Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Xocalı kurqanı tədqiqatlarda...
Tarix: 25.11.2015 / 01:40
Bölmə: Layihə
Tariximizi, dövlətçilik ənənələrimizi, əcdadlarımızı, onların keçdiyi inkişaf, təkamül yolunu, yaratdıqlarını ancaq tarix kitablarından öyrənmirik. Ulularımızdan yadigar qalan abidələr, daş yaddaşına hopan mədəniyyətimiz keçmişimiz haqqında müfəssəl məlumat verir. Tariximiz eyni zamanda da torpaqlarımız üzərində olan qədim kurqanlarda yaşayır. Azərbaycan ərazisində bir neçə qədim kurqan var.
Onlardan biri də Xocalı kurqanıdır ki, hazırda onun taleyindən xəbərsizik. Qədim Azərbaycan-türk insanının tarixini özündə əks etdirən bu kurqan haqqında tədqiqatçı alimlər ortaya xeyli faktlar çıxarıb.
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin türk tarixi kafedrasının alimlərinin hazırladığı araşdırmadan istifadə edərək Xocalı kurqanı haqqında sizə məlumat vermək istəyirik.
Tədqiqat materialında qeyd edilir ki, Badara və Qarqar çayları yaxınlığında yerləşən, ərazisi əsasən dağlıq olan Xocalı rayonunun iqlimi mülayim istidir, dağlıq əraziləri subalp və alp çəmənlərdir: "Ən hündür yüksəkliyi Qızqala (2843 m) və Qırxqızdır (2827 m). Dağ-meşə və dağ-çəmən torpaqları da mövcuddur. Ərazinin 40 %-ə qədəri fısdıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir. Elə bu da rayon ərazisinin çox-çox qədim zamanlardan tərəkəmə həyat tərzi keçirən maldar türk boyları tərəfindən yaylaq kimi seçilməsinə və onların burada məskunlaşaraq zəngin mədəniyyət abidələri yaratmasına səbəb olub. Bölgənin tarixi abidələrinə gəlincə, XIV əsrə aid dairəvi türbə (1356-1357-ci illər), son tunc və erkən dəmir dövrünə aid nekropol, kurqan çölü və sairənin adını ilk növbədə çəkmək lazımdır. Burada işğala qədər, eyni zamanda, çox sayda "qoç və yəhər" şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar (Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s.) da var idi. Deyilənlərə Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində yerləşən və XVIII əsrə aid olan "Əsgəran qalası"nı, "Kilsəli" deyilən yerdəki Alban kilsəsini və qədim alban-qıpçaq (qarqar) qəbirlərini də əlavə etmək olar. Rayonun Kərkicahan qəsəbəsində vaxtilə 3 qəbristanlıq olub. Burada XIV əsrə aid yazıları olan qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbristanlığının qalıqları var idi. İndi erməni barbarları onlardan əsər-əlamət qoymayaraq, hamısını dağıtmışlar. XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbristanlığı-son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələrdir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhətləri aşkar edilib. Məlumat üçün bildirək ki, Azərbaycanın son tunc dövrü abidələri arxeoloji ədəbiyyatda son tunc və erkən dəmir dövrü kimi xarakterizə edilib. Tunc dövründən dəmir dövrünə keçid olan bu mərhələ başlıca olaraq e.ə. II minilliyin ikinci yarısını əhatə edir. Arxeoloji abidələrin tədqiqi göstərir ki, e.ə. II minilliyin ikinci yarısından başlayaraq Azərbaycan ərazisində, o cümlədən Qarabağda yaşayan tayfaların sosial-iqtisadi və mədəni həyatında xeyli irəliləyiş olub. Bu dövrdə yaşayan tayfaların etnik və mədəni cəhətdən birləşməsinin təkamülü prosesi davam edib. Həmin proseslərin daha da aydın şəkildə dərk edilməsi üçün arxeoloji abidələrin nəzərdən keçirilməsi vacibdir. Azərbaycanda son tunc və erkən dəmir dövrü abidələrinin böyük bir qismi Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Bu mədəniyyətə aid yaşayış yerləri olduqca azdır. Həmin dövrə aid yaşayış yerləri içərisində geniş tədqiq edilən abidələrdən biri Gəncəçay vadisindəki 1 nömrəli yaşayış yeridir. Bu yaşayış yeri Xanlar şəhərindən cənubda, Gəncə çayının sol sahilində yerləşib".
Tədqiqatçılar yazır ki, yaşayış yerinin sahəsi 3 hektara yaxındır. Burada aşkar olunan evlər iki qrupa bölünüb. Birinci qrupa uzunsov formalı tayfa evləri daxildir. Arxeoloji araşdırmalar göstərir ki, belə evlərdən tunc dövrünün müxtəlif mərhələlərində istifadə olunub. Son tunc dövründə istifadə olunan 58 nömrəli ev arakəsmə divarla dörd hissəyə bölünüb. Binanın şərq divarında 1-ci və 4-cü otağa açılan qapı yeri müəyyən edilib: "Digər otaqların qapı yeri aşkar olunmayıb. Ola bilsin ki, onlar döşəmədən bir qədər yuxarıda olub. Bu yaşayış yerində son tunc dövrünə aid binaların əksəriyyəti kiçikhəcmli yarımqazma tipli evlərdir. Bu binaların qalıqları Y.Hümmel tərəfindən tədqiq edilib. Yaşayış yerindəki 54 nömrəli evin qarşısında çay daşları ilə hasarlanmış böyük həyətin olduğu müəyyən edilib. Evlərin tikintisində çay daşlarından istifadə olunub. Tikinti zamanı balıqbeli texnikası tətbiq edilib. Bu texnikadan Azərbaycanda, o cümlədən Gəncə və Naxçıvanda geniş istifadə edilib. Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji abidələrin bir qrupu Qarabağda yerləşir. Qarabağın son tunc dövrünə aid yaşayış yerləri başlıca olaraq kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilib. Onların sırasına Üçtəpə, Rəsultəpə, Böyüktəpə, Göytəpə, Qaratəpə və digərləri aiddir. Üçtəpə yaşayış yerində A.A.İessenin apardığı araşdırmalar zamanı qazma tipli, düzbucaqlı və ya oval formalı yaşayış evlərinin qalıqları aşkar olunub. H.F.Cəfərov tərəfindən qeydə alınaraq tədqiq edilən Qaratəpə yaşayış yerindən e.ə. II minilliyin sonuna aid olan iki tikinti qatı aşkar olunub. Tədqiqat zamanı bu yaşayış yerindən dördkünc bürclərlə möhkəmləndirilmiş müdafiə divarının qalıqları aşkar olunub. Müdafiə divarı daş özül üzərində çiy kərpicdən inşa edilib. Qarabağın yaşayış yerlərindən aşkar olunan keramika məmulatı boz rəngdə olub müxtəlif motivli ornamentlə, o cümlədən göbələkvari çıxıntılarla naxışlanıb. Borsunluda tədqiq edilən son tunc dövrü kurqanlarının biri qəbilə başçısına aid edilib. Bu kurqanın altında sahəsi 256 kv. m. olan böyük qəbir kamerası qeydə alınıb (32 x 8 x 4). Qəbrin üzəri iki- üç, bəzi yerlərdə isə dördqat ağac dirəklərlə örtülüb. Onların arasında qalın qamış döşəmə olub".
Tədqiqatçılar arxeoloq Vəli Baxşəliyevin fikirlərini də qeyd edib. V.Baxşəliyev bildirib ki, qazıntılardan kurqanın daha öncəki dövrlərdə qarət edildiyi ehtimal olunur: "Qəbirdə dünyəvi və dini hakimiyyəti əlində cəmləşdirən tayfa başçısı dəfn edilib. Tayfa başçısı tunc və qızıl mıxlarla, tunc lövhələr bərkidilmiş ağac döşəmə üzərində dəfn edilib. Onun doqquz nəfərdən ibarət qulluqçusu və qoruyucuları olub. Qəbirdən zəngin bəzəməli səkkiz at skeleti, habelə iribuynuzlu və xırdabuynuzlu heyvan sümükləri aşkar olunub. Dəfn ritualı hədsiz dəbdəbəsi və böyüklüyü ilə diqqəti cəlb edir". Alim yazır ki, qəbir avadanlığı olduqca zəngindir. Onlar orijinal formalı və naxışlı gil qablar, tunc baltalar, müxtəlif at yüyənləri, isgənə, zireh lövhələri, ox ucluğu, nizə ucluğu, at bəzəkləri və s. əşyalarla təmsil edilib. Üzərində insan təsvirləri olan sümük yüyənlər, fil dişindən bəzək əşyaları, qızıl düymələr, qızıl toqqa, şirli gil qab yüksək bədii zövqlə hazırlanması ilə fərqlənir. Tapıntılar arasında şüşədən düymələr, muncuqlar, pasta, tunc və serdolikdən hazırlanmış bəzəklər, orijinal formalı mərmər toppuz da var: "Arxeoloji materialların təhlilinə əsasən, Borsunlu kurqanı e.ə. XII-XI əsrlərə aid edilib. Bu rayonda Xocalı-Gədəbəy mədəniyyətinin ən yaxşı öyrənilmiş abidələrindən biri Xocalı kəndi yaxınlığındakı tunc dövrü qəbiristanlığıdır. Burada çox da böyük olmayan kurqanlar və kromlexlər aşkar olunub. Bu kurqanlarda tək və kollektiv dəfnlər olub. Bəzi kurqanlarda yandırma adəti də qeydə alınıb. Abidələrdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan keramika, silah və bəzək əşyaları aşkar edilib".
