Bazar ertəsi günü, 23 noyabr 2026
     

Son illər aşkarlanan kurqanlar - dövlətçilik və mədəniyyət tariximizin yaşayan izləri...

Image


Qədim insan məskəni olan ölkəmiz böyük tarixi mərhələləri arxada qoyaraq özünün yeni dövrünü yaşayır. Ölkəmiz inkişaf etdikcə mədəni, maddi-mənəvi dəyərlərə diqqət artırılır. Bu inkişaf arxeologiya sahəsinə xüsusən müsbət təsir göstərir. Bu baxımdan ki, arxeoloqlarımız ölkəmizin müxtəlif yerlərində arxeoloji qazıntılar aparır və qədim insan yaşayış məkanlarını üzə çıxarır, maddi mədəniyyət nümunələri aşkarlayır.
Bilirik ki, Azərbaycan Respublikası ərazisində çoxlu kurqan mövcuddur. Bu da faktdır ki, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda, hazırda erməni işğalında olan Dağlıq Qarabağda, Laçında, Kəlbəcərdə, Zəngəzurda və digər yerlərdə kurqanlar olub. O kurqanların böyük hissəsi erməni vandalizminə məruz qalıb.
Respublika alimləri son illər intensiv olaraq bölgələrdə arxeoloji qazıntılar aparır və indiyə qədər bir neçə kurqan aşkara çıxarıblar. Əlbəttə, onu da vurğulamalıyıq ki, bu arxeoloji qazıntılar dövlət dəstəyi və maliyyəsi ilə həyata keçirilir.
Bu ilin may ayının sonlarında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Gəncə şəhəri və ətraf ərazilərdə arxeoloji kəşfiyyat xarakterli tədqiqatlar aparıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan mətbuata verilən məlumata görə, İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbərlik etdiyi ekspedisiyanın məqsədi qısa müddət ərzində Gəncədə mövcud arxeoloji abidələrin elektron qeydiyyata alınması və xəritələşməsi işindən ibarət olub.
Arxeoloqların Gəncədə apardığı arxeoloji kəşfiyyat tədqiqatları 300 kv.km-dək ərazini əhatə edib. "Google Earth" proqramı vasitəsilə şəhərin ərazisi təhlil edilib və əraziyə baxış keçirilən zamanı aşkarlanan yeni arxeoloji abidələrin GPS koordinatları götürülüb. Şəhərdə yeni aşkarlanan arxeoloji abidələr əsasən kurqan tipli qəbir abidələrindən ibarət olub. Ekspedisiya tərəfindən Gəncə aeroportu yolundan başlayaraq "Yeni Səbzikar" adlanan qəbiristanlığa qədər və şəhər girişindən Göygöl rayonunun inzibati sərhədlərinə qədər olan ərazilərdə tapılan 62 kurqan tipli qəbir abidəsi qeydiyyata alınıb və xəritəyə salınıb.
Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilir ki, kurqan tipli qəbir abidələrinin tunc dövrünə aid olması ehtimal edilir. Elmi dövriyyəyə "Gəncə kurqanları" kimi daxil edilən abidələr əsasən daş örtüklü olub, müxtəlif ölçülərə malikdir. Hər bir kurqanın ölçüləri, cari vəziyyəti və lokallaşma ərazisi haqqında qeydlər aparılıb. Ekspedisiya üzvlərinin yekdil rəyinə görə, bu abidələrin əsaslı öyrənilməsi məqsədilə gələcəkdə genişmiqyaslı arxeoloji qazıntıların aparılması zəruridir.
İnstitutdan onu da bildirirlər ki, eyni zamanda ekspedisiya üzvləri Samux rayonu ərazisində yerləşən və Cənubi Qafqazda ərazisinə görə ən böyük şəhər yerlərindən biri olması ehtimal edilən Şəhərburnu abidəsinə də baxış keçiriblər.
