Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycanın səhm strategiyası ölkəni koronavirus dövrünün yeni böhranından xilas edə biləcək…

Image


Son günlərdə belə proqnozlar irəli sürülməyə başlanıb ki, koronovirus problemi indiki templə yayılmaqda davam etsə, dünya üçün yeni qlobal iqtisadi böhranın yaşanması qaçılmaz olacaq.  Əslində, proseslərin real inkişaf axarı da yeni qlobal böhranın yaxınlaşmaqda olduğunu göstərir.

ABŞ Beynəlxalq Maliyyə İnstitutunun proqnozuna görə, cari ildə dünya ÜDM-nin artımı 1%-ə yaxın olacaq ki, bu da 2008-ci ildəki maliyyə böhranından sonrakı dövrdə ən aşağı səviyyədir. Təşkilatın rəhbəri və baş iqtisadçı eksperti Robin Bruks qeyd edir:“Biz ABŞ-da ÜDM artımına dair builki proqnozumuzu 2%-dən 1,3%-dək, Çindəki iqtisadi artıma dair isə 5,9%-dən 4%-dən də aşağıya azaltmışıq. Dünya iqtisadi artımı ötənilki 2,6%-dən, görünür ki, 1%-ə yaxın olacaq”.

Bütün dünyada tədarük zəncirlərində ciddi çətinliklər yaşandığına diqqət çəkən ekspert koronavirusun yayılması və buna qarşı mübarizə tədbirləri üzündən xidmətlər sahəsinin də ciddi fəsadlarla üzləşəcəyi barədə xəbərdarlıq edib. Dünya iqtisadiyyatında önəmli paya malik Çin və virusun böyük təsir göstərdiyi digər ölkələr giriş-çıxış qadağaları tətbiq edib ki, bu da istehsalı iflic vəziyyətə salıb, təchizat zəncirini kəsib, turizm və digər mühim sektorlara ziyan vurub. Yaxın Şərqdən Avropaya kimi bir çox ölkələrdə səhiyyə rəsmilərinin yeni koronavirus hallarını təsdiqləməsi Birləşmiş Ştatlardan tutmuş Asiya və Avropaya qədər bir çox yerdə fond birjalarına mənfi təsir göstərib. Yaponiyada, Koreyada və Avstraliyada da iqtisadi artım yavaşımağa başlayıb. Koronovirusun təsiri domino effekti ilə Asiya-Sakit okean bölgəsindən Avropa və Şimali Amerikaya yayılmağa davam edir. Mütəxəssislər bu fonda sürətlə yayılan koronovirusun böhrana səbəb ola biləcəyi, bütün dünyada insanların həyatına və işinə ağır zərbə vurmağa davam edəcəyi ilə bağlı xəbərdarlıq edir. Məhşur "Al Arabiya" nəşri bu xüsusda bildirir: "Daimi səyahət, ölkələr arasında mal və xidmətlər tədarükü XXI əsrin ayrılmaz hissəsinə çevrilib. Beləliklə, epidemiyanın qlobal iqtisadiyyatın iflasına səbəb olma risqi bəşər tarixindəki bütün dövrlərdən daha yüksəkdir. Təkcə  ötən həftə dünyanın bir çox şirkətləri qlobal koronavirus epidemiyası təhlükəsi qarşısında bazarların çökməsi səbəbindən beş trilyon dollar itirib. Birjada qiymətlərin düşməsi 2008-ci ildəki qlobal iqtisadi böhrandan bəri ən güclü səviyyəyə çatıb. Dünya Bankı yaxınlaşan qlobal maliyyə böhranı ilə əlaqədar xəbərdarlıq edib. Təşkilat bildirib ki, yaxın bir neçə ildə qlobal sarsıntılar gözlənilmirdi, lakin 2019-cu ildən sonra vəziyyət çox həyəcanverici həddə çatıb".

