Noyabrın 6-da Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə sürücü - Bakı şəhər sakini Rövşən Salamov saxlanaraq istintaqa cəlb edilib.
***
Noyabrın 17-də Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, Məhsəti qəsəbəsinin ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomaşını Gəncə şəhər sakini Orxan Əmirovun idarə etdiyi “BMW” markalı avtomobilə vuraraq hadisə yerini tərk edib. O.Əmirovun 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəza hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsrəddin Musayev müəyyən edilərək saxlanıb və istintaqa təhvil verilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı