çərşənbə günü, 07 oktyabr 2026
     

Rüstəm İbrahimbəyov Kinematoqrafçılar İttifaqında “necə turp əkibsə”...

Image


Bu ilin mart ayında Moskvada vəfat edən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, kinorejissor Rüstəm İbrahimbəyovun sağlığında olduğu kimi, ölümündən sonra da AKİ ətrafında qalmaqallar davam edilir. Uzun illər AKİ-yə rəhbərlik edən R.İbrahimbəyovun Bakıdan çox Moskvada yaşadığı, təşkilatın qapısını ayda-ildə bir dəfə açdığı barədə çox danışılır.

Deyirlər ki, mərhum keçmiş sədr nadir hallarda AKİ-yə gəlib və əsas vaxtını öz layihələrinə həsr edib, müştərək filmlər çəkib, hətta ermənilərlə də işbirliyi yapıb. Yəni nə özünün, nə də rəhbərlik etdiyi qurumun kinomuza bir faydası, xeyri olub. Rüstəm müəllim müstəqil Azərbaycanın kinosunu inkişaf etdirmək, ona töhfələr vermək əvəzinə “Qafqaz üçlüyü” adlı film çəkib, üstəlik də, bu filmdə erməniləri yüksəldib, azərbaycanlıları aşağılayıb. 2018-ci ildə R.İbrahimbəyovun ssenarisi əsasında çəkilən və böyük hay-küy yaradan “Qafqaz üçlüyü” filmi son illər ermənipərəst dairələrin Azərbaycan dövlətinə və xalqına qarşı apardığı məqsədli iftira, qarayaxma kampaniyasının tərkib hissəsi olaraq ciddi tənqid edildi.

O dövrdə Mədəniyyət Nazirliyinin yaydığı bəyanatda bildirilirdi: “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti başlayan ilk gündən düşmən ölkənin, dünyadakı erməni lobbisinin bütün resursları Azərbaycan xalqını qəddar, davakar, ermənilərə qənim kəsilmiş bir xalq olaraq tanıtmağa və bununla Dağlıq Qarabağdakı separatçılığa əsas qazandırmağa yönəldilib. Təəssüf ki, bu işdə bəzi "sapı özümüzdən olan"lar da düşmənin məkrinə alət olaraq doğulduğu torpağa, mənsub olduğu xalqa qarşı çirkin fəaliyyət göstərirlər”.

Bildirilirdi ki, R.İbrahimbəyovun bu istiqamətdə fəaliyyəti artıq neçə illərdir davam edir və o, çoxdan tükənmiş "yaradıcılıq gücü"nü şəxsi maraqlar naminə erməni ünsürlərlə əlbir olaraq Azərbaycan xalqını aşağılamaq, onu mədəniyyətsiz, milli kökləri olmayan xalq kimi göstərmək yolunda sərf edir. Bu fikirlər mətbuat səhifələrində var və istəniən adam bunu tapıb oxuya bilər.

R.İbrahimbəyovun rəhbərlik etdiyi AKİ-də parçalanma prosesi “Qafqaz üçlüyü” filmindən bir neçə il əvvələ təsadüf edir. R.İbrahimbəyovun  Azərbaycan kinosuna barmaqarası baxması bir sıra kino xadimlərinin ittifaqdan narazı düşməsinə səbəb olur, nəticədə isə 2012-ci ildə ittifaq parçalanır, kino xadimləri İbrahimbəyovun rəhbərlik etdiyi təşkilatı tərk etməyə başlayırlar. 2012-ci ildə AKİ uzun illər fəaliyyət göstərdiyi Hökumət Evindən çıxarılır. Onu da xatırladaq ki, 2012-ci ildə Vergilər Nazirliyi tərəfindən cinayət işi açılır və Nazirliyin müvafiq strukturları tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqında 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövrü əhatə etməklə 20.11.2012-ci ildə keçirilən növbəti səyyar vergi yoxlaması nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla xeyli miqdar təşkil edən 12373,56 manat məbləğində verginin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanaraq, fakt üzrə 27.12.2012-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanır... 2012-ci ilə aid olan bu məlumat da çoxlarına məlumdur. Hətta o da bəllidir ki, bir çoxları bu hadisəni siyasiləşdirməyə və guya siyasi basqı kimi qiymətləndirməyə başladılar. Lakin burada hər hansı bir siyasi not olmadığı məlumdur. Baş verənlər sadəcə AKİ sədrinin öz təşkilatına qeyri-ciddi münasibəti, orada kimlərinsə talançılıq etməsinə şərait yaratması idi. Dəfələrlə tanınmış kino xadimləri deyiblər ki, AKİ R.İbrahimbəyovun dövründə bir çoxları üçün yem yeri olub, çoxları bu quruma ayrılan pulları mənimsəyib. Rüstəm İbrahimbəyovun özünün də bu pulları mənimsədiyi haqda məlumatlar var. Baş verənlər də narazılığa rəvac verib.

