ABŞ prezidenti Donald Tramp, İran da daxil olmaqla, istənilən ölkədə rejim dəyişikliyi cəhdlərinin effektivliyinə inanmadığını bildirib.
"Mən rejim dəyişikliyinə inanmıram və illərdir rejim dəyişikliyinin şahidi olmuşam. Onlar heç vaxt işə yaramır. Bu sadəcə vaxtı gələndə baş verməlidir", - deyə Amerika lideri Fransada keçirilən G7 sammiti ərəfəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp həmçinin bildirib ki, "rejim dəyişikliyi ilə heç vaxt maraqlanmayıb" və bu ideya onun planlarının bir hissəsi deyil.
SAMİRƏ