çərşənbə axşamı günü, 24 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Bəxtiyar Vahabzadə irsinə dövlət qayğısı...
Tarix: 06.10.2015 / 03:48
Bölmə: Layihə
Azərbaycan ədəbiyyatında elə simalar var ki, onların yaradıcılığı, fəaliyyəti birbaşa xalqın, dövlətin, milli mədəniyyətin inkişafına yönəlib. Bu yaradıcı şəxsiyyətlərin fəaliyyətində, yaratdığı ədəbiyyatda xalqı, dövləti müstəqillik vüsalına qovuşdurmaq üçün uzunillik cəhdlər var. Azərbaycan poeziyasının, dramaturgiyasının, elminin görkəmli nümayəndələrindən biri xalq şairi Bəxtiyar Vahabzadədir. Ədəbi yaradıcılığını Azərbaycan dövlətçiliyinin qurulmasına, inkişafına, tərəqqisinə həsr edən B.Vahabzadə ədəbiyyatımızda, ictimai fikrimizdə, elmimizdə elə bir zirvə fəth edib ki, o yer əlçatmazdır.
Azərbaycan dövləti B.Vahabzadə yaradıcılığına, onun fəaliyyətinə, şəxsiyyətinə hər zaman sayğı bəsləyib və ədibin əməyi, zəhməti dövlət tərəfindən qiymətləndirilib.
B.Vahabzadənin bir neçə dəfə yubileyi qeyd edilib, 85 illiyi dövlət xəttilə müxtəlif qurumlar tərəfindən keçirilib. Bu il isə görkəmli ədibin 90 illik yubileyidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
B.Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. 14 yanvar 2015-ci ildə imzalanan sənəddə qeyd edilir ki, 2015-ci ilin avqust ayında Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illiyi tamam olur.
Sənəddə vurğulanır ki, B.Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır: "Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması B.Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi".
Ölkə başçısı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Milli Elmlər Akademiyası və AR Təhsil Nazirliyi ilə birlikdə (Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla) yubileyin yüksək səviyyədə təşkil edilməsi üçün göstəriş verib.
Bu il ölkəmizin bir çox yerində, elm və mədəniyyət müəssisələrində, məktəblərdə görkəmli şairin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. Şübhəsiz ki, B.Vahabzadə poeziyası Azərbaycan xalqına doğmadır, əzizdir.
Yubiley çərçivəsində bir neçə tədbir keçirilib. Onlardan biri bu ilin yayında baş tutan "Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin fenomeni kimi" mövzusunda elmi konfransdır.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli B.Vahabzadənin həyat və yaradıcılığından, onun XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb: "Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr bəxş edən xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2015-ci il 14 yanvar tarixli Sərəncamı ədəbiyyatşünas və ictimai xadimin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir. Azərbaycan fəlsəfəsini, dilini, poeziyasını dünyaya çatdırmaq üçün söz daşıyıcısı B.Vahabzadənin yaradıcılığını öyrənmək zəruridir. Azərbaycançılıq fəlsəfəsi mövcud olduğu təqdirdə bu fəlsəfənin tərkib hissəsinə çevrilən dahi Bəxtiyar Vahabzadənin yaradıcılığı da daim yaşayacaq".
Professor Şirindil Alışanlı "Bəxtiyar Vahabzadə XX əsr ədəbiyyatının fenomeni kimi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, XX əsrdə Azərbaycan xalqının dünya poeziyasına bəxş etdiyi korifey sənətkarlar arasında xalq şairi B.Vahabzadə önəmli yer tutur. B.Vahabzadə təkcə milli Azərbaycan bədii təfəkkürünün fenomeni deyil, ümumtürk bədii-fəlsəfi hadisəsidir: "Zamanı qabaqlayan idrak, tarixi həzm edən fəlsəfi düşüncə, milli əxlaq, ali türkçülük qayəsi, ideala sədaqət bir şair-mütəfəkkir kimi onu səciyyələndirən, ona nüfuz gətirən başlıca xüsusiyyətlərdir. Kökləri dahi Füzulidən qaynaqlanan fəlsəfi-intellektual poeziya təmayülünü XX əsrdə yekunlaşdırmaq səadəti ona nəsib olub".
