Cümə axşamı günü, 15 oktyabr 2026
     

Səudiyyə və Rusiya arasında qiymət savaşı dünya neft bazarını vurdu - qiymətlər bir gündə 30 fazi aşağı düşdü

Image


Səudiyyə Ərəbistanı və Rusiya arasında başlayan qiymət savaşından sonra neft qiymətləri 30 fazi aşağı düşüb. Belə ki, üç ildir ki, neft bazarlarında birlikdə hərəkət edən Səudiyyə Ərəbistanı və Rusiya bu dəfə anlaşa bilməyib. Rusiya OPEC-in istədiyi istehsal həcminin azaldılmasına getməkdən imtina edib.

Baki-xeber.com xəbər verir ki, keçən həftə baş tutan OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin zirvəsində Rusiya ilə müzakirələrdə istədiyi nəticəni əldə edə bilməyən Səudiyyə Ərəbistanı isə neft ixracatında qiymət endiriminə gedib, üstəlik də alıcılara istehsalı artırmağa hazırlaşdığına dair mesaj verib. “Reuters” mənbələrinə istinadən, Səudiyyənin hasilat gündə 10 milyon bareldən çox artacağını bildirir.

OPEK ölkələri, neft qiymətindəki koronavirusla əlaqədar enişi kompensasiya etmək üçün 2020-ci ilin sonuna qədər neft istehsalını gündəlik 1,5 milyon barel azaltmaq qərarına gəlmişdilər, ancaq Rusiya bu təklifi qəbul etməyib.

Zirvədəki uğursuzluqdan sonra cümə günü xam neftin qiyməti 2017-ci ildən bu yana ən aşağı səviyyəyə - 45 dollara düşüb. Bu gün isə Brent markalı neftin qiyməti 30 faiz azalaraq 31.7 dollar olub.

Britaniyanın "Times" qəzeti yazır ki, Səudiyyə Ərəbistanı neft sahəsində Rusiya ilə müharibəyə başlayıb. Analitiklərdən biri bunu "neft bazarında müharibə elan edilməsinin ekvivalenti" adlandırıb. "Financial Times" isə qeyd edir ki, neft müharibəsi ABŞ-da "zibil istiqrazları"nın bazarı üçün də təhlükəli olacaq.

"Wall Street Journal" yazır ki, neft qiyməti rekord həddə düşüb. Sonuncu dəfə qiymət 2016-cı ildə "dibi görmüşdü". Bütün bunlar isə "Saudi Aramco" neft şirkətinin qiymətləri endirəcəyi bəyanatından sonra baş verdi, nəşrin fikrincə, bu bəyanat Səudiyyə Ərəbistanı ilə Rusiyanı münasibətlərini korlaya bilər.

Nəşr OPEK iştirakçıları və səudiyyəlilərə istinadən bildirir ki, bu fəaliyyət bazarda Moskvanın payını ələ keçirmək üçün "aqressiv kampaniya"nın bir hissəsidir. Bildirilir ki, gələn ay Səudiyyə Ərəbistanı hasilatı gündə 10 milyon barrelədək artırmağı planlaşdırır, bu azmış kimi, lazım gələrsə, hətta onu maksimal mümkün həddə - gündə 12 milyon barelə çatdıra bilər.  Qəzet yazır ki, qiymətin kəskin düşməsinə koronavirusun iqtisadiyyata təsiri də səbəb ola bilər. "Wall Street Journal" həmçinin bildirir ki, Asiyada qızıl bazarında qiymətlər yeddi il ərzində maksimal həddə çatıb və mümkündür ki, bu yüksəliş davam etsin.

"New York Times" isə öz növbəsində qeyd edir ki, neftin qiyməti 20%-dən çox düşüb, bu isə "ən azı 1991-ci ildən bəri ən kəskin azalmadır". Qəzet hesab edir ki, Səudiyyə Ərəbistanı ilə Rusiya razılığa gələ bilərlər, amma böhran davam edərsə, "neftin qiymətinin, ən azından son beş il ərzində, ən aşağı həddə çatmasına heç nə mane ola bilməyəcək".

Qəzet əlavə edir ki, neftin qiymətinin bu cür enməsi "bütün dünyada istehsalçılara", xüsusilə "neft iqtisadiyyatı" ABŞ sanksiyaları altında əzilən Venesuela və İrana ziyan vuracaq. Aşağı qiymətlərin uzun müddətə bərqərar olması eləcə də Amerikanın böyük borcu yığılmış neft şirkətlərinə iqtisadi təzyiqi də artıracaq. Bu zaman Nigeriya, Anqola və Braziliya kimi neftdən asılı ölkələr də güclü iqtisadi çöküşdən zərər görə bilər.

"Washington Post" qeyd edir ki, hasilatın azaldılması barədə razılıq mümkündür: OPEK-in məşvərət səviyyəsində iclası martın sonuna planlaşdırılıb".

