20/09/2019 23:12
728 x 90

İsmayıllının Vəng sakini narkotik bitkilər becərirdi...

img

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Vəng kənd sakini, 27 yaşlı İsmayıl Məmmədov saxlanıb. Davam etdirilən tədbirlərlə rayonun Ruşan kəndindəki meşəlik ərazidə İ.Məmmədov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən, ümumi çəkisi 6 kiloqrama yaxın 13 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı  İsmayıllı RPŞ-də araşdırma aparılır.

Son xəbərlər