Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş format dünya neft hasilatçılarını yenə xilas edəcək

Image


Dünya enerji bazarında neft hasilatçıları üçün yaranan yeni böhranlı vəziyyət, görünür, bu dəfə də Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn birliyin fəaliyyəti nəticəsində aradan qalxacaq. Söhbət OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin yaratdığı OPEC+ formatından gedir.

Hazırda neftin sürətlə dəyər itirməsi OPEC+ ölkələrini ciddi şəkildə narahat edir. Təkcə keçən həftə dünya birjalarında “qara qızıl”ın qiymətində 16 faiz ucuzlaşma qeydə alınıb. Bu həftə ərzində də neftin qiymətində hansısa bahalaşma qeydə alınmayıb. Bunlara səbəb müxtəlif ölkələrdə yayılan koronavirusun qlobal iqtisadi artıma, həmçinin neft tələbatına mənfi təsir etməsidir. Enerji bazarı isə martın 6-da OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin Vyanadakı toplantısına fokuslanıb. İclasda neft hasilatının azaldılmasına dair mövcud saziş üzrə istehsal kvotalarına dəyişikliyin edilməsi gözlənir. Çünki əks təqdirdə hasilatçıların zərəri artmaqda davam edəcək. Qeyd edək ki, dünyanın əsas neft ixrac edən ölkələri yeni koronavirusun yayılması nəticəsində neftin ucuzlaşması səbəbindən 10 milyard dollara yaxın ziyana uğrayıblar. Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva bildirib ki, 2020-ci ildə dünya iqtisadi artımının mühüm amili olaraq həm də kononavirusla bağlı vəziyyət mühüm əhəmiyyət daşıyır:“Bütün hallarda, 2020-ci ildə dünya iqtisadi artımı ötən ildəki səviyyədən aşağı olacaq. Nə qədər aşağı olacağı, bunun neçə müddət ərzində davam edəcəyi isə koronavirus epidemiyasından, bununla bağlı görülən tədbirlərin keyfiyyəti, çevikliyi, səmərəsindən asılı olacaq. Hazırda baş verənlərdən enerji bazarı da təsirlənir və neftin ucuzlaşmasını da məhz bu şərtləndirir”.

Belə vəziyyətdə neft qiymətlərini sabitləşdirmək üçün OPEC+ ölkələrinin hasilatı yenidən azaltması vacib sayılır. Elə OPEC-ə üzv və üzv olmayan ölkələrin Birgə Texniki Komitəsinin ekspertləri də OPEC+ dövlətlərini neft hasilatını daha da azaltmağa çağırıb. Koronavirusun dünya iqtisadiyyatına artan təsirini qeyd edən OPEC+ mütəxəssisləri neft nazirlərinə hasilatın daha da azaldılmasını tövsiyə ediblər. Ekspertlər ikinci rüb ərzində neft hasilatının gündəlik 600 min və ya 1 milyon barrel arasında azaldılmasını təklif edib.

Qeyd edək ki, martın 6 da Vyanada OPEC Nazirlər Şurasının 178-ci iclası, eləcə də OPEC+ ölkələrinin nazirlərinin 8-ci görüşü keçiriləcək. Məhz burada hasilatın azalması istiqamətində növbəti addım atılması gözlənilir. Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə OPEC + üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlayır. Amma OPEC və qeyri-OPEC nazirlərinin yeni görüşündən sonra Azərbaycanın neft hasilatını bir qədər də azaltması gözlənilir. Çünki digər ölkələrin də eyni addıma getməsi proqnozlaşdırılır. Ən azı ona görə ki, hazırda hasilatın azaldılması neftin qiymət problemini həll edə bilər. İndilikdə isə proqnozlar budur ki, koronavirus problemi davam etdikcə neftə tələb aşağı düşəcək. ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın analitikləri bildirir ki, 2020-ci ildə gündəlik qlobal xam neft tələbatı 150 min barrel azalacaq. Analitiklər əvvəlki proqnozlarında cari ildə sutkalıq neft tələbatının 550 min barrel artacağını gözləyirdi. Amma  koronavirus vəziyyəti dəyişib. İndiki halda koronavirusun neft qiymətinə yaratdığı təhdid məhz hasilatın aşağı salınması ilə aradan qaldırıla bilər.

Digər tərəfdən, yaranmış vəziyyətdə hasilatçı ölkələr aşağı qiymət üzündən daha bir problemlə üzləşib. Söhbət onların milli valyutasının dəyərdən düşməsindən gedir. Rusiya, İran, Venesuela, bir sıra ərəb ölkələrində bu proses özünü artıq qabarıq büruzə verir. Azərbaycanda isə vəziyyət fərqlidir. Əksər neft ixrac edən ölkələrdən fərqli olaraq, milli valyutanın rəsmi məzənnəsi hələ də 1 dolların 1,7 manata nisbətində sabit qalıb. Ekspertəlrə görə, hətta neftin qiymətinin kəskin enməsi ilə əlaqədar da Azərbaycanın milli valyutası dollara nisbətdə dəyər itirməyəcək. Buna böyük valyuta ehtiyatları da təsir edir. Xatırladaq ki,  ötən il Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri 4.808 milyard dollar və ya 2018-ci illə müqayisədə 12.5% artıb. Beləliklə fondun aktivləri 43.323 milyard dollara çatıb. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları da 6,4 milyard dollara çatıb və Maliyyə Nazirliyinin xəzinə hesabındakı vəsaitlər nəzərə alınmaqla ölkənin valyuta ehtiyatları 52 milyard dolları keçib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ilin yanvar ayında məhsulların idxalı 720,9 milyon dollar təşkil edib. Beləliklə, Azərbaycanın strateji valyuta fondları ölkənin bütün idxalının əvəzini 72 ay və ya altı il ərzində ödəmək qabiliyyətinə malikdir. Məhz belə vəziyyət milli valyuta üzərində devalvasiya təhdidini aradan qaldırır.

Bütün bunlarla yanaşı, Azərbaycan iqtisadiyyatı, neftin bir barrelinin dəyəri 40-45 dollar səviyyəsində olsa belə, çox uğurla inkişaf edə biləcək. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı da xüsusi olaraq vurğulayır: "Azərbaycan hətta bir barreli 30 dollardan aşağı olan neft üçün də "immunitet" əldə edib. Hətta neftin qiyməti 40-45 dollar arasında olsa belə, biz cari hesab balansını qoruya bilərik. Bu da ciddi inflyasiya təhdidlərinin və manatla bağlı narahatlıqların olmamasını göstərir".

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