Astara-Astara dəmir yolunun istismara veriləcəyi tarix bəlli olub.
Baki-xeber.com-un xəbərinə görə, Azərbaycanın Astara şəhərilə İranın eyniadlı şəhəri arasında dəmir yolu dekabrın 25-də istismara veriləcək. Bu barədə İranın Beynəlxalq Dəmir Yolları İdarəsinin Baş direktoru Abbas Nəzəri ölkəsinin “Mehr News” agentliyinə açıqlamasında deyib.
O qeyd edib ki, hər iki tərəf gömrük prosedurları və viza verilişi məsələlərini nəzərdən keçirib, eyni zamanda İran Astarasındakı yük terminalının istifadəsi razılaşdırılıb.