20/09/2019 23:14
728 x 90

Balakən sakininin evindən 300 qram narkotik çıxdı

img

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Gərəkli kənd sakini, əvvəllər də məhkum olunmuş 34 yaşlı Ramil Qandayev saxlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib. Oradan 4 ədəd kibrit qutusunda 11 qramdan artıq və 1 ədəd sellofan torbanın içərisində 300 qram  narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Balakən RPŞ-də  cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər