Sentyabrın 25-də Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə Mərdəkan və Şüvəlan qəsəbələri ərazisində 6 həyətyanı sahədən velosipedlərin oğurlanması barədə müraciət daxil olub.
Yaradılan əməliyyat qrupu dərhal tədbirlərə başlayıb və tezliklə şübhəlilər müəyyən edilib. Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əmrah Nağıyev və Zərqələm Ələkbərov saxlanaraq Polis Bölməsinə gətirilib.
Tutarlı sübutlar qarşısında onlar törətdikləri əməli etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Xəyalə Məmmədova DİN mətbuat xidmətinin əməkdaşı