Qeyd edək ki, bir neçə il əvvəl Yardımlı rayonu ərazisindəki Komanı yaylaqlarında yaşı 3000 il olan yeni kurqanlar tapılıb. Həmin vaxt Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə mətbuata açıqlama verərək qeyd edirdi ki, Yardımlı rayonu ərazisində tədqiqat işlərini davam etdirən arxeoloji qrup rayonun İranla sərhədində - Avaş-Arvana şose yolunun sol tərəfində, Arvana kəndindən 5 km şimal-qərb istiqamətində olan Komanı yaylaqlarında son tunc-ilk dəmir dövrünə aid 20-dən artıq kurqan tipli qəbir abidəsi aşkar edib.
Dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən bu kurqanların iri ölçülülərinin diametri 19 m, hündürlükləri 1 m, sahəsi 284 kv. m., kiçikölçülü kurqanların diametri 5 m, hündürlükləri 40 sm, sahəsi 19,5 kv. m.-dir. Bu kurqanların ətrafı daş düzümlü kromlexlərlə, qəbir kamerasının mərkəzi hissəsi çay daşları ilə sıx örtülüb: "Təəssüflər olsun ki, ötən əsrin 90-cı illərinin əvvəllərində sərhəd zonasına olan nəzarətsizlik abidələrin məhv olmasına şərait yaratmışdı və bu abidələrimiz qonşu İran ərazisindən keçən qarətçi "qızılaxtaranlar" tərəfindən ciddi dağıntılara məruz qalıb. Qarətçilər Komanı yaylaqlarında ən iriölçülü kurqanlardan bir neçəsinin mərkəzi hissəsindəki qəbir kamerasını ağır texnika vasitəsilə məhv ediblər. Əməliyyatları "uğursuz" olduğu üçün digər kurqan tipli qəbir abidələri salamat qalıb".
A.Ağalarzadə bildirirdi ki, məhv edilən kurqanlardan qalanlar ətrafa səpələnmiş saxsı qab-qacaq nümunələri və insan sümüklərinin qalıqlarıdır. Onun verdiyi bilgiyə görə, minilliklərlə yer altında qalan bu yadigarlar Azərbaycan xalqının qədim dövr tarixinin öyrənilməsi üçün əvəzsiz mənbədir. Gələcəkdə cənub regionlarının tunc-erkən dəmir dövrü abidələrinin geniş tədqiqi bölgədə e.ə. III-I minilliklərdə məskunlaşan qədim tayfaların maddi mədəniyyəti, həyat tərzi haqqında kifayət qədər zəngin məlumat verə bilər.
Onu da vurğulayaq ki, 2011-ci ildə Qubada 5 iri yeni kurqan aşkar edilib. Tədqiqatçılar bildirir ki, sözügedən kurqanlar Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Qubanın Xınalıq kəndində tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Xınalıq kəndinə ezam olunmuş və əraziyə baxış keçiriblər. Qeyd edilənə görə, kurqanların qədim tunc dövrünə, eramızdan əvvəl III-II minilliklərə aid olması ehtimal edilir. Qədim kurqanlardan birini sel suları yuduğundan, onun üst hissəsi dağılıb. Arxeoloqlar kurqanların tapıldığı ərazidə qazıntı işlərini davam etdirib.
