Şirvan Şəhər Polis Şöbəsinə şəhərin Telekommunikasiya Qovşağına məxsus kabellərin oğurlanması barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Mustafa Eyvazov və Əlizaman Kazımov saxlanıb.
Otuz metrə yaxın kabeli kəsib oğurladıqlarını etiraf edən saxlananlar onu sataraq əldə etdikləri pulu aralarında böldüklərini bildiriblər.
Polis əməkdaşları tərəfindən maddi sübüt kimi hər iki şəxsin kabelləri kəsmək üçün istifadə etdiyi mişarlar götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı