Ermənistanda Azərbaycan vətəndaşlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak yoxdur. Bunu Ermənistan Kadastr Komitəsindən mediaya bildirilib.
Məlumata görə, 2025-ci ildə Türkiyə vətəndaşları ilə bağlı ölkədə yalnız dörd daşınmaz əmlak qeydiyyatı qeydə alınıb.
Departamentin məlumatına görə, son bir ildə Türkiyə vətəndaşları İrəvanın Kentron rayonunda bir mənzil alıb, Kotayk rayonunun Jrvej kəndində isə iki mənzil və bir torpaq sahəsi satıblar.
Kadastr Komitəsinin məlumatına görə, Ermənistan da Azərbaycan vətəndaşları tərəfindən qeydiyyata alınmış heç bir əmlak yoxdur.
Həmçinin qeyd edilib ki, 2026-cı ilin yanvar-aprel ayları arasında Türkiyə vətəndaşları Ermənistanda heç bir daşınmaz əmlak əməliyyatı aparmayıblar.
Tahir TAĞIYEV