çərşənbə günü, 07 oktyabr 2026
     

Nəriman Nərimanovun ekran obrazı

Image


Nəriman Nərimanovun adı 1956-cı ilədək Azərbaycanda və keçmiş ittifaq ərazisində ehtiyatla çəkilirdi. Çünki 1920-30 cu illərdə nərimanovçuluq adıyla bir çox insanlar cəzalandırılmışdır.  İosif Stalinlə  proplemlər yaşayan N.Nərimanovun şəxsiyyəti ölümündən sonra represiyya məruz qalmışdı.

1971-ci ildə İsa Hüseynovun ssenari müəllifi, Əjdər  İbrahimovun rejissorluğu  ilə Nərimanov haqqında “Ulduzlar sönmür” filmi çəkildi. Ekran işi “Mosfilm”in sifarişi ilə çəkilsə də, filmdə müəyyən tarixi həqiqətlər əks olunmuşdu. Filmin Azərbaycan üçün isə əhəmiyyəti dövlət xadimi barədə ekran əsərinin meydana çıxması ilə bağlı idi. 1947-ci  ildə çəkilən “Fətəli xan” filmindən sonra bu mövzuda ikinci ekran əsəri çəkilirdi. 

Filmin mərkəzində duran səhnə Nərimanovun dəfnidir. Ayrı-ayrı şəxslər onu xatırlayaraq bu şəxsiyyətin açılmasında rol oynayırlar.  Maraqlı məqamlardan biri də filmin başlanğıcında çadranın atılması səhnəsinin verilməsidir. Lakin bu səhnə Nərimanov şəxsiyyəti baxımdan bir qədər uyğunsuz və uğursuz görünür. Azərbaycanda çadranın atılması məsələsi daha çox Cəfər Cabbarlı şəxsiyyəti, fəaliyyəti ilə bağlı olmuşdur.  Görünür bu səhnəni Azərbaycan bolşeviklərinin lideri konteksində göstərmək sifariş imiş. Lakin daha sonra epizodda məktəbli uşaqların göstərilməısi onların Nərimanovun ətrafında görünməsi real faktlarla üst-üstə düşür.  Çünki N.Nərimanovun uzun müddət maarrifçi, müəllim fəaliyyəti olmuşdur.

N.Nərimanovun ağır siyasi fəaliyyəti Həştərxandakı vətəndaş müharibəsi konteksində əks olunur. Aclıq yaşayan şəhərin taxıl sahələri təyyarələr tərəfindən bombalanması insanların həm də, çörək uğrunda mübarizə apardıqlarının göstərir. İnqilabın, vətəndaş müharibəsinin gətirdiyi aclıq proplemi film boyu bir xətt kimi inkişaf edir. Bolşevik siyasətinin konturları film boyu göstərilir. Bolşeviklərin əks qütbündə dayanan  polkovnik Martinau ( Semyon Sakolovski) Həştərxanda qiyamın başlanmasını gözləməklə yanaşı, müsəlmanların yeni peyğəmbəri hesab olunan Nərimanovla da haqq-hesabı çürütmək istəyir.Əksinqilabçı hesab edilənlərin təhlükəsindən qorunmaq üçün Nərimanov məscidin bağlanması göstərişini verir.  Bu qərar camaat namazının qılınması zamanı bildirilir güllə açılması nəticəsində məscid axundu öldürülür. Bolşevizmin dinə qarşı sərt tədbirləri bu epizodda əksini tapır. Lakin real tarixdə Nərimanov dinə qarşı bu cür radikal siyasət aparılmasının əleyhinə olmuşdu.

Bu hadisə Nərimanova qarşı cinahda duran Bequlovu ( Əjdər İbrahimov) hərəkətə gətirir. O müsəlmanları öz şərəflərni qorumaq üçün silaha sarılmalarına çağırış edir Kommunizmə qarşı dini bayraq altında mücadilə aparılması faktı bu epizooda əksini tapır.  Bequlovun Nərimanovla propleminin köklərinin iyirmi ilədək dayanması bir xatirə ilə tamaşaçılara açıqlanır. Çotayın (Oleq Xabalov) xatirəsindən məlum olur ki, Səttarxan hərəkatına silahlı yardım etmək istəyən Nərimanov o zaman Bequlov tərəfindən həbsə atılmışdı.

