Bazar ertəsi günü, 23 noyabr 2026
     

Qarabağın şərəfli tarixini saxtalaşdırmaqda ermənilər çar generalının qeyri-dəqiq əsərindən istifadə etməyə çalışır

Image


XIX əsrin əvvəllərində Qarabağda erməni var idi ki, Abbas Mirzənin...

Qarabağ xanlığının Azərbaycan dövlətçilik tarixində xüsusi yeri olub. Əsası qüdrətli Pənahəli xan tərəfindən qoyulan Qarabağ xanlığı Azərbaycan türklərinə aid olub və bu xanlığı da türk babalarımız yağı işğalından qoruyub. Bilirik ki, 150 ildən artıqdır sonradan torpaqlarımza köçürülən ermənilər Qarabağla bağlı iddialar irəli sürür, bu torpağın sakinlərinin demoqrafik vəziyyətini saxtalaşdırır, özlərini burada "yerli" saymağa cəhd edir.
Onu da vurğulayaq ki, ermənilər Şuşanın XIX əsr tarixinə çar generalının dili ilə daha bir saxtakar yanaşma sərgiləyib. Erməni saytı panorama.am-ın xəbərinə görə, 1902-ci ildə çar generalı Potto Qarabağın ilk könüllüləri ilə bağlı kitab yazıb. Guya həmin kitabında Potto iddia edir ki, Şuşa qalasını farslardan ermənilər qoruyub və o zaman orada heç müsəlman yox imiş...
Söhbətin 1826-cı ildən getdiyi nəzərə alınarsa, həmin dövrdə Qarabağda ermənilərin yox dərəcəsində, tək-tük olduğu tarixi mənbələrdə təkzibolunmaz faktlarla əsaslandırılıb. Tarixi mənbələr göstərir ki, ermənilərin bu regiona məhz həmin ildən sonra, "Türkmənçay" müqaviləsinin bağlanmasının ardından köçürülməsinə başlanıb. O halda maraqlıdır, Şuşa qalasını kim kimdən qoruyub? Axı zaman göstərdi ki, Azərbaycanın bu dilbər guşəsini elə erməninin özündən qorumaq lazım imiş!..
Onu da qeyd edək ki, məlumatın ingilis və rus dilində variantları fərqli başlıqlarla təqdim edilib. Sayt yazının rus variantını "Erməni məlikləri Qarabağı fars işğalı altında aclıqdan necə qorudular?", ingilis dilində olan mətnini isə "Erməni məlikləri Mehdiqulu xanı fars mühasirəsindən necə xilas etdilər?" sərlövhəsi ilə tirajlayıb.
Təbii ki, saxtakarlıq ruhunu əks etdirən sözügedən məlumatın əsassız olduğunu o informasiyanı yayanlar da, onların başbilənləri də yaxşı bilir. Sadəcə, yalan, saxtakarlıq, satqınlıq ermənilərin xislətinə xas olduğundan, bu işi dayandırmaq istəmirlər.
Məsələni bir daha aydınlaşdırmaq zərurəti meydana çıxıb. Qarabağın Abbas Mirzədən qorunmasında türklərin, yoxsa ermənilərin rolu olub? Bu məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə əlaqə saxladıq. Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bizimlə söhbətində bildirdi ki, ermənilərin Pottoya istinadən yaydığı məlumatın heç bir əsası yoxdur: "Təbii ki, ermənilər bizim torpaqlara "Türkmənçay" müqaviləsindən sonra köçürülüb. Həmişə olduğu kimi, bu dəfə də ermənilər təhriflə məşğul olub. Bir şeyi bilmək lazımdır ki, bu, növbəti erməni hiyləsi, məkridir. Tarixən yalan, işğalçılıq, genosid siyasəti ilə onlar məşğul olub. Bu cəfəng məsələni də ortaya atmaqla özlərinin işğalçılığını, bura sonradan köçüb gəldiklərini ört-basdır etmək istəyirlər".