Tədbirdə professor Sevil Mehdiyevanın "İstiqlal şairi B.Vahabzadə", filologiya üzrə elmlər doktoru Sara Osmanlının "B.Vahabzadənin ədəbi-estetik görüşləri", filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərlinin "B.Vahabzadə poeziyasında vəzn və janr müəyyənliyi" və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayevanın "B.Vahabzadə pyeslərinin səhnə təcəssümü" mövzusunda məruzələri dinlənib.
Qeyd edək ki, Vahabzadə Bəxtiyar Mahmud oğlu 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçüb (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil alıb (1942-1947). Universitetin aspiranturasında saxlanıb, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb (1950-1990). 1990-cı ildə təqaüdə çıxıb. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin, Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı Xalq Deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunub.
Tədqiqatçılar bildirir ki, B.Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. Tədqiqatçılar yazır ki, bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız 2 ildən sonra işə bərpa edilib. O dövrün mənzərəsi haqqında görkəmli alim, professor Şirməmməd Hüseynov yazırdı: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa sovet diktaturasını ifşa edən əsərlərini isə şair Sovet İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir".
Onu da qeyd edək ki, Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.
Bildiyimiz kimi, görkəmli ədib 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.
B.Vahabzadə Azərbaycan ədəbiyyatında xidmətlərinə görə "SSRİ Dövlət mükafatı", "Azərbaycan SSR Dövlət mükafatı", "Azərbaycan SSR əməkdar incəsənət xadimi", "Azərbaycan SSR xalq şairi", "Qırmızı Əmək Bayrağı" ordeni, "İstiqlal" ordeni kimi mükafatlarla təltif edilib.
Azərbaycan ədəbiyyatında, ictimai fikir tariximizdə müstəsna rol oynayan B.Vahabzadə özündən sonra böyük bir irs qoyub. Həm şair, həm alim, həm də ictimai xadim kimi Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin inkişafına bənzərsiz töhfə verib. Onun qələmindən çıxan hər bir iri və kiçikhəcmli əsərlər böyük missiya daşıyır. İnanırıq ki, bugünkü nəsil kimi gələcək nəsillər də B.Vahabzadəni oxuyacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında
– Qətər Vaşinqtona xəbərdarlıq etdi...
24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm
- ADSEA yayılan məlumatı təkzib etdi
24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı -
“Hörmüzdən dərs çıxarın” nə deməkdir?
24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır?
Alman kəşfiyyatından şok xəbər
23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı
– 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı
23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər
- Fidanın ikibaşlı anonsu...
23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...
23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!”
– Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib
23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...
23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır
23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”
23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi -
səbəb...
23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
- FOTO
23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda
23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...
23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...
23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi...
Tramp-Si görüşü boşa çıxdı...
23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur
23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia
- Albaniya ittihamları rədd etdi...
23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...
23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı
– qiyməti 900 min dollardır...
23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...
23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır
23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir -
Ermənistanda ruslar sıxışdırılır...
23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...
23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda -
ABŞ Avropanı nəyə sövq edir...
23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı
23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...
23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi
23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq -
Putin eyham vurdu
23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı
23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi
23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü -
Avropa liderləri getsin...
23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır
23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi
23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi
– Naxçıvanla quru bağlantısı reallaşır...
23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı
– iki rus gəmisi və helikopteri dənizdə batırıldı...
23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə
– Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...
23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...
23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə
– Moskva Haaqaya müharibə mesajı verdi...
23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı
23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış
– sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...
23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
FOTO
23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...
23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia
– Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...
23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi
23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı
23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...
23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı
– Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...
23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir
23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi
23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya
– İranın gəmilərə hücumları rekord həddə çatdı...
23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham
– onların qələbəsi İran daha da aqressivləşdirdi...
23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...
23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı -
qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