Xocalıda tədqiq edilən 11 nömrəli kurqan xüsusilə əhəmiyyətli nəticələr verib. Bu kurqandan Assur padşahı Adadnirarinin adı yazılmış muncuq tapılıb. İ.İ.Meşaninov bu muncuğu e.ə. VIII əsrə aid edib. Lakin son zamanlar tədqiqatçılar bu muncuğu I Adadnirarinin yaşadığı dövrə, yəni təqribən e.ə. IX əsrin sonu və VIII əsrin əvvəlinə aid etməyə meyllidir: "Bu tapıntının tariximizin qaranlq səhifələrindən birinə aydınlıq gətirmək, eləcə də Qarabağın son tunc-erkən dəmir dövrü əhalisinin etnik kimliyini aydınlaşdırmaq üçün son dərəcə böyük əhəmiyyəti var. Məsələ burasındadır ki, sözügedən əşyanın bulunduğu yer qədim türk-qıpçaq tayfalarından olmuş qarqarların adını yaşatmaqda olan Qarqarçayın yaxınlığındadır. Qıpçaqlar isə qədim mənbələrdə kumanlar adlanmışlar. Maraqlıdır ki, əski yazılı mənbələr bu xalqın hələ eradan bir neçə min il öncələrdən Azərbaycanda yaşadığını, başqa sözlə, ölkəmizin avtoxton əhalisi olduğunu birmənalı şəkildə təsdiqləyir. Qədim mixi yazılarda (e.ə. XIII-XII əsrlər) "ku" və "kumen" (kuman) etnonimlərinin də adı çəkilməkdədir. "Ku" etnonimi ilə bağlı hesab edilir ki, bu, türk (prototürk) tayfalarından birinin adı olmuş və bu ad qədim türklər arasında geniş yayılmış qu quşu (qaz) totemi ilə əlaqədardır. Kumanların adı qədim mənbələrdə (mixi yazılarda) ilk dəfə e.ə. XIII-XII əsrlərdə "kumen" kimi çəkilməkdədir. Y.Yusifov da yuxarıda adıçəkilən müəlliflərlə eyni mövqedən çıxış edərək yazır: "Bu etnonim də türk dillərində etnik ad düzəldən "-man" (-men) şəkilçi birləşmələrindən əmələ gəlib. Kuman sonrakı türk adı olmaqla "sarımtıl, ağımtıl" mənasını daşıyırdı." Sözügedən etnonimlə Tiqlapalsarın (e.ə. 1115-1077) kitabəsində də rastlaşırıq: "Kumanların ordusu gerçəkdən Musru ölkəsinin köməyinə çıxdı. Bu zaman Musru ölkəsinə köməyə çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər etdilər. Kumanların mənim güclü döyüş təzyiqimdən qorxuya düşən şahları ayaqlarımı qucaqladı. "Aşşur şahı Adadnerari (e.ə. 911-890) də öz kitabəsində kumanları yad edib. Deməli, Xocalıdan tapılan və üzərində bu hökmdarın adı yazılan qızıl muncuq onun qıpçaq-kumanlarla üzləşdiyi ərazinin məhz Azərbaycan ərazisi olduğunu təsdiqləyir. Xocalı qəbiristanlığından başqa, Dağlıq Qarabağ ərazisində Arçadzor-Dovşanlı, Ballıca, Sırxavənd, Axmaxi kəndləri yaxınlığında Emil Resler tərəfindən arxeoloji qazıntılar aparılıb. Dovşanlıda 1 və 2 nömrəli kurqanlarda kollektiv dəfnlər olub. Skeletlərin ətrafından tunc xəncər, ox ucluqları, balta, hərbi yaba, bıçaq, qızıl muncuqlar, xeyli miqdarda boz rəngli gil qab aşkar edilib. Dağlıq Qarabağdakı abidələrin bir qrupu Y.İ.Hümmel, A.A.İvanovski, İ.M.Cəfərzadə, T.Passek və B.Latınin tərəfindən tədqiq edilib. Bu qrupa daxil olan Bəyimsarov, Borsunlu, Sarıçoban kurqanlarının tədqiqində H.F.Cəfərov, F.R.Mahmudov, T.