2012-ci ildə AKİ-dən qopan nüfuzlu kino xadimləri  dövlət qurumlarına artıq sıradan çıxmış AKİ-ni əvəzləyən bir kino təşkilatının yaradılmasına dəstək göstərmələri üçün müraciət ediblər. Nəticədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaranır. Belə bir ittifaqın yarandığını eşidən İbrahimbəyovun Moskvadan başılovlu Bakıya qayıtdığı və evində qurultay topladığı qeyd edilir. Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə paralel olaraq AKİ də fəaliyyət göstərir, uzun illər passiv mövqedə dayanan təşkilat İbrahimbəyovun ölümündən sonra yenidən canlanmağa başlayıb. Xalq artisti Rasim Balayevin AKİ sədrliyinə namizədliyi irəli sürüldüyü vaxtdan bəzi kino xadimləri buna tənqidi yanaşdılar və Balayevin vaxtilə R.İbrahimbəyovun reputasiyası zədələnən təşkilatına sədr olmasına qarşı çıxdılar. Şəxsən biz özümüz  Rasim Balayevin sədr seçilməsinə mənfi yanaşmırıq və o bir kino xadimi, ziyalı kimi bu vəzifəyə tam layiqdir, kinoittifaqa  onun kimi görkəmli simanın rəhbərlik etməsinə yalnız müsbət yanaşmaq olar. Əsas tənqid olunan məqam kiçik bir ölkədə iki kino ittifaqının olması və kino xadimlərinin parçalanmasıdır. Kino xadimləri də deyirlər ki, kino adamlarını məqsədli şəkildə İbrahimbəyov parçalayıb, onları qarşı-qarşıya gətirib, aralarına intriqa toxumu əkib. Bu gün iki ittifaqa ehtiyac yoxdur əlbəttə, uzun illər bir yerdə olan, filmlərə çəkilən, bir qabdan çörək yeyib su içən adamlar az qala bir-birinə düşmən kimi baxırlar. Son zamanlar da çoxları deyir ki, bunun baiskarı İbrahimbəyov olub. R.İbrahimbəyovun fəaliyyəti dövrü ilə bağlı yeni faktlar üzə çıxır.  Mətbuatda yayılan məlumatlara görə, R.İbrahimbəyovun dövründə ittifaqın Mingəçevirdəki istirahət mərkəzi, “Domsovet”dəki otaqları əldən çıxıb. Onu da vurğulayaq ki, İttifaqın Mingəçevirdə yerləşən Yaradıcılıq Evinin sökülməsi ilə bağlı 2013-cü ildən AKİ Azinko ASC–yə qarşı məhkəmə iddiası qaldırıb. Bu barədə də məlumatlar var. Bəzi kino xadimləri iddia edirlər ki, R.İbrahimbəyov  vaxtilə rəhbərlik etdiyi AKİ-ni çapıb-talayıb, bu qurumun varidatını mənimsəyib.

Mətbuatda bəzi etirazlar var ki, R.Balayev nə üçün  R.İbrahimbəyovun reputasiyası zədəli ittifaqına sədr seçilməyə razılıq verib. Söhbət ondan getmir ki, R.Balayev kinoya rəhbərlik edə bilməz, əlbəttə, Rasim müəllim elə böyük sənətkar, elə böyük ziyalıdır ki, onun rəhbər vəzifədə olmasının yalnız kinoya faydası dəyə bilər.

Çoxları deyir ki, R.İbrahimbəyov dünya şöhrətli sənətkardır və sair. Yaxşı, bəs bu dünya şöhrətli kinorejissor nə üçün Qarabağın Azərbaycan ərazisi olduğu barədə bir film çəkib dünyaya yaymadı? Niyə Qarabağ həqiqətlərini lentə alıb dünyaya çıxarıb Azərbaycanın ədalətli mövqeyini bəşəriyyətə təqdim etmədi, əvəzində bədnam “Qafqaz üçlüyü” filminin ssenarisini yazıb xalqımıza xəyanət etdi... Əlbəttə, bunu unutmaq olmaz. Bu azmış kimi, 2013-cü ildə şirkətinin ermənilərin yaxın dostu Rəsul Həmzətov haqda film çəkdiyini də bəyan etdi. Onun əvəzinə Azərbaycanın ədalətli mövqeyini ifadə edən film çəkmək olmazdı? Gah siyasətçi, gah kinorejissor, gah kinodramaturq rolunda meydanda olan, dövlətimizə qarşı təhdid yolu tutan, xalqımıza qarşı hədyanlar yağdıran İbrahimbəyov kinomuza da ağır zərbə vurub.  Xalq olaraq R.İbrahimbəyovun bir çox bəd əməllərinin şahidi olmuşuq. Başlıcası isə, ittifaqı dağıdıb, kino ictimaiyyətini parçalayıb. Onun vaxtilə etdiklərinin isə səsi bu gün çıxır, təbii, İbrahimbəyovpərəstlər bunu “qərəz”, “paxıllıq” olaraq qələmə verməyə çalışırlar. Kaş hər şey onlar düşündüyü kimi olaydı, təəssüf ki, elə deyil...

Əli TURABOV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