Cümə axşamı günü, 02 iyul 2026
     

Nazir vizanın götürüləcəyi halda Türkiyədən Azərbaycana daha böyük turist axını vəd edir

Image


Azər Allahverənov: “Kütləvi turist axınına səbəb olan digər hallar var və bu heç də viza ilə bağlı olan məsələ deyil”

 

“Vizaları ləğv etdiyiniz anda turizmin necə inkişaf etdiyini görəcəksiniz”. Bunu mətbuata açıqlamasında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin imzalanması üçün birgə çalışır və biz sürətlə istədiyimiz nəticəyə doğru irəliləyirik: “Bu ilin sonunadək sazişi imzalamağa çalışacağıq”.

N.Zeybekçi xatırladıb ki, Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verilib: “Bu, örnək kimi dəyərləndirilə biləcək bir addım idi. Türkiyənin Naxçıvana ixrac etdiyi mallardan vergi tutulmayacaq, eyni zamanda Naxçıvanda istehsal edilib Türkiyəyə göndərilən mallar da rüsumdan azad olunub. Hər iki tərəf mallarını milli valyutalarda satacaq. Bu isə ortaq türk bazarının yaradılması üçün bir mesajdır”.

Qurum rəhbərinin fikrincə, viza rejiminin ləğv olunması Azərbaycanda turizm sektorunun daha da inkişafına səbəb olacaq: “Qardaşlar arasında viza olarmı? Vizaları ləğv etdiyiniz anda turizmin necə inkişaf etdiyini görəcəksiniz. Milyonlarla Türkiyə vətəndaşı sizin ölkəyə axacaq. Turizm böyük iqtisadiyyat, böyük inkişaf deməkdir, pul deməkdir. Bu sahələrdə də razılığa gələcəyik, şübhəm yoxdur. Bir az səbrlə işləmək, addım-addım irəliləmək lazımdır”.

Maraqlıdır, bəs ekspertlər buna necə yanaşır? Vizaların götürülməsi Türkiyədən Azərbaycana güclü turist axınına gətirib çıxaracaqmı?

Məsələyə münasibət bildirən ekspert Azər Allahverənovun sözlərinə görə, vizaların götürülməsi Türkiyədən Azərbaycana kütləvi turist axınına səbəb olmayacaq: “Düşünmürəm ki, vizanın götürülməsi turist axınına birbaşa güclü təsir göstərsin. Çünki, istənilən halda, Türkiyə ilə Azərbaycan arasında turizm sahəsi üzrə mübadilələr var. Kifayət qədər çoxsaylı turist Türkiyədən Azərbaycana gəlir. Vizaların sadələşdirilmiş elektron formada verilməsi buna öz təsirini göstərib. Vizanın alınmasında elə bir mürəkkəblik yoxdur ki, bunun aradan götürülməsi kütləvi turist axınına səbəb olsun. Kütləvi turist axınına səbəb olan digər hallar var və bu heç də viza ilə bağlı olan məsələ deyil. Məsələn, turistlərə göstərilən xidmət keyfiyyətinin artırılması, istirahət zonalarında qiymətlərin aşağı salınması, turist infrastrukturunun inkişaf etdirilməsi - bax bu kimi məsələlər bilavasitə turist axınına daha çox təsir göstərir. Ancaq bütün bunlara baxmayaraq, viza sisteminin ləğvi psixoloji baxımdan müəyyən qədər Türkiyədən daha çox turistin Azərbaycana gəlməsinə təsir edə bilər. Turizmlə məşğul olan müəyyən dairələr bundan piar kimi istifadə edəcək. Ancaq bu elə də böyük rəqəmlərlə ölçülməyəcək. Deməyim odur ki, daha çox turist cəlb etmək üçün kompleks tədbirlər görülməlidir. Yəni bunun üçün keyfiyyəti yaxşılaşdırmaq, qiymətləri isə aşağı salmaq lazımdır. Düşünürəm ki, bu istiqamətdə səyləri artırmaq lazımdır. O zaman nəinki Türkiyədən, digər ölkələrdən də Azərbaycana gələn turistlərin sayı artacaq. Nəticədə turizm sektorunda əldə olunan gəlir iqtisadiyyatda mühüm çəkiyə malik olacaq. Bu həm də ölkənin qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcək”.

Vidadi ORDAHALLI 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

02.07.2026 / 20:28
Avropadan böyük etiraf - Qafqaza sülh Əliyevin şəxsi liderliyi ilə gəldi...

02.07.2026 / 20:10
Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

02.07.2026 / 19:47
Avropa Qafqazda ticarətin 70 faizini Azərbaycanla edir - Əliyev hansı perspektivə işarə etdi...

