Amerikalı sahibkar İlon Mask Şimali İrlandiyadakı ksenofob etirazlarla bağlı açıqlamalarını işıqlandırdığına görə Almaniyanın ictimai televiziya kanalı ZDF-i məhkəməyə vermək niyyətini açıqlayıb. Mask özünün X sosial media hesabında "ZDF-ə qarşı dəhşətli yalanlarına görə hüquqi tədbirlər görüləcək"- deyə yazıb.
DW-nin xəbərinə görə, Maskı özündən çıxaran alman publisisti Julian Reichelt-in Maskın "miqrant ovuna çağırış etdiyini" iddia edən ZDF reportajını tənqid edən bir paylaşımı olub.
SAMİRƏ