Proses Qafqaz ölkələrində də özünü göstərir. Amma burada fərqliliklər də gözə çarpır. Məsələn, koronavirus qonşu Gürcüstanda turizmə böyük zərər vurub və vəziyyət dəyişməsə, Gürcüstanda ÜDM-nin həcmi əhəmiyyətli dərəcədə azalacaq. Yaranmış durum ölkənin valyuta ehtiyatlarına da ciddi təsir edir. Ermənistanda isə vəziyyət daha ağırdır. Ölkənin İran və Gürcüstanla əlaqələrinin kəsilməsi burada tədricən ərzaq çatışmazlığı və bahalaşması ilə müşayiət olunur. Yerli istehsal çox az olduğundan tələbi qarşılya bilmir. Cari ildə bu durumda Ermənistanda iqtisadi tənəzzülün daha kəskin xarakter alması gözlənir. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir.  Əvvəla, daxili istehsal həcminin artımı Azərbaycanda ərzaq və digər sahələrdə təminat baxımından Gürcüstan və Ermənistanda olduğu kimi acınacaqlı vəziyyət yaratmır. Ölkənin böyük valyuta ehtyitalarına malik olması, fond birjalarında o qədər də yaxından iştirak etməməsi də Azərbaycana əlavə üstünlüklər qazandırır. Yuxarıda qeyd olunduğu kimi, hazırda dünyada ən risqli sahə səhm bazarlarıdır. Təkcə ötən həftə dünyada qiymətli kağızlar bazarında trilyonlarla dollar itki olub. Bu ilin ötən dövründə də itkilərin həcmi böyük olub. Azərbaycanda səhm bazarına sərmayə qoyuluşu Dövlət Neft Fondu tərəfindən həyata keçirilir. Fondun portfelinin cəmi 14,1 faizini səhmlər təşkil edir. Dövlət Neft Fondu digər risqli aktivlər sayılan aşağı reytinqli dövlətlərin və şirkətlərin borc kağızlarına da sərmayə yatırmayıb. Yəni Dövlət Neft Fondunun portfelinə aktivlər nöqteyi-nəzərindən də konservativ yanaşma var.

İndiki halda Azərbaycan üçün əsas təhdid dünya enerji bazarlarında qiymətin aşağı enməsidir. Amma Vyanada keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 178-ci iclasında kartelə üzv ölkələr neft hasilatının gündəlik 1,5 milyon barrel azaldılmasına razılıq verib. Bu isə neftin qiymətini yüksəldəcəyi təqdirdə, Azərbaycan bu sarıdan da problem yaşamayacaq. Hesablamalar isə onu da üzə çıxarır ki, Azərbaycan neftin hətta hər barrel üçün 30 dollardan da aşağı həddinə immunitet qazanıb. Yəni neft bu qiymətə düşsə belə, Azərbaycan hansısa ciddi problem yaşamayacaq.

Daha bir mühüm məsələ xarici ticarətlə bağlıdır. Belə görünür ki, Çin və İranda virusun sürətlə yayılması həmin ölkələrlə ticarətimizə ciddi təsir edəcək. Amma Azərbaycan bu məqamı da kompensasiya etmək imkanlarına malikdir. Belə ki, ötən il Azərbaycan tərəfindən Çinə 752 milyon dollar dəyərində mal ixrac edilib, bu ölkədən idxalımız isə 1,4 milyard dollar olub. Ötən il İrana 41 milyon dollar dəyərində mal ixrac olunub, idxalımız isə 453 milyon dollar olub. Yəni 2019-cu ildə idxalımızın 10,48 faizi Çinin, 3,31 faizi İranın payına düşüb. Amma zərurət yarandığı təqdirdə bu idxalı da başqa ölkələrlə əvəzləmək mümkündür. Əslində bununla bağlı alternativlər də mövcuddur. Məsələn, ötən il qardaş Türkiyə ilə ticarət dövriyyəmiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb. Amma bu rəqəmin 2023-cü ildə 15 milyard dollara çatdırılması hədəflənir. Yəni Çin və İranı tədricən Türkiyə əvəz edir. Digər tərəfdən, ötən ay Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının son iclası fonunda "Azərbaycan Respublikası hökuməti ilə Türkiyə hökuməti arasında Preferensial Ticarət Sazişi" imzalanıb. Preferensial Ticarət Sazişi də imkan verir ki, Türkyədən alınan  mallar Azərbaycan bazarında daha ucuz olsun. Eyni zamanda bu saziş nəticəsində Azərbaycan ixracatçıları da Türkiyəyə qeyri-neft sektoruna aid daha çox mal ixrac etmək imkanı qazanır.

Bundan başqa, Çindən və İrandan koronavirusa görə dünya bazarlarına, xüsusən də meyvə-tərəvəz və içkilərin ixracı azalır. Bu isə Azərbaycana imkan verir ki, qeyd edilən məhsullarının ixracını daha yüksək qiymətə və daha çox həcmdə genişləndirsin, xarici bazarlarda yeni mövqelər tutsun. Başqa bir mühüm məqam odur ki, dünya turizmində geriləmə Azərbaycandan xaricə gedənlərin sayına mənfi təsir edir və bu da valyutanı daha böyük miqdarda ölkədə qalmasına təsir edir. Bütün bunlar o deməkdir  ki, Azərbaycan qlobal miqyasda yaranmış yeni iqtisadi böhrana daha çox müqavimət imkanı qazanır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