Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 2017-ci ilin yekunlarına əsasən, 150 milyon dollar həcmində gözlənilir. Trend-in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransı zamanı deyib.
Səfir xatırladıb ki, bu ilin 10 ayı ərzində ölkələr arasındakı ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 119 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 124,5 milyon dollar təşkil etmişdi.