02.07.2026 / 19:30
Bakıda Türk Dünyası Milli Kitabxanaları Birliyinin və Birinci Türkoloji Qurultayla bağlı nəşrlərin təqdimatı keçirilib

02.07.2026 / 19:17
“Türk Dünyası Həftəsi” çərçivəsində Qarabağ Universitetində konfrans keçirilib

02.07.2026 / 18:51
Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ

02.07.2026 / 18:30
Tramp Ankara zirvəsi öncəsi NATO ölkələrini hədəf aldı, dərhal da Berlindən cavab gəldi - itaət etməyəcəyik...

02.07.2026 / 18:17
Paşinyan Türkiyə və Azərbaycanla enerji əməkdaşlığının vacibliyindən danışdı

02.07.2026 / 18:07
Xalqa və dövlətə xidmət təntənəsi - FOTO/VİDEO

02.07.2026 / 18:05
Kapitalist Amerikanın sosializmə keçidi başlandı - sosialistlər hücumda...

02.07.2026 / 18:02
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

02.07.2026 / 17:56
Azərbaycan HHQ komandanı Türkiyədə "Anadolu Qartalı - 2026" təlimində... - FOTO

02.07.2026 / 17:44
Tramp NATO ölkələrini yenə tənqid etdi – hamıdan çox xərcləyirik, ancaq faydasını görmürük...

02.07.2026 / 17:30
ABŞ-İran danışıqlarının növbəti raundu 18 iyulda keçiriləcək...

02.07.2026 / 17:22
Uşaqların sosial şəbəkələrə yox, sosial şəbəkələrin uşaqlara çıxışı məhdudlaşacaq - dünya nəhayət "açarı tapdı"...

02.07.2026 / 17:09
108 ildir insanların və gələcəyin keşiyində - VİDEO

02.07.2026 / 16:40
Azərbaycan ÜDM-də rəqəmsal iqtisadiyyatın payını artırır - hədəf göstərildi...

02.07.2026 / 16:31
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı

02.07.2026 / 16:14
Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

02.07.2026 / 16:06
"Bütün yollar Azərbaycana aparır" - Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya bir arada...

02.07.2026 / 15:50
108 il qanunun keşiyində - VİDEO

02.07.2026 / 15:45
Rəqəmsal İnkişaf Şurası konkret hədəflərə yönəldi-vətəndaşlara dövlət xidməti tam dəyişəcək...

02.07.2026 / 15:16
Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

02.07.2026 / 14:52
Gürcü məmurlar İrəvandakı qondarma genosid abidəsinə xüsusi baş əyir...Niyə?

02.07.2026 / 14:17
Paşinyan bu dəfə spiker vəzifəsini Simonyana vermədi, o da mandatdan imtina etdi...

02.07.2026 / 14:01
Aİ Avropaya ixracı təşviq etmək üçün Ermənistana bir qrup ekspert göndərəcək...

02.07.2026 / 13:46
Rusiyanın İsveçdəki səfirliyinə PUA hücumu – Moskvadan sərt açıqlama...

02.07.2026 / 13:32
Bir əsr Asayişin Keşiyində

02.07.2026 / 13:25
Rusiya milyarderlərinin sərvəti 4,82 milyard dollar artdı - 6 ayda 5 milyarddan çox itirən də oldu...

02.07.2026 / 13:11
Azərbaycan Ordusunun BMT və NATO əməliyyatlarında iştirakı araşdırılır - Nazir açıqladı....

02.07.2026 / 13:05
Bakıda piyada keçidlərində eskalator və bəzi liftlər yenilənəcək...

02.07.2026 / 12:53
Ukrayna Avropanın “qara kassasına” çevrilir...

02.07.2026 / 12:47
İraq Baş naziri "Əsrin məhkəməsi"nə hazırlaşır

02.07.2026 / 12:43
Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışı oldu - FOTO

02.07.2026 / 12:29
Romantik və dəbdəbəli bal ayı üçün Türkiyənin ən özəl ünvanları

02.07.2026 / 12:23
Ukrayna "Lukoil”un neft emalı zavoduna zərbələr endirdi...

02.07.2026 / 12:08
Rusiya Ukraynada "Flamingo" raketləri üçün hissələr istehsal edən zavodu vurdu...

02.07.2026 / 11:50
Azərbaycan QDTİB-in iclasından yeni maliyyə mənbələrinin cəlbini gözləyir...

