çərşənbə günü, 07 oktyabr 2026
     

Azərbaycanın Ədiblər, Aşıqlar parkları - sağlığında kimlərə büst-heykəl qoyulub...

Image


Böyük şairimiz Cabir Novruz “Sağlığında qiymət verin insanlara” deyəndə, yəqin ki, kimlərəsə sağlığında heykəllər, büstlər qoyulmasının tərəfdarı olmayıb. Bir neçə gündür ki, sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın Göyçay şəhərindəki "Ədiblər" bağında qoyulan büstü geniş müzakirələrə səbəb olub.

Çoxları iddia edir ki, büst Xalq yazıçısının öz istəyi ilə qoyulub və sair. Baxmayaraq ki, Anar müəllim mətbuata açıqlama verib, iddiaları inkar edib, qoyulan abidədən xəbərsiz olduğunu deyib, amma yenə də müzakirə davam edir. Bu öz yerində.

Bəs, görəsən sağlığında öz büstünü görən yeganə yazar, sənət adamı Anar müəllimdirmi?

Araşdırmamız zamanı məlum oldu ki, Anar müəllimə qədər də həm dünyada, həm də ölkəmizdə xeyli presiedentlər olub. Demək, sağ insana büst, heykəl qoymaq bir dəb imiş. Hətta deyilənlərə görə, bəzi şəxslər olub ki, öz qəbirüstü abidələrini də əvvəlcədən hazırladıb gündə tamaşasına dayanıb. Ekspertlər deyir ki, Azərbaycanda da sağlığında abidəsi qoyulanlar olub, bu gün də var. Ekspertlərin sözlərinə görə, Göyçay şəhərindəki “Ədiblər” bağında Xalq yazıçısı Anara sağlığında heykəl, büst qoyulmasının ciddi iradlarla üzləşməsi təbiidir. Əldə etdiyimiz, lakin tam dəqiqləşdirə bilmədiyimiz bir məlumata görə, hələ sağlığında Əməkdar İncəsənət Xadimi aşıq Ədalət Nəsibova  Xaçmaz  rayonundakı  Şəxsiyyətlər  Muzeyində büst qoyulub. Bundan başqa, görkəmli aşığın sağlığında doğulduğu Qazaxda şairlər, aşıqlar, görkəmli şəxsiyyətlər bağında, onların büstlərinin heykəllərinin ucaldığı məkanda büstü olub.  İddialara görə, Xalq yazıçısı İsmayıl Şıxlının da sağlığında büstü hazırlanıb. Sağlığında öz büstünü görənlər sırasında xalq artisti Arif Məlikovun da adı çəkilir. Səhv etmiriksə, onun heykəlinin müəllimi Xalq rəssamı Xanlar Əhmədovdur.  

Onu da vurğulayaq ki, Azərbaycanda tam əksəriyyət insanlara sağlığında heykəl qoyulmasına qarşı çıxır. Hətta heykəltəraşlardan biri açıqlamasında bunun səhv olduğunu və şəxsiyyətlərin statusunu azaltdığını iddia edib.

Görkəmli türk elm xadimi, dünya şöhrətli İhsan Doğramacı, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev, sabiq türkmənbaşı Saparmurad Niyazov, məşhur futbol ulduzu Messi və başqalarına sağlığında heykəl qoyulub.

Ümimiyyətlə, sağlığında ölkəmizdə daha kimlərə heykəl qoyulub? Bu heykəllər, büstlər onların statusunu azaltmır ki?

Ölkəmizdəki ədiblər, məşhurlar və s. bağlarında kimlərə abidələr qoyulub?

