Bakı şəhəri, Nəsimi rayonu, 16 saylı “JEK”də fəhlə işləyən Ağayev Damət Ağakişi oğlu video müraciətində Azərbaycandan çıxışına qanunsuz şəkildə qadağa qoyulduğunu iddia edir.
Vətəndaş D.Ağayev Prezident İlham Əliyevə və ölkənin Birinci vitse-prezident Mehriban Əliyeva müraciət edir ki, onun ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub. O, bu məsələdə “Aslan” MTK tikinti şirkətinin rəhbərliyini ittiham edir. Bildirir ki, həmin MTK-ın rəhbərliyi onunla olan konfliktə görə müəyyən dövlət orqanlarının əli ilə ölkədən çıxışına qadağa qoyulub ki, onun haqq səsi ölkə Prezidentinə və Birinci vitse-prezidentə çatmasın.
Leyla QARAXANLI