Azərbaycan İran islam Respublikası ilə birgə avtomobil istehsalına başlayır. Baki-xeber.com-un İRNA-ya istinadən xəbərinə görə, bu barədə İran səfirliyinin Azərbaycandakı ticarət nümayəndəsi Məhəmməd İbrahim Nəqizadə bildirib. İran və Azərbaycanın tezliklə 5 avtomobil markasının birgə istehsalına başlayacağını deyən səfirlik nümayəndəsinin sözlərinə görə, avtomobil istehsalı üçün birgə müəssisə 2018-ci ilin mart ayında işə başlayacaq.
M.İ.Nəbizadə deyib ki, İranın "Iran Khodro" avtomobil şirkəti və "AZMASH" şirkəti 5 avtomobil markası istehsal edəcək: "Birgə müəssisənin illik həcmi təxminən 10 min avtomobil olacaq. Birinci mərhələdə şirkət 3 min, ikinci mərhələdə isə 5 min avtomobil istehsal etməyi planlaşdırır", - deyə Məhəmməd İbrahim Nəqizadə bildirib.
Azərbaycan mətbuatının daha öncə verdiyi məlumata görə, birgə müəssisə Azərbaycanın Neftçala rayonunda yaradılacaq.