Tarixçi alim, professor Tofiq Mustafazadə də "Bakı-Xəbər"ə açıqlamasında bunun erməni məkri, saxtakarlığı ilə bağlı olduğunu dilə gətirdi. Onun sözlərinə görə, Qarabağa ermənilər 1828-ci ildən sonra köçürülüb, burada yaşayan məliklər isə erməni olmayıb, onlar alban mənşəli olub, xristian dininə tapınıb, sonra isə erməniləşiblər (ermənilər özləri albanların təriqətini mənimsəyib-İ.S): "Alban məliklərinin də sayı çox deyildi. Onların nə gücü vardı ki, Qarabağı işğaldan qoruya biləydilər. Digər tərəfdən, Abbas Mirzə Qarabağı işğal etməyə gəlməmişdi ki... Tarixi faktlar göstərir ki, Abbas Mirzənin qoşunu tərkibində kifayət qədər qarabağlılar vardı və onlar Qarabağı, Şuşanı ruslardan təmizləmək məqsədi güdürdü. O dövrdə orada 500 nəfərlik rus alayı vardı, erməniləşmiş albanlar da onları ərzaqla təmin etmək, onlara bələdçilik etmək baxımından xırda fəaliyyət göstərib. Bu da ruslara xidmətdir. Abbas Mirzə fars deyil, o tərtəmiz türkdür, Qacarlar sülaləsindəndir. II Rusiya-İran müharibəsi zamanı çoxlu sayda azərbaycanlı-türk Qacarlar tərəfinə keçmişdi, onlar rusların Qarabağda olmasını istəmirdi. Bilirsiniz ki, İbrahim xanın oğlu Əbülfət xan Qacarların sarayında idi və general rütbəsi qazanmışdı. Pottoya gəlincə, o, rus generalı idi və təbii ki, bu baxımdan da rusların xeyrinə yazırdı. Bundan başqa da Potto II Rusiya-İran müharibəsi haqqında geniş yazıb, oçerkləri də var, ancaq ermənilər özlərinə sərf edən hissəni götürüb çap edib yayırlar. Burada qətiyyən fars sözü yerinə düşmür, bu işin farslarla heç bir əlaqəsi yoxdur".
T.Mustafazadə qeyd etdi ki, Qarabağda yaşayan erməniləşmiş albanlar bir neçə dəfə bizə xəyanət, satqınlıq edib, hətta Ağa Məhəmməd şah Qacarın da Qarabağa gəlməsinə onlar bələdçilik edib.
AMEA-nın Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov da həmkarları kimi bu məlumatın yalan, saxta notlar üzərində yayıldığını qeyd etdi. Onun bildirdiyinə görə, XIX əsrin əvvəllərində Qarabağda ermənilər yaşamayıb. O da vurğuladı ki, burada yaşayan xristian albanlar olub və onların da torpaqları kiminsə işğalından qorumaq əzmi olmayıb. Qarabağ xanlığının əhalisi arasında müsəlmanlarla yanaşı, xristianların da olmasını təbii sayan tarixçi alim bildirdi ki, bu onların bizim torpaqları işğaldan, mühasirədən, xalqımızı aclıqdan xilas etməsi anlamı daşıya bilməz: "Yayılan bu məlumat da növbəti erməni iftirasıdır və onlar öz mənfi fəaliyyətlərini ört-basdır etmək üçün növbəti yalana əl atıblar. Bu fikirləri ortaya atanlar əvvəlcə tarixi vərəqləyib görsünlər ki, həmin dövrdə Qarabağ əhalisinin demoqrafik tərkibi necə olub? Həmin sənədlərdə də açıq şəkildə göstərilir ki, əhalinin böyük hissəsi müsəlmanlar, türklər olub. Mühasirədən, işğaldan qorumaq cəfəngiyyatına gəlincə, onlar kimi kimdən qoruyub? O vaxt ermənilər orda vardı ki? Oradakılar alban əsilli xristianlardır. Birdəfəlik bilməlidirlər ki, ermənilər ora "Türkmənçay" müqaviləsindən