Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri iyunun 10-da Vətənə gətirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - məlumatda deyilir.
ZÜMRÜD