Başından ağır güllə yarası alan Teymurxan Süleymanov təcili olaraq İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşan T.Süleymanov müalicə üçün Bakı şəhərinə göndərilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 67 yaşlı kişinin ehtiyatsızlıqdan özünü vurması və ya intihara cəhd etməsi versiyaları araşdırılır.