İ.Axundov iştirak edib. Xocalı nekropolunun böyük daş kurqanları - Arçadzor-Dovşanlıda 1 və 2 nömrəli, Axmaxidə 1- 5 nömrəli, Ballıqayada 1 nömrəli, Qarabulaqda 91 nömrəli kurqan dəfn adətinin zənginliyi ilə fərqlənir. Onlar üçün böyük kurqan təpəsi, qəbir kamerasının mürəkkəb quruluşu, ağac konstruksiyalardan istifadə olunması, qəbir kamerasının və skeletlərin qırmızı oxra ilə boyanması, at sümüklərinə rast gəlinməsi, kollektiv dəfn, xeyli miqdarda silah və at əsləhəsinin olması xarakterikdir. Bəzi kurqanlarda uzadılmış skeletlərin ətrafında oturmuş vəziyyətdə olan insan skeletlərinə də təsadüf olunub. Bu əlamətlərinə görə Qarabağ qrupunun abidələri ilə Gəncəçay rayonunun abidələri arasında yaxınlıq görünür. Dəfn adətini aydınlatmaq məqsədilə onların bəzisi haqqında ətraflı məlumat verməyə xüsusi ehtiyac var".
VI cildlik "Azərbaycan arxeologiyası" kitabında söylənilənlərdən belə aydın olur ki, Arçadzor-Dovşanlıdakı 1 nömrəli kurqanın altında daş tipli qutu qəbirdə 4 insan skeleti aşkar olunub: "Qəbrin üzəri 5 daş plitə ilə örtülüb. Skeletlərin biri qəbrin cənub-şərqində, əlləri yanına uzadılmış şəkildə dəfn olunub. Onun ayağının yaxınlığında kauri ilə doldurulmuş küpə aşkar olunub. Skeletin başında tunc çələng olub. Skeletin ikisi isə qərb divarın künclərində qeydə alınıb. Onların birinin qadına aid olduğu zənn edilir. Onun başında tunc təbəqədən hazırlanmış baş bəzəyi olub. Digər 2 skeletin başında dəbilqə olduğu güman edilir". Burada tədqiq edilən 2 nömrəli kurqanın altında üç qəbir aşkar olunub. Onların biri qazıntı sahəsindən kənarda qaldığından, öyrənilməyib. 1 nömrəli qəbirdə insan skeleti, onun başında diadema, ətrafında at kəlləsi, qaban dişləri, tunc halqa və serdolik muncuqlar aşkar edilib. Skeletin sağ çiyni yaxınlığında qofre edilmiş kiçik küpə aşkar olunub. Maraqlıdır ki, bu qəbirdəki skeletin ağzına qızıl tozu doldurulub. Kurqandakı 2-ci qəbirdə başsız bir insan skeleti, tunc və daşdan əşyalar, gil qab parçaları, at əsləhəsi tapılıb. Qəbirdə həmçinin at, it və quş sümüklərinə rast gəlinib. Araçadzor və Ballıqaya arasında yerləşən Axmaxi kurqanları kiçikhəcmli olması ilə fərqlənir. Onların kurqanaltı qəbirləri daş qutularla təmsil olunub. Axmaxidəki 1 nömrəli kurqanda dörd skelet aşkar olunub. Onların biri uzanmış, üçü isə oturmuş vəziyyətdə olub. Axmaxidəki 3 nömrəli kurqanın qəbir kamerasında 9 insan skeleti aşkar olunub. Onların biri uzadılmış, səkkizi isə oturmuş vəziyyətdə olub. Oturmuş vəziyyətdə aşkar olunmuş skeletlərdə zorla öldürmə əlamətlərinə rast gəlinib. A.A.İvanovskinin Köndələnçayın sağ sahilində tədqiq etdiyi 5 nömrəli kurqandan 3 insan və 2 dəvə skeleti aşkar olunub. Skeletlərin ətrafından tunc silah, qızıldan əşyalar, gil qablar tapılıb. Həmin arxeoloji materiallar Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir".
Bundan sonrakı saylarımızda Azərbaycan tarixi, mədəniyyəti, arxeoloji yaddaşı haqqında müfəssəl məlumatlar təqdim edəcəyik.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham
– onların qələbəsi İran daha da aqressivləşdirdi...
23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...
23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı -
qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