Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəbrayıl RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində İmişli şəhər sakini N.Fəttahlının idarə etdiyi “VAZ 21093” markalı avtomobil saxlanaraq Cəbrayıl RPŞ-yə gətirilib. Həmin avtomobildə sərnişin qismində olan K.Məhərrəmovun əl çantasına baxış zamanı oradan 3 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı K.Məhərrəmovun həmin narkotik vasitəni İran vətəndaşı Nadir adlı şəxsin vasitəsilə əldə etdiyi müəyyən edilib.
Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.