İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə İsmayıllı şəhər sakini Fərhad Səmədovdan “İJ-16” markalı və rayonun Qurbanəfəndi kənd sakini Vüqar Səmədovdan “TOZ-63” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.