Ötən 10 ay ərzində Sumqayıt şəhər Polis İdarəsinin Veteranlar Şurasının üzvləri 271 cinayətin açılmasında yaxından iştirak edib.
Müxtəlif təhsil ocaqlarında 53 görüş keçiriblər. Bu görüşlərdə gənclərin vətənpərvər ruhda böyümələrinin əhəmiyyətindən danışılıb, onlara zərərli vərdişlər, narkomaniyanın gətirdiyi bəlalar, dini radikalizmin səbəb olduğu faciələr barədə məlumat verilib.
Yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin profilaktikasında və əhali arasında hüquqi maarifləndirmə üzrə tədbirlərdə mövzulara dair cıxışlar ediblər, söhbətlər aparıblar. Şagirləri maraqlandıran suallar cavablandırılıb.
Polis veteranlarının təşkilatlanması təmsil olunduqları ərazi polis orqanlarının və nizami hissələrin gündəlik işində, yaşadıqları bölgələrin ictimai həyatında öz müsbət təsirini göstərməkdədir. Veteranlarımız cinayətkarlıqla mübarizədə, asayişin, əminamanlığın qorunmasında, eləcə də gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında öz bilik və təcrübələrini əsirgəmir.
Aytəkin NƏCƏFOVA DİN Mətbuat Xidmətinin əməkdaşı