Müstəqil Azərbaycan dövlətinin varlığını qəbul etməyən bolşeviklər onu yıxmaq üçün fəaliyyət göstərirlər. Nəriman Nərimanov Moskvada Çingiz İldırmı (Tengiz Arçvadze)  Leninə təqdim edir. Ç.İldırımın  birbaşa Leninin “xeyir-duası”  ilə Bakıya yola salınması xəyanətin kökünü göstərir. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dəniz donammasına rəhbərlik edəcək Ç.İldırmı bolşeviklər çox yaxşı tanıyırlar ondan öz məqsədləri üçün istifadə edirlər.

N.Nərimanovun 1919-cu ildə yazdığı  Nəsib bəy Yusifbəyliyə hədə dolu məktubu tarixə məlumdur.  Filmdə isə onlar Bakıda görüşürlər. Burada Azərbaycanın müstəqilliyi, gələcəyi barədə polmeika gedir. Nəsib bəy( Adil İsgəndərov) Azərbaycan istiqlalının fevral inqilabı nəticəsində əldə edildiyini onu bolşeviklərə təhvil verilməsinin qəti əleydarı olur. Filmdə Nəsib bəyin bu cür əksi tarixi gerçəkliklə  üst-üstə düşür. N.Nərimanov isə bolşeviklərin oktyabr çevrilişini tərifləyərək onun Azərbaycana azadlıq gətirməsinə inanır. Gənc Azərbaycan Cümhuriyyətinin ağır durumunu görən Hacı Zeynalabdin Tağıyev( İsmayıl Osmanlı)  isə bir müdrik insan kimi milli birliyin vacibliyindən bəhs edir. O bir mesenat kimi bütün mal-dövlətini müstəqillik yolunda xərcləmə razı olduğunu deyir. Gerçək H.Z.Tağıyev obrazı  burada əksini tapır desək yanılmarıq.  Lakin beyxəlxalq siyasi qovğalar müstəqil dövlətin yaşamasına maneçilik törədir. General Tompsonun  (Nikolay Volkov)  Nəsib bəydən Denikinə əsgər göndərməsi  tələb etməsi ağır durumdan xəbər verir.  Nəsib bəy tezliklə əsgərlərin göndərilməsini desə də Tompson yenə də onu qınayır. Filmdə bununla Nəsib bəy Yusifbəylinin istiqlal uğrunda necə çətinliklər yaşadığı aydın olur. Nəsib bəy nə qədər vaxt udmağa çalışsa da cümhuriyyət əsgərlərini Denikinə yardıma getməsinə razı olur.  Təbii bütün bunlar tarixi fakt kimi yox film gerçəkliyi kimi təqdim edilir. Bequlovun sayəsində tompson N.Nərimanovu tanıyaraq onu həbs etmək istəsə də H.Z. Tağıyevin bunun qarşısında olur. O öz evində Azərbaycan milli adətindən misal çəkərək qonağından qabaq özünün həbs olunmalı olduğunu deyir. H.Z.Tağıyev  bir obraz kimi bununla milli dəyərlərin mühafizi kimi də parlayır.

Cümhuriyyət əsgərləri Denikinə yardıma gedərkən üçrəngli bayraq əksini tapır. Lakin bir qədər təhrif olunmuş şəkildə. Belə ki, ay-ulduz kiçik şəkildə göy parçanın qırağında göstərilir. Görünür Sovet Azərbaycanın bayrağının qırağındakı oraq-çəkicin əksi belə mənzərənin ortaya çıxmasına səbəb olmuşdu. 

