas keçirərək, mövcud sahədəki tendensiyalara ətraflı nəzər saldı. MŞ Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə “Medianın dili elmi müzakirə müstəvisində” mövzusunda konfrans da keçirdi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə “Məktəb ictimai müzakirədə” adlı yeni layihəyə start verdi. Layihə çərçivəsində bir çox tədbir və toplantılar keçirilib və keçirilməkdədir. Şuranın İdarə Heyətinin üzvləri fəal şəkildə bu layihədə iştirak edir, məktəblərdə olurlar.

Ötən müddətdə Mətbuat Şurasının “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı ilə bağlı şərhləri yayıldı.

Mətbuat Şurası fevralın 6-da yaydığı açıqlamada “İdrak” liseyində baş vermiş insidentlə bağlı media mənsublarının bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsullarının yolverilməzliyini əsaslandırdı.

R.Məcid bildirib ki, son dövrlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” və “YouTube” platformalarında aparılan canlı yayımlar və paylaşımlar zamanı açıq söyüşlərə, təhqirlərə, əxlaqsız davranışlara və nifrət nitqinə geniş şəkildə rast gəlinir. Buna görə də Mətbuat Şurası hesabat dövründə sosial şəbəkələrdə fəaliyyət göstərən bütün blogerləri, tiktokerləri, ümumən, sosial media istifadəçilərini qanunvericiliyə, etik normalara və ictimai məsuliyyət prinsiplərinə uyğun davranmağa çağıran açıqlama yaydı.

Hesabat dövründə MŞ və Medianın İnkişafı Agentliyinin tərəfdaşlığı, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirildi.

R.Məcid MŞ-nin nəznində Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin yaradılmasını da mühüm hadisə kimi vurğuladı və bildirdi ki, bu qurumun gözlənilən mütəhərrik fəaliyyəti beynəlxalq media müstəvisində cərəyan edən hadisə və proseslərə operativ reaksiyanın verilməsi baxımından müstəsna əhəmiyyət daşımaqdadır.

MŞ sədri, eyni zamanda, bildirdi ki, bir çox hallarda jurnalistin sosial şəbəkə istifadəçisindən fərqi itir. Sosial şəbəkələrdə yayılmış hansısa bilgi heç bir araşdırma aparılmadan media orqanlarına çıxarılır. Nəticədə yalan bilgi informasiya dəyəri qazanır ki, bu da öz növbəsində cəmiyyətin yalnış yönləndirilməsinə səbəb olur. Ona görə də Mətbuat Şurası hesabat dövründəki daha bir açıqlamasında jurnalistləri, media subyektlərinin təmsilçilərini qeyd edilən məqamları ciddi şəkildə nəzərə almağa, peşə prinsiplərinə riayət etməyə, jurnalistikanın nüfuzunu yüksək tutmağa çağırdı.

Mətbuat Şurası növbəti tövsiyyətində qida təhlükəsizliyi məsələsinin cəmiyyətin və xalqın təhlükəsizliyinin vacib seqmenti olduğuna söykənərək, jurnalistləri bu sektorda kimlərinsə reputasiyasına ziyan vurmağa hesablanmış bilgilərin, dezinformasiya təmayüllərinin yayılmasında alətə çevrilməməyə, yalnız doğruları işıqlandırmaqla, yüksək həssaslıq nümayişinə səslədi.

Hesabat müddətində Mətbuat Şurasının sədri Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatının Azərbaycanla bağlı hissələrinə münasibətini bildirdi. Münasibətdə hesabatın qərəzli olduğu əsaslandırıldı. Şura daha bir açıqlamasında medianı və jurnalistləri müsahibələrin təqdimatına və müsahiblərə həssas yanaşmağa çağırdı.

R.Məcid onu da diqqətə çatdırdı ki, hesabat dövründə MŞ-də 3 yubiley, 1 anım tədbiri, 3 təqdimat mərasimi təşkil olunub, Şura tərəfindən 4 təbrik mətni yayılıb. Bundan başqa, qurumun Şikayətlər üzrə Komissiyasının 2, Dil Komissiyasının və Nəzarət-Təftiş Komissiyasının 1 iclası keçirilib.

Mətbuat Şurasının İdarə Heyətinin iclasında Şuranın Şikayətlər üzrə Komissiyasının işi ilə bağlı məlumat verildi. MŞ-nin icraçı katibi Əvəz Rüstəmov bildirdi ki, komissiyanın iki iclasında 7 şikayətə baxılıb. Hesabat dövründə MŞ-yə daxil olan şikayətlərin ümumi sayı isə 12 olub. Onlardan 5-i Şuranın Katibliyinin hər iki tərəflə qarşılıqlı təmasları nəticəsində həllini tapıb. Şikayətlər üzrə Komissiyanın rəylərində cavabdeh tərəflərə əsasən qarşı tərəfin mövqeyinin işıqlandırılması ilə bağlı tövsiyələr ünvanlanıb. Bundan başqa, komissiyanın səyləri ilə şikayətçi və cavabdeh tərəflər arasında barışığın əldə edilməsinə də nail olunub.

MŞ İdarə Heyətinin iclasında “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na kin və nifrət dili ilə təbliğatın yolverilməzliyi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarı ilə bağlı əlavələrin edilməsinə dair müzakirə aparılıb. Bildirilib ki, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na dəyişiklik ölkə jurnalistlərinin qurultaylarında təsdiqlənir. Buna görə də qurultayadək göstərilən məqamlarla bağlı əlavələr mətni hazırlanmalıdır.

İclasda, ümumən, müzakirəsi aparılan məsələnin son dərəcə əhəmiyyətli olduğu vurğulanıb. Çünki son zamanlar bəzi media təmsilçilərinin və müstəqil jurnalistlərin səsləndirdiyi fikirlərdə müxtəlif tərəflərin linç olunmasına rəvac verə biləcək ritorikadan istifadə olunur. Halbuki, jurnalistin yaratdığı qınaq düşündürməli, bu düşüncədən irəli gələn tədbirlər sivil cəmiyyətin norma və prinsiplərinə zidd olmamalı, qıcıq doğurmamalıdır. Jurnalistlər, xüsusən, ekstremal durumların, cəmiyyətdə rezonans doğurmuş hadisələrin və belə olaylarla əlaqəli məqamların işıqlandırılmasında emosiyalara qapılmamalı, tələskənliyə yol verməməli və konkret mahiyyət üzrə davranmalıdırlar. İclasda bildirilib ki, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na dəyişiklik mətnində bütün bunlar əksini tapmalıdır.

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