Yaxın Şərqdəki gərginlik yeni bir mərhələyə keçir. Tehran və Vaşinqton arasında danışıqlarda irəliləyiş siqnallarına baxmayaraq, bölgədə hərbi gərginlik artmaqda davam edir.
Xüsusilə İranın ABŞ helikopterini vurmasından sonra Yaxın Şərqdə gərginlik yenidən artıb. Dünən qisas hücumuna başlayan ABŞ İranda bir çox bölgəni bombaladı. ABŞ-ın İranın hava hücumundan müdafiə sistemlərini, radar qurğularını və idarəetmə mərkəzlərini hədəf aldığı bildirilir.
Tamamlanmış bu hücumdan sonra yeni açıqlama verən ABŞ prezidenti Tramp hücumların davam edəcəyinə işarə edib. Tramp Fox News-a verdiyi açıqlamada İrandakı elektrik stansiyalarına və körpülərə hücum əmri verməyə çox yaxın olduğunu bildirib.
"İrana çox sərt vuracağıq" deyən Tramp əlavə edib ki, "İran indi razılaşmanı imzalamalıdır".
Trump Truth Social hesabında isə paylaşım edərək İran ordusunun “tamamilə məğlub olduğunu” iddia edib: "İran ordusu tamamilə dağınıq vəziyyətdədir. Donanması və hava qüvvələrinin böyük bir hissəsi yoxdur artıq - tamamilə məğlub olublar. İran yalnız danışır, heç bir hərəkət etmir. Yaxın Şərqin zorakısı ÖLÜB!!! Onlar özləri üçün böyük bir razılaşma əldə etmək üçün çox gözlədilər, indi bədəlini ödəyəcəklər!!!"
Tahir TAĞIYEV