Daha bir təhrif isə cümhuriyyətin işğalı ilə bağlı davam edir. Hakimiyyətin devrilməsi ilə bağlı ultimatum parlamentə təqdim olunmuşdur. Lakin filmdə guya 27 aprel gecəsində “Metropol” mehmanxanasında ziyafət təşkil olunduğu əksini tapır.  Azərbaycan naminə badə qaldırılarkən Çingiz İldırımın bir uşağa matrosların çevrilişə hazırlanmaları tapşırığını verməsi  milli faciəni göstərir. Çingiz İldırım ultimatum mehmanxanda oxuyarkən Cümhuriyyətin devrilməsində iştirak edir.

Azərbaycanın işğalından sonra Nəsib bəyin N.Nərimanova  “Sizin vətəniniz yoxdu, onu Rusiyayaya satmısınız” deməsi istiqlalçılıq xəttini qabartması sovet dövrü üçün cəsarətli addım idi. Bolşeviklərin qırmızı terror siyasətinin də konturları tamaşaçılara təqdim edilir. Yüz nəfərlik güllənmə siyahısı Nərimanova təqdim olunarkən “Burada bəstəkar niyə var sualını” verir. Əvəzində “o müsavat himnini yazıb” cavabını alır. Üzeyir Hacıbəyovun Nərimanov tərəfindən həyatının xilas olunması sətiraltı formada tamaşaçılara çatdırılır.Həmçinin dahi bəstəkarın müstəqil dövlətimizin himinin musiqisini yaratması da  hələ 1971-ci ildə bəlli olur. Həmçinin Əliağa Şixlinski və Səməd bəy Mehmandarovun da  həyatlarının qurtulması faktı aşkar formada tamaşaçılara çatdırlır.

N.Nərimanovun erməni millətçilərinə qarşı mübarizəsi isə Dilicanda daşnakların törətdiyi aclıq fəlakəti konteksində əks olunur. O Bakıya gələn kimi bu haqda məlumat çatdırılır. Onun ilk göstərişlərindən biri Dilicana ərzaq yardımı edilməsi ilə bağlı olur.

Kommunistlərin nefti milliləşdirməsi siyasətinin konturları da sətiraltı formada tənqid olunur. İsmayıl Osmanlının canlandırdığı H.Z.Tağıyev obrazının xaraketeri burada daha geniş açılır. Toxuculuq fabriki əlindən alınan H.Z.Tağıyev in bir qaraçı qadın falına baxmaq istəsə də razı olmur, ona pul verərək yola salır. Real vəziyyəti dərk edən keçmiş sahibkar gələcəyin necə olmasını gözəl anlayır. O həmçinin bolşeviklırin ağıllarını itirdiyini açıq şəkildə bildirir. Lakin bununla yanaşı  əlində olan başqa sərvətləri də Nərimanova vermək istəyir. O keçmişdə oxutduğu şəxsə etibar edir. Tağıyev yenə də, mesanant kimi məktəblərin, xəstəxanaların açılmasını istəyir.

Bolşevikərin qırmızı terror siyasəti filmdə ifşa olunur. 1920-ci illərdəki ağır sosial durum zamanı kəndlilər qətlə yetirilir. Kənddə çörək tapılmadığı üçün  Bünyad (Ənvər Vəliyev) iki kəndlini güllətdirir. N.Nərimanovun buna görə bərk əsəbləşməsi ürəyinin sancmasını real tarixi faktlarla üst-üstə düşür. N.Nərimanov ilk dəfə belə ürək sancını 1918-ci ilin mart soyqırımı vaxtı yaşamışdı. Buna görə onu xərəkdə Həştərxana aparmışdılar.

Film rus dilində çəkilsə də “Bayatı-Şiraz” və “Çıx yaşıl düzə” mahnılarının səslənməsi ekran əsərinə milli kalorit əlavə edir. Sovet dövründə çəkilməsinə baxmayaq “Ulduzlar sönmür” filmi Azərbaycan tarixi ,istiqlalı barədə mesaj ötürən ekran işidir.

Ceyhun MİRZƏLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