Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan qiyabi olaraq həbs edilib və axtarışa verilib. Onun həbsi İrəvan Bryusov Universitetinə məxsus əmlakın özgəninkiləşdirilməsi ilə bağlı cinayət işi ilə bağlıdır.
Bu işlə bağlı əvvəllər bir neçə keçmiş yüksək vəzifəli şəxs, o cümlədən keçmiş təhsil və elm naziri və Respublika Partiyasının sədr müavini Armen Aşotyan həbs olunub. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə və təxminən 500 min dollarlıq çirkli pulların yuyulmasında ittiham olunurlar.
Tahir TAĞIYEV