FTB Moskvada nəqliyyatda terror törətməyə hazırlaşan dörd nəfər İŞİD üzvünü ələ keçirib.
Baki-xeber.com-un xəbərinə görə, Suriyadan idarə olunan bu şəxslər Rusiya və Orta Asiya ölkələrinin vətəndaşlarıdır. Onların planı Moskvada ictimai nəqliyyatda terror törətdikdən sonra Suriyaya gedib “İslam dövləti” terrorçu qrupunun tərkibində beynəlxalq terrorçuluqla məşğul olmaq olub.
Tutulan şəxslərin yaşayış yerinə baxış zamanı onlara aid, partlayıcı qurğuların hazırlanması üçün laboratoriya aşkar edilib. Burada istifadəyə hazır vəziyyətdə olan partlayıcılar və onların komponentləri də aşkarlanaraq götürülüb. Bundan əlavə, yaşayış yerlərində terror aktının həyata keçirilməsi üçün onlara aid silahlar, əl qumbaraları, ədəbiyyat və videoyazılar da aşkarlanıb və FTB tərəfindən götürülüb.