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Tərtər rayonu ərazisi də kurqanlar məskənidir. Məlum olduğu kimi, Tərtər rayonu ərazisində yerləşən Borsunlu nekropolundakı kurqanların bir qrupu H.F.Cəfərov tərəfindən tədqiq edilib. Nekropol Borsunlu kəndi ətrafında, İncəçayın orta axarlarında yerləşib. Ayrı-ayrı qruplar halında cəmləşən kurqanlar H.F.Cəfərov tərəfindən beş tipə bölünüb. Kurqanların bəzisi kromlexlərlə əhatələnib. Kurqanın altında yerləşən qəbir kameraları dördkünc formalı olub, gəc məhlulu ilə bərkidilən daş lövhələrdən inşa olunub. Bəzi qəbir kameralarının giriş yolu var. Borsunlu kurqanları üçün inqumasiya, kremasiya, həmçinin kollektiv dəfnlər xarakterik olub. Qarabağ mədəniyyətinin qəbir abidələri başlıca olaraq Borsunlu kurqanları ilə təmsil olunub. Borsunlu nekropolunda tədqiq olunan 1 nömrəli kurqanın qəbir kamerası dairəvi, 30 nömrəli kurqanın qəbir kamerası isə dördkünc formalıdır. Qəbirlərdən insan skeletinə aid qalıqlar, qara cilalı gil qablar və digər maddi mədəniyyət qalıqları aşkar olunub. Borsunluda tədqiq edilən son tunc dövrü kurqanlarının biri qəbilə başçısına aid edilib. Bu kurqanın altında sahəsi 256 kv.m. olan böyük qəbir kamerası qeydə alınıb (32 x 8 x 4 m). Qəbrin üzəri iki, üç, bəzi yerlərdə isə dördqat ağac dirəklərlə örtülüb. Onların arasında qalın qamış döşəmə olub. Arxeoloji qazıntılardan kurqanın qarət edildiyi ehtimal olunur. Qəbirdə dünyəvi və dini hakimiyyəti əlində cəmləşdirən tayfa başçısı dəfn edilib. Tayfa başçısı tunc və qızıl mıxlarla, tunc lövhələr bərkidilən ağac döşəmə üzərində dəfn edilib. Onun doqquz nəfərdən ibarət qulluqçusu və qoruyucuları olub. Qəbirdən zəngin bəzəməli səkkiz at skeleti, habelə iribuynuzlu və xırdabuynuzlu heyvan sümükləri aşkar olunub. Dəfn ritualı hədsiz dəbdəbəsi və böyüklüyü ilə diqqəti cəlb edir. Qəbir avadanlığı olduqca zəngindir. Onlar orijinal formalı və naxışlı gil qablar, tunc baltalar, müxtəlif at yüyənləri, isgənə, zireh lövhələri, ox ucluğu, nizə ucluğu, at bəzəkləri və s. əşyalarla təmsil edilib. Üzərində insan təsvirləri olan sümük yüyənlər, fil dişindən bəzək əşyaları, qızıl düymələr, qızıl toqqa, şirli gil qab yüksək bədii zövqlə hazırlanması ilə fərqlənir. Tapıntılar arasında şüşədən düymələr, muncuqlar, pasta, tunc və serdolikdən hazırlanmış bəzəklər, orijinal formalı mərmər toppuz da var. Arxeoloji materialların təhlilinə əsasən, Borsunlu kurqanı e.ə. XII -XI əsrlərə aid edilib. Qəbrin 256 kv.m. sahəni əhatə etməsi, tayfa başçısının mühafizəçiləri ilə birlikdə yüksək dəbdəbə ilə basdırılması mövcud olan sosial bərabərsizlik haqqında təsəvvür yaradır. Gəncəçay rayonunun bir qrup abidəsində ağac konstruksiyaların mövcudluğu ehtimal ki, orta tunc dövrü ənənələrinin qalığıdır. Bu həm də praktiki məqsədlərlə də bağlı ola bilər. Belə ki, Borsunlu kurqanındakı nəhəng qəbrin üzəri yalnız ağac tirlərlə qapadıla bilərdi. Onların bir neçə cərgə düzülməsi isə dayanıqlıq və çürümənin qarşısını almaq məqsədi daşıyıb. Ağac tirlərlə örtülmüş qəbirlərə Cənubi Qafqazda orta tunc dövründə də rast gəlinib. Bu barədə ərazidə arxeoloji qazıntı aparan tədqiqatçılar məlumat yayıb.
Ağdərə kurqanları qrupuna aid edilən kurqan isə 2006-cı ildə Şəkinin Kiçik Dəhnə kəndi yaxınlığında aşkarlanıb. Sözügedən kurqanları 2006-cı ildə arxeoloq Nəsib Muxtarov aşkarlayıb. Həmin ərazinin səmadan topoqrafik şəkli çəkilib və burada irili-xırdalı təxminən 136 kurqanın olduğu rəsmi təsdiqini tapıb. İndiyə kimi kurqanlardan 5-i üzərində arxeoloji qazıntı aparılıb.
Dəfn kameralarında (qəbirlərdə) aşkarlanan ölüyə məxsus bəzək və müxtəlif məişət əşyalarının tədqiqi kurqanların eradan 2000 il əvvələ aid olduğunu göstərib. Mədəniyyət və Turizm Nazirliyi kurqanların ölçüsünü, sayını və dərinliyini əks etdirən xəritə də hazırlayıb. Hətta kurqanlara "Ağdərə Kurqanlar qrupu" adı verilib.
Göygöl rayonunda da kurqan aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan mətbuata verilən məlumata görə, Göygöl rayonunda aparılan arxeoloji tədqiqatlar zamanı 50-dən artıq kurqan aşkar olunub və qeydə alınıb.
Qəzetimizin keçən sayında Xocalı kurqanlarından bəhs etdik. Yazımızın bu hissəsində də istəyirik ki, Xocalı-Gədəbəy mədəniyyətini əks etdirən kurqanlar barədə yeni faktlarla sizi tanış edək.
Tədqiqatçı alimlərin yazdığına görə, Gədəbəy - Xocalı mədəniyyəti Azərbaycanın Gədəbəy və Xocalı rayonu ərazisindəki abidələr, yerli türk əhalisinin yaşayış tərzi, ənənələri və digər mədəniyyət nümunələridir. Rayonun memarlıq abidələrindən Söyüdlü kəndində Qız qalasını ("Namərdqala" - 9-cu əsr) və Mahrasa məbədini, Novosaratovka kəndindəki məbədi (1535), Qalakənd kəndindəki qalanı (XVI əsr), Böyük Qaramurad kəndindəki qalanı (1634), Dikdaş kəndi ərazisindəki (Bayram dərəsində) alban kilsəsini və Həmşivəng məbədini, Cəbətkeçməz kəndindəki üç körpünü (XIX əsr) xüsusi qeyd etmək lazımdır.
Xocalı-Gədəbəy mədəniyyətinin mərhələlərini təhlil edən tədqiqatçılar qeyd edir ki, bunu bir neçə dövrə bölmək olar.
Tədqiqatçılar yazır ki, Xocalı-Gədəbəy mədəniyyətinin ilk mərhələsini e.ə. XIV-XIII əsrlərə aid edilir.
Xocalı-Gədəbəy mədəniyyətinin ikinci dövrü e.ə. XII-XI əsrlərlə aiddir. Bu dövrə Araçadzor, Axmaxi, Ballıqaya, Qarabulaq kurqanları, Gədəbəy daş qutularının bir qrupu daxildir. M.A.Hüseynova bu dövrə aid dörd keramika tipi müəyyən edib və onların üçünün yerli zəmin əsasında inkişaf etdiyini göstərib. Qarabağ və Gədəbəy zonasının abidələri ikinci qrup keramikanın üstünlük təşkil etməsi ilə fərqlənir. Bu dövrə aid Gəncəçay abidələrində ağ inkrustasiyalı keramika üstünlük təşkil etməkdə davam edir.
Gillikdağ və Lüləlidə ağ inkrustasiyalı keramikanın əvvəlki dövrə nisbətən xeyli sadələşdiyi nəzərə çarpır. Bu dövrə aid abidələrdən aşkar edilmiş konusvari başlığı olan yastı tiyəli xəncərlər e.ə. XIII-XII əsrlərə aid edilib. Xocalı-Gədəbəy mədəniyyətinin üçüncü inkişaf dövrü e.ə. X-IX əsrləri əhatə edir. Gəncəçay rayonunun bu dövrə aid abidələri birinci və ikinci qrup keramikanın mövcudluğu ilə xarakterizə edilir. Lakin bu dövrdə ikinci qrupa daxil olan keramikada ağ inkrustasiyalı bəzəmələr meydana çıxır. Bu dövrə həmçinin Dağlıq Qarabağın bir sıra abidələri də aid edilməkdədir.
