Sentyabrın 19-da Saatlı rayonu ərazisindəki fermalardan birindən 2 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Həmin gün saat 1 radələrində Şirvan şəhərinin Z.Hacıyev küçəsində şəhər sakini Ramil Abbasobvun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Avtomobilin yük yerinə baxış zamanı orada 2 baş qoyun aşkar edilib.
Sürücü və sərnişinləri – Sabirabad rayon sakinləri Hacı və Tural Əmiraslanovlar saxlanaraq ŞPŞ-yə gətirilib. Araşdırmalar zamanı onlar izahatlarında qeyd edilən qoyunları Saatlı rayonu ərazisindəki fermalardan birindən oğurladıqlarını etiraf ediblər.
Hər üç şəxs toplanmış materiallarla birgə Saatlı RPŞ-yə təhvil verilib.
Xəyalə Məmmədova DİN mətbuat xidmətinin əməkdaşı