Nəşr "Exxon" şirkətinin Yaxın Şərq üzrə keçmiş eksperti Əli Hədərinin sözlərini sitat gətirir. O, özünün Twitter  hesabında yazmışdı ki, 20 dollarlıq neft 2020-ci il üçün tamamilə realdır. Onun sözlərinə görə, neftin qiymətlərinin kəskin düşməsi "böyük geosiyasi nəticələrə səbəb olacaq".

"Rapidan Energy Group"un əməkdaşı isə bildirib ki, bu qiymətlərin kəskin düşməsinin "hələ başlanğıcıdır". Mütəxəssislər də, neft qiymətlərinin ilin ikinci yarısında son 16 ildə ən aşağı səviyyəyə enə biləcəyini bildirirlər.

Prosesin Azərbaycana təsirindən danışan Milli Məclisin deputatı Tahir Mirkişili neft qiymətinin kəskin düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini deyir: “Amma hazırda Azərbaycan gündə orta hesabla 540 min barel xam neft ixrac edir. 2019-cu ildə bütövlükdə ixracımız idxalımızdan 8 milyard dollar çox olub (qızıl idxalını nəzərə almasaq). Xam neft ixracımız 15 milyard dollara yaxın olub. 2019-cu ilin 9 ayının yekunlarına görə tədiyə balansında neft-qaz sektoru üzrə profisit 9.9 mlrd dollar, qeyri-neft sektorunda isə defisit 4.8 mlrd dollar olub.

Dövlət Neft Fondunun 2020-ci il üçün gəlirləri 12.4 milyard manat, bu gəlirləri isə 11.4 milyard manatı (92%-i) dövlət büdcəsinə transfert üçün nəzərdə tutulub.

Neftin qiymətinin dəyişməsini Azərbaycan iqtisadiyyatına təsirindən danışarkən 3 ssenarini nəzərə almaq lazımdır: Qısamüddətli, Ortamüddətli, Uzunmüddətli. Öncə deyək ki, neftin qiyməti dövlət büdcəsində 1 barelinin qiyməti 55 dollar həddində götürülüb. Yəni, neftin 1 barelinin qiymətinin 30 dollar həddində olması Azərbaycanın hər gün nəzərdə tutulmuş gəlirdən sadə hesabla 13.5 milyon dollar az gəlir əldə etməsinə səbəb olacaq.

Sadə formada hesablasaq: Qısamüddətli ssenaridə neftin qiyməti 1 ay bu həddə qalarsa, iqtisadiyyatımız 405 milyon dollar az gəlir əldə edəcək. Ortamüddətli ssenarida, neftin qiyməti 5 ay bu həddə qalarsa, iqtisadiyyatımız 2 milyard dollar az gəlir əldə edəcək. Uzunmüddətli ssenaridə neftin qiyməti 9 ay bu həddə qalarsa, iqtisadiyyatımız 3.6 milyard dollar az gəlir əldə edəcək.

Yuxarıda göstərdiyimiz kimi, bu ssenarilərin heç biri Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər yaradabiləcək səviyyədə deyil. Burada kifayət qədər digər amillər də var ki, daha geniş yazmaq olar. Tədiyə balansının 5.1 milyard dollarlıq müsbət saldosu, ixracın idxalı 8 milyard dollar üstələməsi neft qiymətlərinin belə kəskin düşməsinin ölkə iqtisadiyyatına təsirini minimallaşdırır. Eyni zamanda, son illər Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar, qeyri-neft sektorunun sürətli inkişafı, qeyri-neft ixracının artım sürətinin yüksək olması belə təsirləri minimallaşdırır. Ölkədə həyata keçirilən şəffaflaşma tədbirləri nəticəsində dövlət büdcəsi gəlirlərinin son 2 ayda 250 milyon manat artması büdcə öhdəliklərinin də yerinə yetirilməsi baxımından mühüm nəticədir.

Düşünürük ki, neftin qiymətinin bu həddə enməsi əsasən Səudiyyə Ərəbistanı ilə Rusiya arasında “neft müharibəsi”nin nəticəsidir. İstehsalın artırılması və qiymətlərin düşməsi heç bir ölkə üçün iqtisadi cəhətdən sərfəli deyil. Digər tərəfdən, hesablamalara görə Səudiyyə İqtisadiyyatı neftin qiymətinin 84 dollar, Rusiya iqtisadiyyatı isə qiymətin 42.5 dollar həddə olmasına dözə bilərlər. Bu şərtlər daxilində qiymətin uzun müddət aşağı həddə qalması inandırıcı görünmür.

Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları toplandığından belə təsirlərin Azərbaycan manatını yenidən devalvasiyaya uğradacağı ehtimalları minimaldır, demək olar ki, yoxdur. Əhalini ən çox düşündürən bu sualın cavabına iqtisadçı olaraq demək istərdim ki, təlaşa ehtiyac yoxdur, neft bazarının bu cür dəyişkənliyinə öyrəşmək lazımdır".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