Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıb.
DGK Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, BBGİ əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində əməliyyat tədbirləri keçirib. Nəticədə, ticarət mərkəzinin ərazisində 27719 ədəd pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq QULİYEV