Lənkəran Şəhər/Rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıb. Onun üzərindən və yaşadığı evdən külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Şilavar kənd sakini Səfər Bunyatov saxlanılıb. Onun yaşadığı evə özünün iştirakı ilə keçirilən baxış zamanı oradan 6 bükümdə ümumi çəkisi 55 qram narkotik vasitə tiryək, 10 bükümdə ümumi çəkisi 41 qram heroin, 6 bükümdə ümumi çəkisi 13 qram psixotrop maddə olan metamfetamin, 5 bükümdə ümumi çəkisi 4 qram qurudulmuş marixuana və narkotik vasitələrin satışı üçün istifadə etdiyi elektron tərəzi aşkar edilərək götürülüb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı da bir bükümdə heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır