çərşənbə günü, 07 oktyabr 2026
     

Teleserial çəkilişinə büdcə ayırmaları niyə dayandırıldı?..

Image


Elə sahələr var ki, onların səviyyəsi ilə bağlı yalnız mütəxəssislər deyil, ictimaiyyət nümayəndələri, mətbuat adamları, sıravi tamaşaçılar da söz deyə bilər. Bu sahələrdən biri kino və seriallardır ki, burada kənardan baxışın əhəmiyyəti böyükdür. Azərbaycan tamaşaçısı müasir Azərbaycan kinosunun vəziyyətindən narazıdır, səviyyəsindən razı deyil.

Bir-iki istisnanı nəzərə almasaq, heç yerli telekanallarda dövlət büdcəsi hesabına vaxtilə çəkilən serialların da bizim tamaşaçıların xoşuna gəlmədiyi məlumdur. Mütəmadi olaraq dövlət büdcəsindən kinoya, seriala pul ayrılıb, qarşıya konkret hədəflər qoyulub, amma bu vəsaitin böyük hissəsini müəyyən adamlar, qruplar “əridib” yoxa çıxarıblar. Nəticədə də ortaya dadsız-duzsuz məhsullar çıxıb ki, onun da əziyyətini ən çox tamaşaçı çəkir.

Bildiyimiz kimi, bütün dünyada telekanalların serial çəkmək sahəsində böyük təcrübəsi, eyni zamanda ənənəsi var. Özü də bu seriallar yalnız yerli auditoriya üçün deyil, bütün dünyaya, hətta kinoprokatlara, satışlara hesablanıb çəkilir.

Azərbaycanda da telekanallar serial çəkməyə başladılar. Bu o zərurətdən irəli gəldi ki, 2012-ci ilin may ayından xarici serialların yerli televiziyalarda yayımı dayandırıldı və yerli kanalların özlərinin serial çəkmək məsələsi gündəmə gəldi. Xarici serialların nümayişi dayandırılan kimi bizim televiziyalar öz seriallarını tamaşaçıya təqdim etməli idi. Əlbəttə, televiziyaların bu işə başlamasında dövlətin ciddi maliyyə dəstəyinə ehtiyac vardı. Dövlət bu addımı atdı. Prezident İlham Əliyevin  09 sentyabr 2011-ci il tarixli 1709 nömrəli və 04 aprel 2013-cü il tarixli 2830 nömrəli sərəncamına əsasən, o vaxt fəaliyyətdə olan və hazırda ləğv edilən Milli Televiziya və Radio Şurası (MTRŞ) yerli serialların çəkilməsi üçün ilkin mərhələdə televiziyalara maliyyə vəsaiti ayırmağa başladı. Məlumatlara görə, Azərbaycanın televiziya kanallarına serial çəkilişləri üçün 2011-ci ildən 2016-cı ilə qədər dövlət tərəfindən ayrılmış 11 milyon manat vəsait hesabına TV-lər ümumilikdə 40 serial çəkib.

Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamına əsasən milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə maliyyə vəsaitinin ayrılması müsbət hal olsa da, çox təəssüf ki, ortaya çox az sayda  normal səviyyəli seriallar çıxarılıdı. 2014-cü ildə Milli Televiziya və Radio Şurasının qərarına əsasən, milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 (iki yüz min) manat məbləğində maliyyə yardımı ayrılıb, 2016-cı ildə isə ayrılan 5 və 6 milyon manatdan serial çəkilişi üçün kanallara köçürülmüş vəsaitin məbləği  açıqlayıb. 09 sentyabr 2011-ci il tarixli 1709 nömrəli sərəncamına əsasən ayrılan 5 milyon manatdan ATV kanalının hesabına "Sirr", "Pərvanələrin rəqsi", "Onu bağışlamaq olarmı" seriallarının çəkilişi üçün ümumilikdə 1 milyon manat, ANS kanalına "Xoca" və "Ağabəyovlar" serialının çəkilişi üçün ümumilikdə 800 min manat, "Lider" kanalına "Dostlar", "Satko", "Muradına çatan günəş" seriallarının çəkilişi üçün ümumilikdə 800 min manat, "Space" kanalına "Cənnətə səyahət", "Bir kəndin Sevinci" seriallarının çəkilişi üçün ümumilikdə 800 min manat, "Xəzər" kanalına "Aramızda qalsın", "Qaynana", "Ayrılıq son deyil", "Həyat varsa", "Sonun başlanğıcı" seriallarının çəkilişi üçün ümumilikdə 800 min manat, İctimai Televiziyaya "Qarabağ", "Dalan" , "Döngələr", "Qaranlıqlar çiçəyi", "Xoş təsadüf" seriallarının çəkilişi üçün isə ümumilikdə 800 min manat vəsait köçürülüb. ATV kanalına "Çaqqal nəfəsi", "Toy gecəsi", "Həyat çiçəyi", "Aydın" və "Qız yükü" seriallarının çəkilişi üçün ümumilikdə 1 milyon 200 min manat, "Lider" kanalına "Qisas", "Durnalar qayıdanda", "Tufanlı Səma" serialları üçün ümumilikdə 1 milyon manat, "Space" kanalına "Tək olanda qorxma", "Oğurlanmış arzular", "Üç bacı" seriallarının çəkilişi üçün ümumilikdə 1 milyon manat, "Xəzər" kanalına "Həyat sən nə qəribəsən", "Sənə inanıram", "Cehizsiz gəlin", "Əli və Nino" seriallarının çəkilişi üçün ümumilikdə 1 milyon 250 min manat, "Region" kanalına "Hippokrat andı", "Əhməd haradadır", "Kolxoz 85", "Sənsiz" seriallarının çəkilişi üçün isə ümumilikdə 550 min manat vəsait köçürülüb. Bu, təqdim etdiyimiz dövrə aid statistikadır.