  • “Bildiyim qədər, İsmayıl Şıxlı, aşıq Ədalət Nəsibov da öz büstlərini görən adamlardandırlar”

Tanınmış yazar Tural Turan bizimlə söhbətində bildirdi ki, bu olduqca həssas bir mövzudur və bunun pis, yaxud yaxşı olduğunu demək çətindir. Konkret olaraq Xalq yazıçısı Anarın “Ədiblər” bağındakı büstünə gəlincə, T.Turan “Göyçay şəhərindəki “Ədiblər” bağında qoyulan büstü ilə bağlı mən Anar müəllimin özü ilə də danışdım, bildirdi ki, əvvəlcədən bu hadisədən xəbəri olmayıb, heç heykəltəraşın da adını bilmir. Bu büstün Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü olduğunu vurğuladı. Təbii ki, mövzuya Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” prizması ilə yanaşsaq deyə bilərik ki, Anar Xalq yazıçısıdır, müəyyən titulları var, “İstiqlal” və “Şöhrət” ordenləri alıb. Ona görə də düşünürəm ki, Anarın ədəbi çəkisi özünün sağlığında büstünün qoyulmasına imkan verir. Bu təqdirəlayiq hadisədir. Bu gün Ramiz Rövşənə də, Rüstəm Behrudiyə də, Vaqif Bayatlı Odərə də, hətta digər yazıçı və şairlərimizə də büst qoyula bilər. Burada heykəl anlayışı yoxdur, qoyulan büstlərdir. Azərbaycanda sağlığında büstləri qoyulan insanlar əvvəllər də olub. Bu ənənə İkinci Dünya müharibəsi dövrünə təsadüf edir. İlk büst Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova sağlığında Gəncədə qoyulub, sonra həmin büst onun qəbirüstü abidəsi olub. Müharibə vaxtı xəstələnib Gəncəyə gələn İsrafil Məmmədova Gəncədə doğulduğu məhəllədə büst qoyulub. Sonrakı illərdə, bildiyim qədər, Təbrizdə Məmməd Səid Ordubadiyə büst qoyulub. Şimali Azərbaycanda sağlığında şair və yazıçılara büst qoyulması ənənəsinin əsası Qazaxda qoyulub. Hazırda da mövcud olan “Fəxri Qazaxlılar” parkında bir sıra şair və yazıçıya büstlər qoyulub. Bildiyim qədər İsmayıl Şıxlı, aşıq Ədalət Nəsibov da öz büstlərini görən adamlardandırlar. Onu da deyim ki, digər sahələr üzrə fəaliyyət göstərən şəxslərin də büstləri qoyulub. Məsələn, dünya şöhrətli alim Lütfi-Zadəyə, Fərman Salmanova da büst qoyulub. Bir də Sovet dövründə bir ənənə vardı, iki dəfədən artıq  Sosialist Əməyi Qəhrəmanı olanlara büst qoyula bilərdi. Məsələn, mən ulu öndər Heydər Əliyevi xatırlatmaq istəyirəm. Ona sağlığında Naxçıvanda büst qoyulub”.

T.Turan hesab edir ki, nümunəvi fəaliyyəti olan insanlara büst qoyulması ənənəsi Sovet dövründə az yayılmayıb. Onun sözlərinə görə, qabaqcıl pambıqçılara, əmək insanlarına büstlər qoyulub: “Neftçi Qurbanın özünün də sağlığında büstü ucaldılmışdı. Sovet dövrünü görən insanlar bunu yaxşı bilər. Bu nə geniş müzakirə olunası, nə də tənqidlə qarşılanası bir haldır. Əgər sağlığında büst qoyulan insan ona layiqdirsə bu alqışlanmalıdır, layiq deyilsə, təbii ki, bu, müzakirələrə səbəb olacaq və cəmiyyət bunu tənqid edəcək”.

Sağlığında büstünün qoyulmasının şəxslərin statusunu azaldıb-azaltmadığına gəlincə, T.Turan dedi ki, qətiyyən azaltmır, əksinə, onların daha populyarlaşmasına səbəb olur. “Məsələn, azərbaycanlılardan böyük sənətkarımız Müslüm Maqomayevə də sağlığında Moskvada büst qoyulub. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (Mixailo) komandiri Cavad Həkimliyə də sağlığında, səhv etmirəmsə, Serbiyada yerli camaat büst qoyub. Bu olduqca yaxşı tendensiyadır, təbii ki, layiq olana qoyulmalıdır”- deyə T.Turan vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