Astarada sürücü və sərnişinlər arasında polisin profilaktik tədbirləri davam etdirilir

img

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyanının yayılmasının qarşısının alınması məqsədilə ictimai və fərdi nəqliyyat vasitələrində tibbi maskalardan istifadə etməyən şəxslərlə bağlı profilaktik tədbirlər keçirir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Astara rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin və fərdi minik avtomobillərinin sürücüləri, həmçinin sərnişinlərlə profilaktik söhbətlər aparılıb və gigiyenik vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb. Sürücülərə bir daha xəbərdarlıq edilib ki, nəqliyyat vasitəsinə müəyyən edilmiş normalardan artıq sərnişin götürmək infeksiyanın yayılması və daha çox insanın yoluxması riskini artırır. Eyni zamanda, istər ictimai nəqliyyatda, istərsə də taksi xidmətində sürücü və sərnişinlərin tibbi masklaradan düzgün formada, yəni tənəffüs yollarını örtəcək şəkildə istifadəsinə əməl olunmalıdır.

Son xəbərlər