çərşənbə günü, 07 oktyabr 2026
     

Azərbaycanda iki Kinematoqrafiya İttifaqı - ikisi birinin yerini verirmi?..

Image


Bu gün Azərbaycanda iki ictimai kinematoqrafiya təşkilatı fəaliyyət göstərir. Biri 1963-cü ildə təsis edilən Azərbaycan Kinematoqrafçılar İttifaqıdır, o biri isə 2012-ci il iyunun 21-də “Nizami” Kino Mərkəzində “Kino və konseptual problemlər” mövzusunda keçirilmiş tədbirdə yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqıdır. Kino ilə bağlı iki heç bir funksiyası olmayan ictimai qurumun fəaliyyət göstərməsi kimə lazımdır?

Bir halda ki, bu təşkilatların kinoya, kino adamlarına bir xeyri yoxdur, kinonun inkişafına hər hansı töhfə vermirlər, onda onların qalmasına nə dərəcədə ehtiyac var?

Onu da bildirək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqına hazırda xalq artisti Rasim Balayev,  Respublikası Kinematoqrafçılar İttifaqına isə digər xalq artisiti Şəfiqə Məmmədova rəhbərlik edir. 

  • “Çox təəssüflər olun ki, şəxsi maraqlarını irəli sürənlərin milli kinomuzun inkişafında heç bir xidmətləri yoxdur”

Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov bizimlə söhbətində bildirdi ki, bu gün Azərbaycanda iki kinematoqrafiya ictmai təşkilatının fəaliyyətinə ehtiyac yoxdur. “Mən bu biabırçılığa, bu rüsvayçılığa, rəhmətlik Rüstəmin aramıza səpib getdiyi qarşıdurma, intriqa toxumunun fəsadlarına artıq iki ildir ki, münasibət bildirirəm. Özü də çox qəti və birmənalı şəkildə. Bu sadəcə olaraq yolverilməzdir, biabırçılıqdır. Əvvəla, Azərbaycanda nə qədər kino adamı var ki, iki dənə ittifaq olsun? İkincisi, bu gün ittifaq nəyi həll edir, onun kinoya nə təsiri var ki, hərə özü üçün bir təşkilat yaradıb? Kinostudiya, Mədəniyyət Nazirliyi var, Kino Agentliyi yaratdılar və yenə də ipin ucunu nazirliyə verdilər, kino yenə də ordan asılı oldu. Kinostudiyanın müstəqil fəaliyyət göstərən, Prezident sərəncamı ilə təyin olunan direktoru və kinostudiyanın səlahiyyətləri var. Bütün istehsalata, kinonun çəkilişinə və sair hamısına kinostudiya cavabdehdir. Sadəcə olaraq Sovet dövründə ittifaqların ictimai təşkilat olaraq imtiyazları, müəyyən hüquqları vardı, amma bu gün onların heç biri yoxdur. İndi kinonu veriblər nazirliyə. Əvvəllər Kino Komitəsi vardı, müstəqil dövlət qurumu idi və kino ordan idarə olunurdu. Kinonun bütün problemləri dövlət səviyyəsində həmin komitədə həll olunurdu. Sonra Kinostudiya ilə razılaşdırılmış şəkildə qarşılıqlı olaraq kino istehsalını qururdular.

Rəhmətlik Rüstəmin sağlığında bu barədə danışdığım üçün indi istəyirəm ki, onun qoyub getdiyi pis ənənəni ictimaiyyət bilsin. Rəhmətlik, ruhu şad olmuş əzizimiz Rüstəm İbrahimbəyov 100 illik tarixi olan kino ittifaqımızı dağıtdı, hamını pərən-pərən saldı, Hökumət Evindəki yerimizi əlimizdən aldılar. Özü də ictimai təşkilat yaratdı, prezident olmaq istədi, sonra məlum oldu ki, bunun ikili vətəndaşlığı var, ona namizdəliyini vermək olmaz. Bunun ardınca gedib Gürcüstan studiyasında ermənilərlə müştərək bir film çəkdi və s. Rüstəm İbrahimbəyov haqqında ictimaiyyət, dövlət səviyyəsində, hətta onunla bir yerdə işləyən “paqon” yoldaşları nələr demədi, nələr danımadı. Birdən elə bil yaddaşları sildilər. Rüstəm İbrahimbəyov buranı dağıdıb gedəndən sonra oradakı o adamlar əgər orada səlahiyyət sahibi idilərsə Rüstəmin vaxtında niyə iş görmürdülər? Niyə o ittifaqı qoruyub saxlamırdılar ki, indi özlərindən ittifaq düzəldirlər? Demək bəlli idi ki, ora Rüstəm İbrahimbəyovun xüsusi sexidir və orada olan adamlar da sexin işçiləridir. Çünki gedəndən sonra Rüstəm İbrahimbəyovun heç bir fəaliyyəti olmadı. Gül kimi ittifaq dağıldı. Nə yaxşı ki, vaxtında Azərbaycan dövləti müdaxilə etdi və dövlət səviyyəsində əsas ittifaqın nəzdində Respublikası Kinematoqrafçılar İttifaqı yaradıldı. Bu ittifaq dövlət adamlarının iştirakı ilə köhnə ittifaqın varisi olaraq “Nizami” Kino Evində keçirilən böyük konfransda yaradıldı. Bu gün xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və hamısının üzv olduğu həmin ittifaqı qoruyub saxladılar. Bu, rəsmi dövlət statusunda olan ittifaqdır...”

Azərbaycan Kinematoqrafçılar İttifaqının R.İbrahimbəyovun xüsisi “sexi” olduğunu vurğulayan müsahibimizin sözlərinə görə, bu gün həmin ittifaqdan danışılması gülünc məsələdir. “Dövlətin rəsmi kino ittifaqı ola-ola kimlərinsə marağına xidmət edən qondarma bir ittifaq yaratdılar. Burada bir məsələ var. Mən bilmirəm kinosu pis gündə olan bir ölkədə iki dənə kino ittifaqı nəyə lazımdır? Elə bütün gücümüzü kinostudiyaya yönəldək və kinostudiya kinoları çəksin. Kinonun yiyəsi kinostudiyadır. İttifaqlar kimdir ki? Sovet dövründə ictimai təşkilat olaraq imtiyazları vardı.

Digər tərəfdən, mənim üçün çox maraqlıdır, belə çıxır ki, səlahiyyət sahibi olan kimlərinsə səviyyəsində kinonu məhv etməkdə, dağıdıb parçalamaqda maraqlı olan adamlar var. Yoxdursa, mən sizdən soruşuram, ev var, evin qapısı, pəncərəsi, içində yaşayanı, yiyəsi var,  bu halda ikinci bir qondarma ev yaratmağın nə mənası var”.

Azərbaycan Kinematoqrafçılar İttifaqında son baş verən seçimlərdən də danışan Şeyx Əbdül bildirdi ki, hələ bir neçə gün əvvəl mətbuat vasitəsilə kino ictimaiyyətinə müraciət edib, lakin realda səsinə səs verən olmayıb: “Hələ bunlar sədr seçməmişdilər. Mən mətbuat vasitəsilə müraciət etmişdim ki, gəlin görüşək, Fərəh Əliyevanın yanına gedək. Iki cüt-bir tək adam qalmışıq, bir-birimizə düşmən kimi baxırıq. Mənim üçün fərqi yoxdur. Mən Rüstəm İbrahimbəyovun dəfninə də getmişəm. Yəni mənim üçün o şeylər şəxsi müstəvidə deyil, mənim üçün kino maraqlıdır. Çünki mən 78 illik ömrümün 65 ilini kinoda keçirmişəm. Dedim gəlin müraciət edək və bu ictimai təşkilatdır, seçki qurultay yolu ilədir. Təklif etdim ki, gəlin bir yerdə qurultay, konfrans keçirək, orada sədr seçək və sair. Müraciətimə cavab verilmədi. Orada vaxtilə ittifaqdan qovulan maraqlı adamlar var, köhnə ittifaqın dadı onların damağında qalıb. Elə bilirlər ki, yenə Rasim Balayevin adından, hörmətindən sui-istifadə edib nəsə qazanc əldə edəcəklər. Xeyr, bu mümkün olan deyil, çünki artıq elə bir imtiyaz, var-dövlət yoxdur. Bilmirəm, Rüstəm İbrahimbəyov miras üçün onlara nə qədər pul qoyub? Özləri də Rüstəm İbrahimbəyovun xüsusi evində oturublar. Mən Balayevə səsləndim, Rasim, sən bu gün Azərbaycanda tanınan, hamının dostu, ağsaqqalsan, 75 yaşın var... Gəlin, təşəbbüs göstərin qurultay çağıraq, bir yerə yığışıb görək nəyi bölüşdürə bilmirik? Ortada nə var ki? Ölməyən ayının dərisini bölüşdürürük. Mən hələ başa düşə bilmirəm ki, kinoya niyə artistlər rəhbərlik edir? Dünyanın heç yerində belə şey yoxdur. Bunu da kənara qoyuram...