Vaxtilə ard-arda seriallar çəkilsə də, son dövrlər telekanallara serial çəkilişləri üçün vəsait ayrılmır. Mütəxəssislər deyirlər ki, büdcədən TV-lərə bu məqsəd üçün pul ayrımı dayandırılıb. Mütəxəssislər deyir ki, bir neçə il bundan əvvəl TV-lərə serial çəkilişi üçün pul ayrılsa da, son dövrlər bu vəsait dayandırılıb. Vəsaitin dayandırılması səbəbi barədə irəli sürülən iddialara görə, ayrılan pulun böyuk hissəsinin TV rəhbərləri və rejissorlar tərəfindən mənimsənildiyi və seriallara qəpik-quruş xərcləndiyi məlum olub. Bu səbəbdən də seriallara ayrılan vəsait dayandırılıb. Bundan başqa, serialların çoxunun mövzusu da, ideyası da qənaətbəxş olmayıb. Hətta belə iddialar var ki, rejissorlar pul verməməyin dərdindən təsadüfi adamları seriallara aktyor və aktrisa kimi çəkib. Bir sözlə, narazılıqlar çoxdur və biz bunu vaxtaşırı olaraq eşidirik.

  • “Dövlətin ayırdığı vəsait seriallara deyil, kimlərinsə şəxsi marağına xidmət edibsə, bu çox mənfi haldır”

Müstəqil.az saytının baş redaktoru, tanınmış şair, qələm adamı  Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hər bir dövlətin özünün kino ilə bağlı xüsusi siyasəti və bu siyasətin irəliləməsi üçün işlək mexanizmi olmalıdır. Bir vaxtlar TV-lərə serial çəkilşləri üçün vəsait ayrılmasının yaxşı hal olduğunu vurğulayan F.Balabəyli hesab edir ki, burada hər hansı bir əyintilərin olması ortaya mükəmməl serialların çıxarılmasına əngəl olub. “Əvvəlcədən deyim ki, mövzu aktualdır və düşünüdürücüdür. Mən dəfələrlə şahidi olmuşam ki, Azərbaycan seriallarına yerli izləyicilərimiz ironik münasibət bildirir, lağ obyektinə çevirirlər.  Həm də bu məsələdə haqlıdırlar. Əlbəttə, bir qədər yaxşıları da var.  Amma bu yaxşılar digər seriallarımızla müqayisədə yaxşı görünə bilər, peşəkar səviyyədə yanaşdıqda isə yox. Türkiyə televiziyalarının və prodakşnlarının çəkdiyi seriallara baxıram. Tarixi və müasir həyatdan bəhs edən seriallar seyrçini düşündürür, tarixi yaddaşları təzələyir, maarifləndirir. Mən məmmuniyyətlə seyr edirəm. Aktyor işinə, rejissor dəsti-xəttinə, operator peşəkarlığına heyran qalmamaq olmur. Eləcə də müasir həyatdan, məişətdən bəhs edən filimlər. Əlbəttə ki, əsas maliyyədir. Məndən bir dəfə TV-lərimizin birində yayınlanan serial üçün ssenari yazmağı istədilər. Düzdür, onların dediklərini yaza bilmədim, qoyduğum hadisələrin ekran həllinin tapılması üçün çox  maliyə tələb olunurdu. Mənə dedilər ki, bizim pavliyonumuz yoxdur. Bir “Şamaxinka”da icarəyə götürülmüş bina var, bir də hansısa meşə zolağında olan bir kafe.

Mənə hər seriya üçün 100 AZN təklif olunurdu. Yaza bilmədim. Sonradan maraqlandım. Bir əməkdar artist mənə dedi ki, bir seriya üçün 50 AZN qonorar alır. Və məlum oldu ki, TV-lərin proyekti olan seriallar üçün ayrılan vəsaitin müəyyən hissəsi geri qayıdır, “obnaliçka” olunur. Müəyyən hissəsi TV rəhbərlərinin hansısa maraqlarına xidmət edir, eyni zamanda rejissorların özünün insafına ayrılır, aktyorlara və texniki işlərə qalan vəsait isə çox cüzidir. Aydın məsələdir ki, dövlətin ayırdığı vəsait seriallara deyil, kimlərinsə şəxsi marağına xidmət edibsə, bu çox mənfi haldır. Belə olduqda nəticə indiki kimi olur. 

Amma sualinizin digər hissəsi ilə bir qədər razı deyiləm. Nə üçün TV rəhbərləri maraqlı serialların çəkilişinə maraqlı deyil, soruşursunuz. Kim maraqlı olmaz ki? Əlbəttə maralıdırlar. Amma maraqlı əsər, serial ortaya qoymaq üçün nəfs iti olmamalıdır”.

F.Balabəyli hesab edir ki, dövlətin ayırdığı vəsait səmərəli xərclənsəydi bu gün mövcud problemlər olmazdı, işi iş bilənə tapşırıb səviyyəli seriallara sahib olmaq olardı: “Dediyim kimi, gərək burada göz toxluğu olsun, yaxud, ayrılan vəsaitin müəyyən hissəsi serial üçün səmərəsi olmayan, amma fərdlərin səmərəli həyat tərzinə sərf edilməməlidir. Bu ittihamlar eşitdiklərimə, 1 seriyasının 10-15 dəqiqəsinə baxıb sonra baxmadığım serialların keyfiyyətinə əsaslanır”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