Arxeoloqlar qeyd edir ki, Naxçıvan ərazisində aşkar olunan Xocalı-Gədəbəy tipli arxeoloji abidələr e.ə. II minilliyin sonu, I minilliyin əvvəlləri ilə tarixləndirilib. Onlar daş qutu qəbirlərlə, kollektiv dəfn adəti ilə, boz rəngli keramika və zəngin tunc əşyalarla xarakterizə edilir. Abidələrin tarixləndirilməsi üçün, başlıca olaraq, keramika məmulatı, bəzən isə konusvari başlıqları olan tunc xəncərlər əsas tutulub. Naxçıvanın ikinci qrup arxeoloji abidələri üçün boyalı qablar xarakterikdir. Şahtaxtı, Yurdçu daş qutuları, Qızılburun və Culfa nekropolları belə abidələrdəndir. Bu abidələr onlar üçün xarakterik olan gil məmulatı və tunc əşyalarla birlikdə e.ə. XIV-XI əsrlərə aid edilir. Bu komplekslərin tarixləndirilməsi üçün çaynik və qədəh tipli qablardan, həmçinin digər diaqnostik nümunələrdən istifadə edilib. Bu baxımdan yanları hər iki tərəfdən içəri batıq olan kasalar diqqətəlayiqdir. Gövdəsinin hər tərəfi bəzəməli olan bu tip qablar yalnız son tunc dövrü abidələri üçün xarakterikdir.
Xocalı-Gədəbəy mədəniyyətinin üçüncü inkişaf dövrü e.ə. X-IX əsrləri əhatə edir. Gəncəçay rayonunun bu dövrə aid abidələri birinci və ikinci qrup keramikanın mövcudluğu ilə xarakterizə edilir. Tədqiqatçılar qeyd edir ki, bu dövrdə ikinci qrupa daxil olan keramikada ağ inkrustasiyalı bəzəmələr meydana çıxır. Bu dövrə həmçinin Dağlıq Qarabağın bir sıra abidələri də aid edilməkdədir. Kiçik Qaramurad ətrafında qeydə alınmış mağara və Qalakənd kəndindən tapılmış nümunələrə görə, Gədəbəyin tarixi daş dövrünə (mezolitə) gedib çıxır. Buradakı arxeoloji abidələr tunc və ilk dəmir dövrünə aid qəbirlərlə, daş qutu qəbirlərlə, kurqanlarla, qədim qalaçalarla, ibadətgahlarla izlənir.
Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan abidələrin bir qismi siklop tikintiləridir. Azərbaycanda son tunc və erkən dəmir dövrləri abidələrinin böyük bir qismi Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Tədqiqatlardan bəlli olur ki, bu mədəniyyətin əhatə etdiyi tarixi dövrdə Azərbaycan tayfalarının qonşu regionlarla geniş əlaqələri olub. Təsadüfi deyil ki, hələ XX əsrin əvvəllərində Xocalı yaxınlığında aparılan qazıntılar zamanı üzərində Assur hökmdarının adı həkk olunan muncuq aşkar olunub.
Xocalı-Gədəbəy mədəniyyəti abidələri həm də emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilib. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunub. Qəbirlərin keramikası, demək olar ki, eynidir. Qəbirlərdən tunc qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardaq, qazan, cilov, bilərzik, üzük, sümükdən düzəldilmiş bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilib.
Azərbaycan tarixinin çox nadir, qiymətli tapıntıları, yadigarları olan kurqanların aşkarlanması, tədqiq edilməsi mədəniyyətimiz, arxeologiya və tarix elmimiz üçün böyük nailiyyətdir. Dövlət dəstəyi ilə həyata keçirilən bu xoşməramlı işdə əməyi keçən hər bir arxeoloqa, mütəxəssisə dövlətimiz yüksək dəyər verir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