Baş verənlər onu göstərir ki, burada şəxsi maraqlar üstünlük təşkil edir. Yəni kino ilə nəfəs almayan, kinoya aidiyyəti olmayan, kinonun adı ilə karyera düzəldən, həyat quran insanlar heç cür imkan vermirlər ki, bir araya gəlib kinomuzu xilas edək. Əgər əlimizdən nəsə gəlirsə. Bir deyir “mən institut düzəltmişəm”, o biri “akademiya yaratmışam” deyir. Boş-boş danışmaqla bəsdir yalan danışıb ictimai rəyi aldatdınız, çaşdırdınız. Bu məsələ kimlərinsə şəxsi marağına xidmət edir, bu şəxsi maraqlar üstündə qurulub. Çox təəssüflər olun ki, şəxsi maraqlarını irəli sürənlərin milli kinomuzun inkişafında heç bir xidmətləri yoxdur. Məni ikinci narahat edən bir məsələ də var. Çox narahatam ki, artıq kinomuzun başında acı rüzgar əsir. Böyük həyəti, böyük binası, böyük tarixi olan kinonun taleyi necə olacaq, bilmirəm. Amma hamının gözünün qabağında bu oyunu oynayıb növbəti bir qondarma ittifaq yaradıb əsl ittifaqa qarşı qoymaq və insanları iki yerə bölmək, parçalamaq çox acınacaqlıdır, yolverilməzdir, gözümüzün qabağında kinoya edilən xəyanətdir. Xəyanəti də edənlər kino adı ilə özlərinə karyera düzəldən insanlardır”.

Ş.Ə.Mahmudbəyov hazırda çox böyük narahatlıq içində olduğunu bildirdi. O qeyd etdi ki, hətta ad günündə belə, ittifaq adından onu təbrik edən olmayıb. Bunu təəssüflə qarşıladığını deyən müsahibimiz bildirdi ki, mənsub olduğu nəsildən cəmi 5 nəfər qalıb: “Əgər mən bu gün yada düşmədimsə, məni yada salıb təbrik edən olmadısa, aydın məsələdir ki, bu ittifaq kimlərinsə xüsusi “sexinə” çevrilib, kiminsə şəxsi marağına xidmət edir. O ittifaqların Azərbaycan kinosuna heç bir aidiyyəti yoxdur, ikisi də ləğv edilməlidir. Ya da yenidən dövlət səviyyəsində müdaxilə olunmalıdır. Təzədən əsl kino xadimlərinin, fədailərinin iştirakı ilə qurultay keçirilməlidir. Əgər ittifaqı saxlamaq fikirləri varsa...O gün oxuyuram, “bu ittifaq 1915-ci ildə yaranıb”. 1915-ci ildə yaranan ittifaqı bu ittifaqın sədri olan Rüstəm İbrahimbəyov dağıtdı, satdı, soydu, xaraba qoydu, rüsvay edib getdi...

Bu rüsvayçılıqdır. Bu həm də milli-mənəvi dəyərlərimizə, milli ideologiyamıza, kino təbliğatımıza ziddir. Mən heyrət içindəyəm, mənim 50 illik dostum, o qədər işlər gördüyümüz adam xəstə vaxtında niyə belə etdi blmirəm? Gəlin birləşək, qurultay keçirək, yenə də səni sədr seçək... Bizim birləşməyimizi istəməyən maraqlı qüvvələr var. Həmin maraqlar Balayevdən qat-qat güclü və üstündürlər. Balayev niyə gül kimi adını ortaya qoydu və ondan sui-istifadə etdilər, onu başa düşə bilmirəm. Təkrar edirəm, bu ittifaq kino sənətinə, kinonun yaradılmasına heç bir təsiri olmayan sadəcə ictimai bir təşkilatdır. O vaxt Sovet hökumətinin ideolgiyası idi və bütün sahələrdə “profsoyuz” yaratmışdı. “Profsoyuz”un da işi putyovka vermək idi, yuxarının razılığı ilə növbə ilə maşın vermək idi. İttifaqın o vaxt belə səlahiyyəti vardı, indi o da yoxdur. Nəyi bölə bilmirik, başa düşmürəm...”

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