Mayın 2-də Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edən Soyuqbulaq kənd sakini Məqsəd Qurbanov “Niva” markalı avtomobilinin axşam saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib.
Dərhal polis əməkdaşları tərəfindən başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobil qısa müddətdə Arıxdam kəndi ərazisində tapılıb.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri Əfqan Əliyev və Hafiz Abdullayev də müəyyən edilərək saxlanıb.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə mayın 1-də Dağlı kənd sakini Hacıağa Bayramovun qaçırılmış “UAZ” markalı avtomobili qısa zamanda Tülər kəndinin ərazisində tapılıb, onu qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyyam Muradov isə saxlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı