ABŞ prezidenti Donald Tramp İranın neftlə zəngin bölgələrindən biri olan Xark adasını ələ keçirəcəklərini bildirib.
Tramp Truth Social hesabında paylaşım edərək İrana qarşı yeni bir təhdid səsləndirib və bu gecə İrana növbəti hücumun anonsunu verib: "Amerika Birləşmiş Ştatları bu gecə İrana ÇOX GÜCLÜ zərbə endirəcək (onun donanması, Hərbi Hava Qüvvələri, Radar, Zenit və bütün digər müdafiə və hücum gücü MƏHV EDİLİB!). Çox da uzaq olmayan gələcəkdə Xark adasını və digər neft-qaz infrastrukturunu ələ keçirəcəyik və Venesuelada olduğu kimi, neft və qaz bazarlarını tam nəzarətə götürəcəyik. Bu, vəziyyət həm Venesuela, həm də ABŞ üçün əla nəticələr verir".
Tahir TAĞIYEV