02.07.2026 / 11:42
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlandı

02.07.2026 / 11:29
Belçikada Rusiya Mərkəzi Bankına qarşı iddia qaldırıldı

02.07.2026 / 11:10
BMT Baş katibi Azərbaycana yeni rezident əlaqələndirici təyin edib

02.07.2026 / 10:54
İtkin düşmüş şəxslərlə bağlı Onlayn Sorğu Mərkəzi istifadəyə verildi

02.07.2026 / 10:46
Netanyahu ABŞ-ın yardımlarından imtina edir – ona ehtiyacımız yoxdur...

02.07.2026 / 10:31
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - FOTO

02.07.2026 / 10:23
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib - FOTO

02.07.2026 / 10:20
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi - FOTO

02.07.2026 / 10:18
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - FOTO

02.07.2026 / 09:54
Avropa sentyabrdan uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək...

02.07.2026 / 09:52
Kiyevdə qapalı görüş - Zelenski prezidentliyə iddialı Zalujnıdan geri çəkilməsini istədi…

02.07.2026 / 09:37
Rusiya Kiyevdə yaşayış binalarını bombaladı - ölənlər və yaralananların sayı artır…

02.07.2026 / 09:36
Ərəb Əmirlikləri İrəvanda ilk " Zapravkanı" açdı...

02.07.2026 / 09:17
ABŞ B-52 bombardmançılarını Britaniyadan geri çəkdi...

02.07.2026 / 09:09
Bodrumda Kılıçdaroğluna “soyuq duş” - etiraz imza sayı 15 mini keçdi

02.07.2026 / 09:01
Bakıxanovda yanğın - 4 avtomobilə ziyan dəydi...

02.07.2026 / 06:30
Rusiya Yaponiyada Amerika raketlərinə etiraz edəcək - Zaxarova

02.07.2026 / 05:12
Ərbildə partlayışlar - İran əleyhinə kürd qruplarının qərargahına hücum edildi

02.07.2026 / 00:07
Türk-Müsəlman dünyasına/Osmanlı Türkiyəsinə qarşı XX əsrin “paslanmış hay silahları”...

01.07.2026 / 23:48
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Avrokomissiya Prezidenti ilə görüşdən görüntülər paylaşılıb

01.07.2026 / 21:58
Ermənistandakı 102-ci Rusiya bazası haqda bəyanat Azərbaycanda etiraz doğurdu...

01.07.2026 / 21:42
Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi - FOTO

01.07.2026 / 21:36
MİQ imtahanları deyilən vaxtda baş tutmadı

01.07.2026 / 21:10
Üç dövlətin lideri Paşinyanı seçki qələbəsi ilə təbrik etmədi...

01.07.2026 / 20:24
Bakı-İrəvan sülh prosesinə Gürcüstanın töhfəsi...

01.07.2026 / 19:59
"Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər" - Lyayen

01.07.2026 / 19:55
Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” kitabı türk oxuculara təqdim olundu

01.07.2026 / 19:51
Avropa Komissiyası Cənubi Qafqaz üzrə layihələrə 200 milyon avroyadək investisiya yatıracaq - Lyayen açıqladı...

01.07.2026 / 19:50
Korsikanın Fransa üzərində qələbəsi Azərbaycanın sayəsində mümkün oldu...

01.07.2026 / 19:48
Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı Türkiyə oxucularına təqdim olunub

01.07.2026 / 19:45
Prezident: "Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır"

01.07.2026 / 19:44
"Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir" - Prezident

01.07.2026 / 19:42
Rusiya hərbçiləri Çində radiasiya və kimyəvi müharibə təlimi keçib? – Brüssel “hə” deyir, Duma inkar edir…

01.07.2026 / 19:40
Prezident İlham Əliyev: "Bu gün qaz ixracımız yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür"

01.07.2026 / 19:37
"Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır" - Prezident

01.07.2026 / 19:36
ƏHMƏD CƏFƏROĞLU HAQQINDA MONOQRAFİYA YAYINLANDI

01.07.2026 / 19:33
Prezident: "Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik"

01.07.2026 / 19:31
"Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk" - Prezident İlham Əliyev

01.07.2026 / 19:24
Lyayen Prezident Əliyevi təbrik etdi - Siz regionda sülh və əməkdaşlığın təşviqində şəxsi liderlik nümayiş etdirmisiniz…

01.07.2026 / 19:20
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

01.07.2026 / 19:19
Meloni Trampa meydan oxudu - "diz çökməyəcəyəm… icazə verməyəcəyəm”

01.07.2026 / 19:15
Azərbaycandakı yəhudi icmaları Knessetdən "erməni soyqırımı"nı tanımamağı xahiş etdi

01.07.2026 / 19:05
Rusiya Hindistan neftinin ümidinə qaldı...

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