sonra köçürülüb. Digər tərəfdən, orada bir-iki nəfər xristian mənşəli adam olubsa, hansısa işdə fəaliyyət göstəribsə, bu o demək deyil ki, onlar Qarabağı işğaldan azad edib, mühasirədən çıxarıb və s. Bəyəm Abbas Mirzə Qarabağı işğal etməyə gəlmişdi? Abbas Mirzə ruslarla vuruşmağa gəlmişdi. Abbas Mirzə azərbaycanlıdır da, onun da ordusunda azərbaycanlılar vuruşurdu. Bu nə cəfəng iddiadır ki, azərbaycanlı Azərbaycan torpağını işğal etməyə gəlmişdi, bu torpağı da erməni müdafiə etdi. Bu gülüncdür. Potto çox şey yaza bilər. O, rus generalıdır və təbii ki, rusun mövqeyini müdafiə edəcək. Düşünürəm, hər saytda gedən cəfəngiyyata reaksiya vermək lazım deyil. Qoy gedib mənbələrə baxsınlar görsünlər ki, orada erməni vardı? Yox idi axı".
Tarixçi Gültəkin Nəcəfli ermənilərin Qarabağa köçürülmə tarixi ilə bağlı maraqlı araşdırma aparıb və oxuculara çox dəqiq informasiya təqdim edib. G.Nəcəfli yazır ki, ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa olan ərazi iddialarına Rusiyanın Cənubi Qafqazda fəal işğalçılıq siyasəti prizmasından kənarda baxılması qeyri-mümkündür. Əslində XVII əsrin sonlarından başlayaraq dövrün sənədlərini məharətlə saxtalaşdırmağı bacaran ermənilər tərəfindən uydurularaq Rusiya və digər Avropa dövlətlərinə yol tapan, tarixi gerçəkliyi əks etdirməyən qondarma ideyalar şəklində meydana çıxan bu ərazi iddiaları XIX əsrin başlanğıcından etibarən yeni-real addımlarla həyata keçirilən mərhələyə qədəm qoydu: "XIX əsrin əvvəllərində Cənubi Qafqazın işğalına başlayan Rusiya imperiyasının əsas məqsədi Qacar qoşunlarını Cənubi Qafqaza, o cümlədən də Azərbaycanın şimalına buraxmamaq, mühüm hərbi-strateji əhəmiyyətə malik olan Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarını ələ keçirməklə Rusiyanın regionda gələcək hegemonluğu üçün zəmin hazırlamaq, Türkiyə və İran sərhədlərində keçilməz sədd yaratmaq idi. Bunun üçün Rusiya dini amildən istifadə edərək, ermənilərin dəstəyi ilə özünə türk-müsəlman dövlətləri olan Osmanlı imperiyası və Qacarlar İranına qarşı dayaq kimi "erməni dövləti" yaratmaq planını həyata keçirməyə çalışırdı. Təsadüfi deyildi ki, rus tarixçisi P.İ.Kovalevski özü etiraf edirdi ki, Qafqazı işğal etməyə göndərilən P.D.Sisianova öz hərbi planlarının həyata keçirilməsində ermənilərə xüsusi diqqət və qayğı ilə yanaşmaq, onları müdafiə etmək və onlardan istifadə etmək tapşırılmışdı. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının işğalçılıq planlarının tərkib hissəsi idi. İran və Türkiyə sərhədlərində bufer xristian dövləti yaratmaq niyyətində olan Rusiya Şimali Azərbaycan xanlıqlarının işğalını başa çatdırdıqdan sonra bu niyyəti reallaşdırmağa başladı. 1805-ci il Kürəkçay müqaviləsindən-yəni Qarabağ xanlığının Rusiya himayəsinə keçməsindən dərhal sonra P.D.Sisianov Qarabağda çarizmin mövqeyini möhkəmlətmək məqsədilə Cənubi Qafqazın digər əyalətlərindən erməniləri dərhal buraya köçürməyə başladı.
Məhz bu səbəbdəndir ki, Qarabağ xanlığı əhalisinin olduqca az qismini təşkil edən xristianlar-qriqoryanlaşdırılmış albanlar digər ərazilərdən köçürülən ermənilərin təsiri ilə ərazisində yaşadıqları dövlətə xəyanət edərək, işğalçı rus qoşunlarına hər vasitə ilə kömək edir, ərzaq və pulla yardım göstərir, onların xeyrinə təxribat və casusluqla məşğul olurdular...".
Tədqiqatçı yazır ki, Şimali Azərbaycana köçürülən kasıb erməni ailələrinə kömək üçün xəzinədən 25 min rubl gümüş pul ayrılıb: "...Lazaryevin və ona təhkim edilən erməni zabitlərin vəzifəsi köçürülənlərin sərhədə çatdırılması ilə bitirdi. Bundan sonrakı işlərə rəhbərlik İrəvan "müvəqqəti idarə"si yanında xüsusi olaraq köçürülən ermənilərin yerləşdirilməsi üçün yaradılan komitəyə həvalə edilirdi. Komitə köçürülən erməni dəstələrini sərhəddə qarşılamaq üçün heyət göndərməli və həmin heyət onları yeni yaşayış məntəqəsinədək müşayiət etməli idi. Qarabağ üzrə bu vəzifə gömrük hərbi dairəsinin rəisi knyaz Abxazova həvalə edildi. 1828-ci ilin əvvəllərində köçürülən 750 erməni ailəsinin əksəriyyətini knyaz Abxazov Bərdə şəhərində yerləşdirdi.
Ermənilərin İran ərazisindən Şimali Azərbaycan torpaqlarına köçürülməsinin həyata keçirilməsi haqqında məlumatı Lazaryevin 1829-cu il dekabrın 24-də qraf Paskeviçə yazdığı "Yekun hesabatı"nda izləmək mümkündür. Hesabata görə, köçürmə prosesi 1828-ci il fevralın 26-da başlanıb və iyunun 11-də başa çatdırılıb. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə çox canfəşanlıq göstərən erməni polkovniki Qazaros Lazaryan şəxsən özü rəhbərlik edib. Türkmənçaya yaxın olan müxtəlif kəndlərin erməniləri Lazaryev tərəfindən keçmiş Qarabağ xanlığının ərazisinə yola salındı. Digər erməni zabitləri - 41-ci yeger alayının podpolkovniki knyaz Melikov Üzümçü və onun ətrafındakı kəndlərin, gürcü qrenadyor alayının podpolkovniki knyaz Arqutinski-Dolqoruki Təbriz, onun ətrafındakı kəndlərin və Səlmas əyalətinin, kollec asessoru Qamazov Marağa və Urmiya xanlıqlarının kəndlərinin, knyaz Şalikov isə Xoy xanlığında yaşayan ermənilərin köçürülməsində ona yaxından kömək etmişlər. Minlərlə erməni ailəsi Araz çayına yaxınlaşan zaman, 1828-ci il aprelin 24-də general Paskeviç Lazaryevə tapşırıq verdi ki, "köçürülənlərin böyük hissəsini, xüsusən ən kasıblarını Qarabağa getməyə təhrik etsin". Lazaryevin özünün hesabatından isə məlum olur ki, üç ay yarım ərzində İran ərazisindən 8249 xristian-erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülüb, bu da ən azı 40 min nəfər demək idi; köçürmə işlərinə xəzinədən 14000 manat qızıl, 400 manat gümüş pul xərclənmişdi; köçmək istəyən 1500 erməni ailəsi İranda qaldı. Çünki Lazaryev köçürmə üçün ayrılan vaxt başa çatdığından, onları köçürməyə imkan tapmamışdı. Lakin nəzərə almaq lazımdır ki, Lazaryevin hesabatında İrandan Şimali Azərbaycan torpaqlarına köçürülən erməni ailələrinin miqdarı tam dolğunluğu ilə əks olunmayıb. Məsələn, rus tədqiqatçısı N.A.Smirnov İrandan 90 min nəfər erməninin köçürülərək Azərbaycan torpaqlarında məskunlaşdırıldığını yazır. Beləliklə, Rusiya imperiyasının erməniləri İrandan Şimali Azərbaycanın qərb bölgələrinə və Qarabağa köçürməsi siyasəti azərbaycanlıları öz ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq məqsədi güdürdü və "erməni dövləti"nin yaradılmasına hazırlıq idi. Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbaycana xüsusi məqsədlə- onlara burada "yeni vətən" yaratmaq məqsədilə köçürülmüşdü. Qarabağ torpaqlarında məskunlaşdırılan ermənilərə çar Rusiyasının bölgədəki məmurları daha çox diqqət və qayğı göstərir, yerli əhaliyə- azərbaycanlılara isə zülm siyasəti yeridilir, əhali bu bölgədən didərgin salınırdı. Bu siyasət nəinki sadə əhaliyə, hətta ali müsəlman silkinə münasibətdə özünü qabarıq şəkildə göstərirdi. Erməni generalı Mədətovun Qarabağ bölgəsində törətdiyi cinayətlər öz əksini dövrün sənədlərində tapıb. Lakin bir xalq kimi "Türkmənçay" müqaviləsinin övladları olan ermənilər tarixi həqiqətləri öz niyyətləri xeyrinə həmişə məharətlə saxtalaşdırmağı bacarmış və Azərbaycanın Qarabağ bölgəsinə olan ərazi iddialarından heç zaman əl çəkməmişlər. Məsələn, 1805-ci ildə Rusiya ilə Azərbaycan dövləti olan Qarabağ xanlığı arasında "Kürəkçay" sazişi adlanan saziş bağlanıb. Sazişin adı belədir: "Traktat mejdu Karabaxskim xanom i Rossiyskoy imperiey o perexode xanstva pod vlast Rossii ot 14 maya 1805 qoda". Həmin sazişə görə, Qarabağ xanlığı Rusiyanın himayəsini qəbul edir, Rusiya isə Qarabağ xanlığına daxil olan torpaqların İbrahimxəlil xana, daha doğrusu, Azərbaycana məxsus olduğunu və gələcəkdə də Qarabağ xanının varislərinə məxsus olaraq qalacağını təsdiq edirdi. Erməni tarixçiləri isə real tarixi və "Kürəkçay" müqaviləsini saxtalaşdıraraq Qarabağ xanlığı ərazisinin guya ermənilərə məxsus olduğunu və "Kürəkçay" müqaviləsinin də guya ermənilərlə Rusiya arasında bağlandığını iddia edirlər. Halbuki, ermənilərin İran və Türkiyədən Azərbaycana, o cümlədən Qarabağ xanlığının ərazisinə köçürülməsinə "Kürəkçay" sazişinin imzalandığı 1805-ci ildən çox sonra-1828-ci ildə başlanıb. Qarabağ erməniləri 1978-ci ildə özlərinin İrandan bura, yəni Qarabağa köçürülməsinin 150 illiyini bayram etmiş, bu münasibətlə Dağlıq Qarabağda-Ağdərə rayonunun Marquşevan kəndində bir xatirə abidəsi də inşa etmişlər. 1988-ci ildə erməni separatçı-terrorçu dəstələri "tarixi həqiqətin izini itirmək" məqsədilə ermənilərin Qarabağa gəlmə etnos olduğunu təsdiq edən bu abidəni dağıtmışlar. Lakin tarixi həqiqətlər təsdiq edir ki, bütün tarix boyu, həmişə Azərbaycan torpağı olan Qarabağın aborigen əhalisi də azərbaycanlılardır. Ermənilər isə bu torpağa gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Azərbaycan xalqı yaşadıqca bu həqiqət də yaşayacaq".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